
27/10/2019
1. "Romeo və Cülyetta" effekti
Valideynlərin və ya digərlərinin onları ayırmaq cəhdləri sayəsində, iki insanın bir-birinə cəlbediciliyinin artmasıdır.
2. "Halo" effekti
İlk təəssürat hər vaxt əhəmiyyətlidir. İş görüşmələrində də. Bəlkə də qapıdan girdiyimiz ilk anda, o bir neçə saniyədə insan qaynaqları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, əli necə sıxdığınız ilk təəssüratların meydana gəlməsinə köməkçi olur. Bir adamı ilk gördüyünüzdə əldə etdiyiniz anlıq təəssüratın, o adamı qiymətləndirməmizdə daha sonrakı mühakimə təməlini meydana gətirməsinə də "halo təsiri" deyilir. Yəni qarşınızda bu təsirin altında qalan birisi varsa ən başda təsir etdiniz, etdiniz. Yoxsa işiniz çətindir.
3. "Çətin əldəolunan" effekti
Öz sosial seçimlərində daha çox tələbkar olan insanların, asan əldəolunanlara nisbətən daha çox arzuolunan olmasından ibarət olan sosial psixologiyadakı bir fenomendir. Bu incə bir effektdir.
4. "Göz şahidi" effekti
Sizə kömək lazım olanda orada nə qədər çox insan olarsa, yardım etmək ehtimalının bir o qədər az olmasından ibarət olan fenomendir. Əvvəllər bu şəhər mühitində baş verən dehumanizasiya əlaməti kimi qəbul edilmişdir. İndi isə bu effektin ümumi olması məlumdur. Əslində, nə qədər çox insan olarsa, onların hər biri başqa birisinin kömək edəcəyini düşündüyü üçün, beləliklə, heç bir yardım olmur.