
01/12/2023
🟠 Qadınlarda Bel Ağrısının Səbəbləri Nələrdir?
Qadınlarda bel ağrısı kişilərə nisbətən daha çox rast gəlinir və bunun səbəblərdən biri də osteoporozun qadınlarda daha çox görülməsidir. Bundan əlavə, menopoz dövrü bel ağrılarına da səbəb olan təsir edici bir digər vacib amildir. Qadınlarda sinənin böyük olması və hamiləlik kimi digər səbəblər də bel ağrılarına səbəb olur və xüsusilə də, hamiləliyin son həftələrində bel və kürək nahiyəsində ağrıların şiddətində artım olsa da, hamiləlikdən sonra ağrı şikayətləri davam edə bilər. Hamiləlik zamanı bel nahiyəsində olan şikayətlər nəzərə alınmalı və aşağı düşmə riskinə qarşı mütəxəssis həkimə müraciət edilməlidir.
Bundan əlavə, qadınlarda bel ağrılarının səbəbləri arasında
🟠 bel əzələlərinin zəifliyi,
🟠 qeyri-erqonomik şəkildə kompyuter qarşısında çox vaxt keçirmək,
🟠 hərəkətsizlik,
🟠 xüsusilə idmana və müntəzəm məşqlərə laqeyd yanaşmaq,
🟠 soyuq havaya məruz qalmaq, duruş pozğunluqlar,
🟠 p*s qidalanma vərdişləri,
🟠 piylənmə və ya həddindən artıq artıq çəki problemləri var.
Həmçinin stress, qorxu və narahatlıq kimi mənfi psixoloji təcrübələr kimi bir çox səbəb bel ağrısı üçün risk faktorları arasındadır.
☎️ +994 70 810 85 00
🏥İstanbul NS Klinikası
📍140 Atatürk prospekti, Bakı