26/11/2022
♦️Bir çoxumuz az-az ,tez-tez qidalanmanın doğru olduğuna inanmışıq. Son dövrlər isə tez-tez qidalanmanın lazımsız kalori yığımına, qan şəkəri dalğalanmalarına, piylənməyə, xroniki iltihaba, xroniki xəstəliklərə səbəb olduğu aydınlaşıb.
♦️Bundan başqa aclıq zamanı həyatda qalma genlərimiz(SIRT 1) aktivləşir.
♦️Bunlara əlavə olaraq, daha öncə postumda qeyd etdiyim kimi ağzımıza tez-tez bir şeylər atdığımızda bağırsaqlarımızın öz-özünü təmizləmə mexanizmi( Migrating Motor Complex) pozulur.
♦️Bu səbəblərə görə də, xüsusi bir əks göstərişimiz yoxdusa bədənimiz adaptasiya olduqdan sonra gündə 2 dəfə qidalanmağımız daha doğrudur.
Tam adaptasiya etmiş şəxslər ara-sıra gündə bir dəfə də qidalana bilərlər.
# #