Pediatr Ferqane Hesenova

Pediatr Ferqane Hesenova 🩺Həkim Pediatr
Qəbula yazılmaq üçün:
☎️(+994) 55 633 65 70

ℹUşaqlar kifayət qədər dəmir ala bilmirlərsə, qısa müddətdə anemiya yaşaya bilər. Viamin çatışmazlığı anemiyanın səbəblə...
29/08/2022

ℹUşaqlar kifayət qədər dəmir ala bilmirlərsə, qısa müddətdə anemiya yaşaya bilər. Viamin çatışmazlığı anemiyanın səbəblərindən biridir.
Körpə 1 yaşından tez 🍼inək südü içməyə başlarsa  🤱anasüdündən yeterincə faydalanmazsa, əlavə qidaya başlaması ilə dəmir tərkibli qidaları qəbul etməzsə, anemiya ilə qarşılaşa bilər.
‼️Anemiyanın digər səbəbləri:
✅Çölyak xəstəliyi,
✅Güclü burun qanaması,
✅Uzun müddət davam edən ishal,
✅Bəzi dərmanlar anemiyaya səbəb ola bilər.
Uşaqlarda anemiyanın əlamətləri hansılardı❓
✅İştahsızlıq
✅Halsızlıq, erken yorulma
✅Dəri rənginin solğun olması
✅Ağlama krizləri, katılma nöbətləri
✅Dırnaqlarda ağ ləkələr
✅Çəki və boy inkişafının geri qalması
✅Tez tez xəstələnmə
✅Diqqət əksikliyi

‼️Hemoglobin dəyərləri normal olsa belə 4 ay-1 yaş arası profilaktik dozada dəmir preparatı istifadə etmək lazımdır.

💢Bu əlamətlər varsa mütləq Pediatra 👩‍⚕️ müraciət edin.

Qəbula yazılmaq üçün:👇
Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


ℹUşaqlarda burun qanamalarının səbəbi yuxarı tənəffüs yolu infeksiyaları, isti havalarda selikli qişada quruma, kapilyar...
26/08/2022

ℹUşaqlarda burun qanamalarının səbəbi yuxarı tənəffüs yolu infeksiyaları, isti havalarda selikli qişada quruma, kapilyarların çatlaması zamanı olur.
⛔Digər səbəblər:
✔Qanda laxtalanma problemləri
✔Leykoz
✔Arterial hipertoniya( artıq çəkili uşaqlarda)
✔Burun əti
✔Allergik rinit
✔Burun polipi
✔Sinusit
Burunda qanama zamanı nə etməli:⬇️
✅Burunu önə doğru əyin, burnu barmaqlarınızla sıxın
‼️Qətiyyən başı arxaya doğru etməyin, laxtalanmış qan kütlələri tənəffüs yoluna, mədəyə düşə bilər
✅Pambıq və ya qazlı bezlə buruna tampon edin

⛔Əyər burun qanamaları sıx-sıx təkrarlanırsa çətin dayandırılırsa mütləq Pediatra müraciət etməlisiniz‼️

Qəbula yazılmaq üçün:👇
Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


🔻24 saat içində sarılıq hər zaman patolojikdir və lazımı müayinələr edilməlidir🔻48-72 saat içində formalaşan sarılıq...
25/08/2022

🔻24 saat içində sarılıq hər zaman patolojikdir və lazımı müayinələr edilməlidir
🔻48-72 saat içində formalaşan sarılıq fiziolojik sarılıq hesab edilir 15-ci gününə qədər çəkilib gedir. Bu halda  anaya lazımı məlumatlar verilir  uşaq kontrol müayinələrə çağırılır.
‼️1 aydan çox davam edirsə ana südü sarılığı ola bilər.
✅Sarılıq, bilirubin miqdarı heç vaxt göz qərarına görə dəqiqləşdirilmir‼️
✅Qan analizi edilməli və bilirubin səviyyəsinə baxılmalıdır‼️

ℹKörpənin sarılığı müalicə yox, sadəcə təqibə alınırsa, ana körpədə aşağıdakı əlamətlərə diqqət etməlidir:
⛔Uşaqda yuxululuq
⛔Ağlamamaq
⛔Əmməmək

💢Bu kimi əlamətlər olarsa, mütləq Pediatra müraciət edilməlidir❗

Qəbula yazılmaq üçün:👇
Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


ℹUşaqlara 3 yaşa qədər  telefon, planşet vermək olmaz❗ ✅Beyin inkişafını ləngidir✅Diqqət, yaddaş pozğunluğuna səbəb olur...
24/08/2022

ℹUşaqlara 3 yaşa qədər  telefon, planşet vermək olmaz❗

✅Beyin inkişafını ləngidir
✅Diqqət, yaddaş pozğunluğuna səbəb olur
✅Yuxu problemləri yaradır
✅Uşaqların gərgin, aqressiv olmasına səbəb olur
✅Texnoloji bağımlılığı yaradır.
✅Uşaqlarınızın özünə qapanıq olmasına səbəb ola bilər,
✅0-3 yaş arası uşaqlarda TV-yə və planşet istifadə etdiyi zaman autizm kimi geniş inkişaf pozğunluqlarına səbəb ola bilər.
✅Həmyaşıdlarının oynadığı oyuncaqlarla maraqlanmırlar, çünki tv də olan daha sürətli hərəkətlər onların maraq dairəsində daha çox olur.

⛔Ən önəmlisi də uşaqlarda danışığın gecikməsinə səbəb olur.

Qəbula yazılmaq üçün:👇
Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


🦷Dişlərin bir-birinə sürtülməsinə, sıxılmasına bruksizm deyilir. Nədən yaranır❓ ✅Stomatoloji problemlərdə: çürük diş, da...
23/08/2022

🦷Dişlərin bir-birinə sürtülməsinə, sıxılmasına bruksizm deyilir. Nədən yaranır❓
✅Stomatoloji problemlərdə: çürük diş, damaq problemləri zamanı və bəzən də uşaqların diş çıxarma dövründə
✅Stressli mühitdə böyüyən, məsələn, məktəbdə uğursuzluğu lan, valideynləri tez-tez mübahisə edən uşaqlarda,
✅Diqqət əksikliyi olan və hiperaktiv uşaqlarda. Bu uşaqlar hisslərini və emosiyalarını daha çox bu şəkildə biruzə verə bilirlər.
✅Qulaq ağrısı, qulaq yolunun iltihabı zamanı,
✅Reflyuksu olan uşaqlarda,
✅Əgər qıcırdartma ilə bərabər, ağızdan su axması, ağız ətrafında qaşınma, qarın ağrısı, iştahsızlıq da varsa bu zaman qurddan şübhələnmək olar
✅Burunla nəfəs almağa mane hallarda: allergik, rinit, adenoid olan uşaqlarda,
⛔Bruksizmin xüsusi bir müalicəsi yoxdur, onun yaradan səbəbi əgər tapılıbsa onu aradan qaldırmaq lazımdır. Yox əgər uşaqlar bunu daimi şəkildə edirsə, o zaman pediatra  mütləq müraciət etmək lazımdır, çünki dişlər yeyilə bilər və çeynəmə əzələlərində ağrı yarada bilər.

Qəbula yazılmaq üçün:👇
Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


✅Parotid(qulaqdibi) viruslar tərəfindən törədilən bir xəstəlikdir. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Peyv...
22/08/2022

✅Parotid(qulaqdibi) viruslar tərəfindən törədilən bir xəstəlikdir. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Peyvəndləmə olmayana qədər bu xəstəlik epidemiya halını almışdı.
✅Qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır.

Parotid (qulaqdibi) əlamətləri:👇
✅İştahsızlıq
✅Ağızda quruluq
✅Halsızlıq və hərarət
✅Udqunan zaman qulağın ön və aşağı
hissəsindəki ağız suyu vəzlərində ağrı
✅Qulaq ətrafı nahiyədə şişlik
✅Baş ağrısı

♻️Parotid üçün inkubasiya dövrü dəyişir və bir neçə gündən bir aya qədər (adətən 18-20 gün) dəyişir.

♻️Uşaqlarda 1-3 günlük inkubasiya dövründən sonra tez-tez aralıq müşahidə olunur.

Müalicə metodu‼️
⛔Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı
⛔Qızdırmasalıcı dərman qəbul etmək (əgər 38°C-dən yüksəkdirsə)

Qəbula yazılmaq üçün:👇
Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


Sümüklərin yumşalması və zəifləməsidir,  uzun müddətli D vitamini çatışmazlığı zamanı müşahidə olunur‼️ 👉Kalsium və fosf...
20/08/2022

Sümüklərin yumşalması və zəifləməsidir, uzun müddətli D vitamini çatışmazlığı zamanı müşahidə olunur‼️

👉Kalsium və fosfor çatışmazlığı və irsi hallar da buna səbəb ola bilər.

Risk qrupuna hansı uşaqlar daxildir❓

☑Düzgün qidalanmayan
☑Günəş şüalarının təsirinə kifayət qədər məruz qalmamaq
☑Südəmər uşaqlar, südə qarşı allergiyası olanlar,
☑1 yaşa qədər D vitamini dəstəyi qəbul etməyənlər
☑Epilepsiya dərmanı istifadə edənlər
☑Oturaq həyat tərzi keçirən uşaqlar

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


🤱Doğuşdan sonra həkim körpənin göbək bağını kəsir Göbək üzərində qalan 1 sm-lik hissənin quruması və düşməsi isə 7- 21 g...
19/08/2022

🤱Doğuşdan sonra həkim körpənin göbək bağını kəsir Göbək üzərində qalan 1 sm-lik hissənin quruması və düşməsi isə 7- 21 gün davam edə bilər.

♻️Göbək təmiz və quru olmalıdır Həkiminizin təklif etdiyi antiseptik məhsulla (70% li spirt və ya xlorheksidin) da edilə bilinər.

♻️Göbək bezdən kənarda qalmalıdır

♻️Hərarət yüksəlirsə, p*s qoxulu axıntı  göbək qızartıları varsa, pediatra müraciət etməlisiniz❗

Qəbula yazılmaq üçün:👇
Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


Qəbula yazılmaq üçün: 👇Əlaqə nömrəsi:☎️(+994) 55 633 65 70
18/08/2022

Qəbula yazılmaq üçün: 👇

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


Qəbula yazılmaq üçün: 👇Əlaqə nömrəsi:☎️(+994) 55 633 65 70
17/08/2022

Qəbula yazılmaq üçün: 👇
Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


Son günlərdə uşaqlarda QUSMA VƏ İSHAL kimi şikayətlər artmışdır. Buna səbəb ROTAVIRUS bağırsaq infeksiyasıdır❗️ Xəstəlik...
16/08/2022

Son günlərdə uşaqlarda QUSMA VƏ İSHAL kimi şikayətlər artmışdır. Buna səbəb ROTAVIRUS bağırsaq infeksiyasıdır❗️ Xəstəlik daha çox 6 aydan 5 yaşa kimi 👶uşaqlar arasında özünü biruzə verir.

Xəstəlik yoluxan uşaqda ilk öncə

📍ÖYÜMƏ QUSMA kimi simptomlarla özünü göstərir.

📍İSHAL və QUSMA həmçinin

📍QARINDA AĞRILAR, HALSIZLIQ kimi simptomlar üzə çıxır

Bu xəstəlikdə ən böyük təhlükə orqanizmin SUSUZLAŞMASIDIR.‼️

ROTAVIRUSA yoluxan uşağı digər sağlam uşaqlardan uzaq tutmaq lazımdır. Xəstəlik təmas vasitəsilə çirkli əllərdən, əşyalardan və s. yoluxur. Xəstəliyin müalicəsi zamanı ANTİBİOTİK istifadə olunmur‼️

Adətən proniotik tərkibli qidalar(qatıq, kefir və s) verilməli. İshalı artıran qidalar(meyvə şirələri,yağlı qidalar, şirin...) ❌️verilməməli.

Gün ərzində qusma 4 dəfədən ishal 6 dəfədən çox olarsa mütləq həkimə müraciət etmək lazımdır.

Xəstəlikdən qorunmaq üçün mütləq gigiyenik qaydalara əməl etmək lazımdır❗

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


Məlum olduğu kimi 👶uşaqlar arasında xəstələnmə halları geniş yayılmışdır. Xəstələnməyə səbəb isə  virus infeksiyalarıdı....
16/08/2022

Məlum olduğu kimi 👶uşaqlar arasında xəstələnmə halları geniş yayılmışdır. Xəstələnməyə səbəb isə  virus infeksiyalarıdı. Uşaq xəstələndikdə valideyinləri ilk narahat edən simptom QIZDIRMADIR. Yadda saxlamaq lazımdır ki, hər hansı bir yoluxma zamanı temperaturun yüksəlməsi orqanizmin müdafiə funksiyasıdır. Uşaqda hər hansı bir ciddi xəstəlik (qıcolma..) yoxdursa qızdırmanı 38 dərəcəyə kimi dərmanla düşürmək düzgün deyil. Çünki bu zaman orqanizmin  müdafiə funksiyası zəifləyir.

📌Qızdırma zamanı ilk olaraq uşağı qalın geyindirmək, üstünü qalın örtmək olmaz.❌ Belə olduqda orqanizimdən İstilik xaric ola bilmir.

📌38 dərəcəyə qədər qızdırma olduqda 👶uşaqa ilıq duş aldırmaq və ya bədəni ilıq su ilə silmək, bol maye vermək lazımdır❗

Əgər qızdırma 38 dərəcədən yuxarı qalxırsa qızdırmasalıcı dərmanlardan istifadə edilməlidir.
💊İlk seçim preparatımız PARASETAMOL olmalıdır. Çünki bu preparat 6 aydan kiçik uşaqlara da verilir. Sirop və şam şəklində olur. Ehtiyac olduqda gündə 6 dəfǝ(4 saatdan bir) verilə bilir. Lakin sirop və şamdan istifadə edərkən fikir vermək lazımdır ki siropun və ya şamın tərkibi yalnız parasetamol olsun❗
💊İkinci seçim preparatımız isə İBUPROFEN tərkibli preparatlardı. Bu tərkibli preparatlar 6 aydan sonra və gün ərzində ən çox 4 dəfə (6 saatdan bir) verilir.

Yadda saxlamaq lazımdır ki qızdırma zamanı  PARASETAMOL ya da IBUPROFEN tərkibli dərman istifadə olunmalıdır. Hər ikisini eyni anda və ya növbəli İstifadə etmək olmaz‼️

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


Nədir Dakriosistit ❓ Dakriosistit – göz yaşı kisəsinin iltihabi xəstəliyidir. Bəzi hallarda absesə qədər ağırlaşa bilər....
16/08/2022

Nədir Dakriosistit ❓

Dakriosistit – göz yaşı kisəsinin iltihabi xəstəliyidir. Bəzi hallarda absesə qədər ağırlaşa bilər.
Göz yaşı mayesinin durğunluğu və göz yaşı kisəsinin infeksiyalaşması onun iltihabına – dakriosistitə gətirib çıxarır.

👶Körpənin göz yaşı kanalı ananın bətnində nazik pərdə ilə örtülü olur. Körpə doğulandan sonra bu pərdə yırtılır. Lakin hərdən bu, baş verməyə də bilər. Körpələrin 5-6%-ndə göz yaşı kanalı bağlı qalır və bunun nəticəsində göz yaşları burun boşluğuna axa bilmir, burada durğunluq və nəticədə iltihab yaranır.

Əsas əlamətlər📌
📍Göz yaşının daimi axması
📍Selikli-irinli ifrazatlar
📍Göz yaşı ətciyinin konyunktivanın,aypara büküşün hiperemiyası və ödemi
📍Göz yaşı kisəsinin şişkinliyi
📍Lokal ağrı
📍Göz yarığının daralması
📍Lakrimal nöqtəyə basdıqda irinli axıntıların xaric olması

👨‍👩‍👦Hörmətli valideynlər, dakriosistitin ilk simptomlarında mütləq həkimə müraciət edin. Müalicəni gecikdirmək daha çətin müalicə metodların tətbiqinə (göz yaşı kanalın yuyulması və xüsusi zondla açılması) gətirib çıxara bilər‼️

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70

👶Uşaqlarda ən çox rastlaşdığımız dəri problemlərindən biri ATOPİK DERMATİTdir. Bu xəstəlik körpələrdə ilk 2ay ilə 1yaş a...
16/08/2022

👶Uşaqlarda ən çox rastlaşdığımız dəri problemlərindən biri ATOPİK DERMATİTdir.
Bu xəstəlik körpələrdə ilk 2ay ilə 1yaş arasında daha çox görülür və xroniki təkrarlanır.
ATOPİK DERMATİT əlamətləri körpə yaşlarında başlasada yetkinlik dövründə azalmağa meyilli olur.
Ancaq dəri səthindəki quruluq və həssaslıq həyat boyu davam edir.
🔴ATOPİK DERMATİTin aşağıdakı əlamətləri həm də əsas diaqnoz kriteriyalarıdır
🔹️Qaşıntı, qızarıqlıq
🔹️Uzun müddət keçmək bilməyən və sıx-sıx təkrarlayan səpkilər
🔹️Səpkilərin tipik görülmə yerləri var: körpə və yenidoğulmuşlarda üzdə, başın tüklü hissəsində, qollarda, ayağın xarici səthində, diz, dirsək, qulaq arxasında rast gəlinir. 2 yaşdan yuxarı uşaqlarda isə səpkilər büküşlərdə, dirsək önü, diz arxası, boyun, əl və ayaq biləklərində görülür. Qaşıntıya bağlı olaraq dəridə qalınlaşma və dəri cizgilərinin qabarması olur.
🔹️Ailədə atopiya və allergik hekaye (ASTMA, ALERGİK RİNİT, DERMATİT və s.) olması.
Öncəliklə ATOPİK DERMATIT in allergik reaksiya olduğunu unutmayaq.
🔴ATOPİK DERMATITin yaranma səbəblə aşağıdakılardı:
📍İrsi faktor
📍Qida alergiyası- 1 yaşından öncə inək südü, bal, şirniyyat, sitrus meyvələri, konserləşdirilmiş qidalar və s.
📍Inhaler allergenlər- bitki tozu, ev tozları, çirkli ekoloji mühit
📍Yun, akrilik, sabun, yuyucu toz kimi irritasiya edici maddələrlə təmas
📍Aşırı tərləmə
📍Psixoloji təsir ATİPİK DERMATİT diaqnozu qoyularkən ilk öncə allergik test qoyulmalıdır ki uşağın hansı allergenə qarşı həssaslığı olduğu öyrənilsin və həmin allergenin təması kəsilsin vəya azaldilsin. Yüngül hallarda sadece uşağa hər gün duş qəbul etdirib nəmləndiricilərdən istifadə etmək lazımdı. Lakin qismən ağır formalarda isə həkimin təyin etdiyi dozada antihistamin və steroid kremlərdən istifadə etmək lazımdır. Bu kremlər təyin olunmuş dozada 5 gündən çox olmayaraq istifadə olunur.

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70

ANA SÜDÜ- 👶körpələr üçün əvəzolunmaz qidadır. Ona görə də ilk 6 ay ərzində körpələrə yalnız ana südü vermək lazımdır. 6 ...
16/08/2022

ANA SÜDÜ- 👶körpələr üçün əvəzolunmaz qidadır. Ona görə də ilk 6 ay ərzində körpələrə yalnız ana südü vermək lazımdır. 6 aydan sonra əlavə qida ilə yanaşı 2 yaşa kimi ana südünə davam etmək lazımdır.
📌Ana südünün faydalarını saymaqla bitirmək olmaz. ANA SÜDÜ NƏ ÜÇÜN ÖNƏMLİDİR?
🔹️Ana südü körpənin ağlamasına qarşı ən yaxşı sakitləşdiricidir
🔹️Ana südünün həzmi daha asan baş verir
🔹️Bütün qida dəyərlərini daşıdığı üçün uşağın bütün zülal və vitaminlərə (vitamin D və K dan başqa) olan ehtiyacını ödəyir
🔹️Bağırsaq xəstəliklətinə qarşı qoruyur 🔹️Qəbizlik problemini minimuma endirir və ishalı aradan qaldırır
🔹️Ana südü ilə qidalanan körpələrin uşaq dövrünə çatanda piylənmə nisbəti aşağı olur
🔹️Müxtəlif alergik xəstəliklərdən qoruyur
🔹️Ana südü ilə qidalanan uşaqların çənə əzələləri daha yaxşı inkişaf edir
🔹️Diş sağlamlığını qoruyur və dişlərin inkişafını təmin edir
🔹️Uşaqlıq dövründə rastlanan LEYKEMİYA və digər xərçəng xəstəliklərinə qarşı ən yaxşı qoruyucu ANA SÜDÜdür

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70

🤱ANA SÜDÜ İLƏ BAĞLI DOĞRU BİLİNƏN YANLIŞLAR‼️ 🔹️Ana südünü rejimlə verməyə çalışmaq🔹️Ana südü ilə qidalanan körpəyə əlav...
16/08/2022

🤱ANA SÜDÜ İLƏ BAĞLI DOĞRU BİLİNƏN YANLIŞLAR‼️
🔹️Ana südünü rejimlə verməyə çalışmaq
🔹️Ana südü ilə qidalanan körpəyə əlavə şirin çay, su vermək
🔹️Ana südü yeyən uşağa vaxtından əvvəl əlavə qida vermək
🔹️Süddə mikrob var düşüncəsiylə körpəni süddən kəsmək
🔹️Ana südünün əkilməsi
🔹️Körpə çəki almır, süd azdır deyə süni qida vermək
🔹️Süd çox olsun deyə ananın həddindən attiq qidalanması
📌UŞAQLARIN SAĞLAM BÖYÜMƏSİ ÜÇÜN ANA SÜDÜ İLƏ QİDALANDIRMAQ LAZIMDIR‼️

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70

İNFANTIL KOLİK nədir❓ Böyümə və inkişafı normal olan sağlam 👶körpələrdə heç bir səbəb olmadan ortaya çıxan ağlama krizlə...
16/08/2022

İNFANTIL KOLİK nədir❓

Böyümə və inkişafı normal olan sağlam 👶körpələrdə heç bir səbəb olmadan ortaya çıxan ağlama krizləridir. İnfantil kolik adətən 👶uşaq doğulduqdan 2 həftə sonra meydana çıxır. Bu hal ən az 3 həftə, həftədə 3 gün və gündə 3 saatdan çox şiddətli ağlama ilə müşahidə olunur. Adətən kolik tutmaları axşam saatlarında baş verir. Bu ağlama tutmaları vaxtı uşaqda ayaqlarını qarnına çəkmə, yumruqlarını sıxma, qarında sərtləşmə, gözlərini bərk yumma və ya tam açma kimi hərəkətlər olur.

İnfantil kolik zamanı heç bir müalicəyə ehtiyac yoxdur. Bu hal sağlam 👶 uşaqlarda fizioloji prosesdir və öz özünə keçir.

Əlaqə nömrəsi:
☎️(+994) 55 633 65 70


Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Pediatr Ferqane Hesenova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category