
09/05/2023
SABAH tələbəsi ABŞ-da birbaşa doktorantura pilləsinə qəbul olunub!
SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə ixtisasının son kurs tələbəsi Murad Lətifov Amerika Birləşmiş Ştatlarının Texas Texniki Universitetinə (Texas Tech University) Maliyyə ixtisası üzrə doktorantura səviyyəsinə (Ph.D. Economics) tam təqaüdlə qəbul almışdır! Qeyd edək ki, o, həmçinin, Albani Universiteti, Nyu Meksiko Universiteti, Oklahoma Universiteti, Binghamton Universitetinə doktorantura səviyyəsində qəbul almışdır.
Bundan əlavə, Murad 2021-2022-ci tədris ilinin yaz semestrində mübadilə proqramı ilə İspaniyanın Kordoba Universitetində tədris almışdır.
Tələbəmizə gələcək fəaliyyətində uğurlar arzulayırıq!