Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədova

Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədova Sizi Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədovanın rəsmi facebook səhifəsində salamlayırıq!

22/05/2026

Buları etsəniz, klimaksdan qorxmağınıza ehtiyac qalmayacaq.

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

Qadın sağlamlığının təməli özünə sevgi və doğru qulluqdan başlayır. Lakin bəzən "daha təmiz olsun" deyə etdiyimiz hərəkə...
20/05/2026

Qadın sağlamlığının təməli özünə sevgi və doğru qulluqdan başlayır. Lakin bəzən "daha təmiz olsun" deyə etdiyimiz hərəkətlər, əslində bədənimizin ən həssas qorunma mexanizmini sıradan çıxara bilər.

Təravətli və sağlam qalmaq üçün bu "qızıl qaydaları" yadda saxlayın:
🔰 Sabunlardan uzaq durun!
Vaqinanın özünəməxsus turşu balansı var. Sabunlar və duş gelləri bu mühiti pozur, faydalı laktobakteriyaları məhv edir. Sadəcə ilıq sudan istifadə edin.
🔰 “Nəfəs alan” parçalara üstünlük verin
Sintetik alt paltarları rütubəti həbs edir və zərərli göbələklərin çoxalması üçün ideal mühit yaradır. Sağlamlığınız üçün hər zaman 100% pambıq parçaları seçin.
🔰 Gündəlik bezlərdən ancaq lazım olduqda istifadə edin
Gündəlik bezlər hava axınını kəsir. Əgər istifadə edirsinizsə, onları hər 2-3 saatdan bir dəyişməyi unutmayın.
🔰 Doğru təmizlik istiqaməti
Təmizlik hər zaman öndən arxaya doğru olmalıdır. Bu, bağırsaq bakteriyalarının intim zonaya keçməsinin və sidik yolu infeksiyalarının qarşısını alan ən önəmli addımdır
🔰 Alt paltarı mütəmadi dəyişin
Xüsusilə isti havada və fiziki aktivlikdən sonra dəyişmək vacibdir.
🔰 Menstruasiya gigiyenası önəmlidir
Gigiyenik vasitələr vaxtında dəyişdirilməlidir - uzun müddət eyni qalması bakteriya artımına səbəb olur.

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

19/05/2026

Xəstə 52 yaş
3 illik menopauza fonunda uşaqlıq qanaxması şikayəti ilə müraciət etmişdir.

Aybaşıdan kəsilmiş qadınlarda baş verən hər bir qanaxma ciddi qiymətləndirilməlidir. Xüsusilə endometriumda qalınlaşma müşahidə olunursa, mütləq endometrial biopsiya götürülməsi tövsiyə edilir.

Götürülən biopsiyanın nəticəsində diaqnoz: Endometriya xərçəng I mərhələ

İcra olunan əməliyyat: Uşaqlığın artımlarla birgə ekstirpasiyası, Çanaq limfadenektomiya
Böyümüş limfa düyünləri histoloji müayinəyə göndərildi, nəticəyə əsasən müalicə planı qurulacaq.

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

18/05/2026

Heç doğum etməmiş qadın spiral taxdıra bilərmi?

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

15/05/2026

Hər törəmə xərçəngdir?

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

Bu cümlə sadəcə motivasiya deyil — müasir onkologiyada psixoloji vəziyyətin müalicəyə təsirini göstərən elmi yanaşmanın ...
13/05/2026

Bu cümlə sadəcə motivasiya deyil — müasir onkologiyada psixoloji vəziyyətin müalicəyə təsirini göstərən elmi yanaşmanın qısa ifadəsidir.

Çünki xərçənglə mübarizə təkcə bədənlə yox, həm də psixoloji güclə aparılı
🔰 Araşdırmalar göstərir ki, müalicəyə inanan və prosesdə aktiv iştirak edən xəstələrdə müalicəyə uyğunluq daha yüksək olur.
🔰 Uzunmüddətli qorxu və stress orqanizmin bərpa prosesini ləngidə bilər. Buna görə psixoloji dəstək müalicənin vacib hissəsidir.
🔰 Komanda işi ən vacib faktordur!

Həkim + xəstə + ailə dəstəyi birlikdə olduqda müalicə yolu daha güclü və sabit olur.
✔️ Müalicəyə güvənin
✔️ Həkiminizə sual verməkdən çəkinməyin
✔️ Özünüzü tək hiss etməyin

Çünki ən çətin mübarizələrdə belə ilk addım “mən bacaracağam” deməkdir.

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

11/05/2026

Aybaşı ağrısında çox ağrıkəsici içmək sonsuzluq yaradar?

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

08/05/2026

Diaqnoz: Sol yumurtalığın xoşxassəli törəməsi
İcra olunan əməliyyat: Sol tərəfli Adneksektomiya

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

Xərçəngdən sonra hamiləlik mümkünsüz deyil.Müasir onkoginekologiya artıq bunu sübut edir: düzgün planlama, uyğun zamanla...
05/05/2026

Xərçəngdən sonra hamiləlik mümkünsüz deyil.
Müasir onkoginekologiya artıq bunu sübut edir: düzgün planlama, uyğun zamanlama və həkim nəzarəti ilə bir çox qadın xərçəngdən sonra sağlam hamiləlik yaşaya bilir.

Ən vacib prinsip düzgün vaxt seçimidir.
Müalicədən sonra adətən 1–2 il gözləmək tövsiyə olunur. Bu dövr həm orqanizmin bərpası, həm də təkrarlanma riskinin azalması üçün vacibdir.

Hər xəstədə yanaşma fərqlidir! Xərçəngin növü, mərhələsi və aparılan müalicə (kimyaterapiya, şüa, əməliyyat) gələcək hamiləlik planını birbaşa müəyyən edir.

Həmçinin müasir onkoloji müalicələrdə yumurtalıq funksiyasını qoruma və ya öncədən yumurta dondurma kimi metodlar sayəsində gələcək hamiləlik şansı artır.

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

Address

DTX Hospital
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:00
Saturday 09:00 - 13:30

Telephone

+994506311350

Website

Alerts

Be the first to know and let us send you an email when Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədova:

Share