Bakı Manual Terapiya Mərkəzi

Bakı Manual Terapiya Mərkəzi Ətraflı: https://manualterapiya.az/ Digər bərpa tədbirləri ilə kompleksdə (fiziki tapşırıqlar, masaj, vəziyyətlə korreksiya, fizioterapevtik prosedurlar və s.)

“Manual terapiya” (MT) deyildikdə, nevroloji, ortopedik, visseral və onurğa, oynaqlar, əzələ və bağ aparatının xəstəlikləri və ya patoloji dəyişikliklərindən irəli gələn digər pozuntuların korreksiyasına yönəldilmiş əl diaqnostik və müalicə üsulları sistemi başa düşülür. MT-nın istifadəsinə göstəriş – onurğanın və ətrafların oynaqlarının xəstəlikləri ki, bu halda, bir çox hallarda dərman preparatlarının dozasını azaltmağa və ya hətta onları tamamilə ləğv etməyə imkan verərək, manual müalicə təsirləri zamanı güclü müsbət nəticə təmin edilir. MT, patoloji sindromların aradan qaldırılmasını, onurğa və ətrafların oynaqlarının funksiyalarının normallaşmasını və pasiyentlərin fəaliyyət qabiliyyətinin bərpasını sürətləndirir. MT-nın məqsədi – onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatın normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir. Məlumdur ki, müəyyən əzələ qruplarında tonusun pozuntusu ətrafların oynaqlarında funksional blokadalarının yaranmasına zəmin yaradır. Bu, yalnız məhz oynağın deyil, həm də onu əhatə edən əzələlərin, vətərlərin və bağların hərəkətliliyini məhdudlaşdırır. Tədricən bütün bu toxumalarda distrofik dəyişikliklər artır, trofikanın pisləşməsi baş verir ki, bu da zədələnmiş əzələlərin qısaldılmasına gətirib çıxarır. Oynaqlarda əvvəlcə funksional kontrakturalar yaranır ki, bunları aktiv müalicə prosesində ləğv etmək olar, ağır hallarda isə – orqanik kontrakturalar əmələ gəlir, bu halda oynaq tamamilə hərəkətsiz olur. Hərəkət sistemin zədələnmiş bəndlərinin maneəli funksiyalarını bərpa etmək, əzələ-oynaq disbalansının korreksiyası, hərəkət stereotipin sonrakı normallaşması ilə, trofikanın yaxşılaşdırılması üçün mobilizasiya texnikalarından istifadə edilir.

🔷Oturaq sinir orqanizmin ən böyük siniridir. 🔹Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür. Bu siniri...
06/07/2025

🔷Oturaq sinir orqanizmin ən böyük siniridir.

🔹Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür.
Bu sinirin iltihabı işalgiya adlanır.

🔹İşalgiya zamanı xəstə belin aşağı hissəsində başlayan və daha sonra sağrıya və ayağın arxa tərəfi boyu topuğa kimi yayılan ağrılar hiss edir. Adətən ağrı bir ayaqda hiss olunur. 🔹İkitərəfli işalgiya zamanı ağrı iki ayaqda olur.
İkitərəfli işalgiya nadir hallarda inkişaf edir.
🔹İşalgiya zamanı ağrılar xroniki tutmaşəkilli xarakter daşıyır bəzən ağrılar kəskinləşir, bəzən isə azalır və ya tam yox olur.
🔹İşagiya zamanı olan ağrılar müxtəlif ola bilər sızıldayan və ya yandırıcı, çox kəskin, dözülməz və ya əksinə dözülə bilən.
🔹Ağrıdan əlavə xəstə ayaqda həssaslığın və hərəkətliliyinin azalmasını hiss edir, dəridə “qarışqaların yeriməsi” hissi yaranır.
🔹Xəstəliyin səbəbi oturaq sinirinin sıxılması və iltihabıdır. Məhz bu sıxılma və iltihab ağrılara, həssaslığın və hərəkətliliyinin azalmasına səbəb olur.

✔️Bəzən pasiyentlərimiz ağrılarını müxtəlif bənzətmələrlə ifadə edirlər. Bunlar özlüyündə ciddi problemin olmasından xəb...
27/05/2025

✔️Bəzən pasiyentlərimiz ağrılarını müxtəlif bənzətmələrlə ifadə edirlər. Bunlar özlüyündə ciddi problemin olmasından xəbər verir. Xalq danışıq dilində ifadə olunan həmin bənzətmələrin tibbi açıqlamalarına diqqət edək:

🔸Günəşi görmək istəmirəm, imkanım olsa, bütün günü başımı sarıyıb yataram.
Hər hansı bir qıcıq, ağrının başlayacağı qorxunu yaşadır. Ona görə insan özünün bütün olası qıcıqlardan qoruyur ki, ağrı başlamasın.

🔸Başım “tutanda” ağrıdan onu divara vurmağım gəlir.
Ağrını heç bir dərman vasitəsi kəsmirsə, insan son çarə olaraq başını divara vurmağa çalışır.

Əziz pasiyentlər, əgər sizdə də bu kimi şikayətlər varsa, əgər illərdir bu ağrılar varsa və MRT müayinəsində tam norma yazılırsa klinikamıza müraciət edə bilərsiniz!
📌Unutmayın, ağrı ilə yaşamaq alın yazısı deyil!

19/05/2025
🔷Dizin yan bağları və ya çarpaz bağlarında zədələnmə səbəbi daha çox travma mənşəli olur. Kəskin yaranan diz ağrısı yeri...
05/05/2025

🔷Dizin yan bağları və ya çarpaz bağlarında zədələnmə səbəbi daha çox travma mənşəli olur. Kəskin yaranan diz ağrısı yeriyərkən və dizi bükərkən ciddi narahatlıq yaradır. Bəzi hallarda təkrari zədələnmələr nəticəsində kalsifikasiya ortaya çıxa bilər.

🔹Ön çarpaz bağ zədələnmələri: Ön çarpaz bağ zədələnmələri diz ağrısı səbəbləri arasında ən çox görülən bağ zədələnməsidir. Bu bağ tək başına da zədələnə bilər, ya da daxili yan bağ, daxili mensk zədələnmələri ilə birgə də müşahidə edilə bilər.

🔹Əsas əlamətlər diz ağrısı, şişkinlik, oynağın hərəkət məhdudluğudur. Xronik ağrılarda dizdə boşalma hissi ola bilər.

🔹Arxa çarpaz bağ zədələnmələri: Bütün diz zədələnmələrinin 37% təşkil edir. Zədələnmə kəskin və ya xronik, tək başına ya da digər zədələnmələrlə bərabər görülə bilər.
Dizin həddindən artıq burxulması arxa çarpaz bağ zədələnmələrinin ən önəmli mexanizmasıdır. Fiziki müayinə zamanı kəskin zədələnmələrə bağlı olaraq dizin arxa tərəfində dəri altındakı qanamaya bağlı qırmızılıq görülə bilər. Dizdə şişkinlik və hərəkət itkisi vardır. Ağrı və yerimə çətinliyi vardır. Xəstəliyin proqnozu adətən yaxşıdır.

🔹Yan bağların zədələnmələri: Ən çox daxili tərəfində olan bağ zədələnir. Daxili mensk və ön çapaz bağ zədələnmələri müşayiət edə bilər. Xarici yan bağın tək başına zədələnməsi nadirdir. Adətən digər zədələnmələrin bir hissəsi olaraq qarşımıza çıxır. Ən çox rast gəlinən əlamət diz ağrısıdır. Ağrı ilə yanaşı hərəkət məhdudluğu varsa mensk və ön çarpaz bağ zədələnməsi düşünülməlidir.

📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)
🏢Kraton clinic.

📞+99455 600-62-14
📞+99499 805-00-30

🔷“Yalançı oturaq siniri” xəstəliyi və ya Piriformis sağrı nahiyəsində yerləşən əzələnin adıdır. Piriformis sindromu isə ...
08/04/2025

🔷“Yalançı oturaq siniri” xəstəliyi və ya Piriformis sağrı nahiyəsində yerləşən əzələnin adıdır. Piriformis sindromu isə bu əzələnin müxtəlif səbəblərlə oturaq siniri üzərinə təzyiq etməsi ilə meydana çıxan patalogiyasıdır.

🔹Piriformis sindromu zamanı baş verən ağrılar fəqərəarası disk yırtıqları zamanı olan ağrıları “yamsılayır”. Bu səbəblə “Yalançı oturaq siniri” xəstəliyi olaraq adlanır.
🔹Ən çox rast gələn əlaməti büzdüm sümüyü, sağrı və bel nahiyələrində ağrının olmasıdır. Bəzi hallarda ağrı baldıra, hətta ayağa da yayıla bilir. Ağrı bəzən anidən başlaya biləcəyi kimi bəzən daha da arta bilir. Sərt bir yerdə oturan zaman,yeriyəndə və ayaq-ayaqüstə atma hərəkətində ağrılar artır.

👉Əzələiçi inyeksiyalardan sonra baş verən abses, beldə həddindən artıq çuxurlaşma, əzələnin anormal böyüməsi və sinir anomaliyaları xəstəliyin əmələ gəlmə səbəbləri arasındadır.

✅Manual terapiyada “manipulyasiya” dediyimiz əhəmiyyətli məsələlərdən biri oynaqların bir-biri üzərində tam anatomik nor...
18/03/2025

✅Manual terapiyada “manipulyasiya” dediyimiz əhəmiyyətli məsələlərdən biri oynaqların bir-biri üzərində tam anatomik normal vəziyyətə gətirilməsinə qədər aparılan prosedurdur.

❇️El arasında bunu “xırçıldatma”, “şaqqıldatma” və s. formalarda ifadə edirlər. Şaqqıldadandan sonra onlarda bir rahatlama olur. Əslində, manipulyasiya elə budur. Sadəcə olaraq, əl oynaqlarını hər kəs özü edə bilir, amma başqa nahiyəni (belini) edə bilmir. Müəyyən zamanlarda beldə bir sıxılma yaranır.
❇️Unutmayaq ki, onurğanın ən mühüm funksiyası yük daşımaqdır. Orqanizmin yuxarı hissəsinin ağırlığı onurğanın üzərinə düşür. Hər dəfə addım atanda onurğamızı əmələ gətirən fəqərələr birbirinin üzərində hərəkət edir. Amma ağrı olduğu zaman həmin nahiyədə fəqərələrin, sümüklərin bir-birinə doğru sıxılması baş verir. Ondan sonra artıq orada hərəkət itir. Hərəkət itdiyi təqdirdə, həmin nahiyədə qan dövranı da pozulur və oradan çıxmalı olan maddələr mübadiləsinin son məhsulları da rahat şəkildə çıxa bilmir.
Manipulyasiyalar bu sıxılmanı aradan qaldıran ən yaxşı metodlardan biridir.

Əzələmiz niyə ağrıyır❓Bir çox insan bədənində baş verən ağrını birbaşa onurğa ilə əlaqələndirir. Daha dəqiq desək, belə ...
03/03/2025

Əzələmiz niyə ağrıyır❓

Bir çox insan bədənində baş verən ağrını birbaşa onurğa ilə əlaqələndirir. Daha dəqiq desək, belə ifadə edirlər: “Sümüklərim sızıldayır”, “Quluncum tutub” və s. Amma problemin kökündə isə bəzən əzələ ağrısı dayanır.
Əzələ ağrısı əsasən, aşağıdakı səbəblərdən yarana bilir:
1.Qulluq olunmayan əzələ getdikcə qısalmağa başlayır.
2.Pasiyent nə vaxtsa həmin nahiyədən ciddi travma alıb, və ya əzilməsi olub.
3.Əzələdə iltihablaşma yaranıb.
4.D vitamini çatışmazlığı.
5.Mg çatışmazlığı.
6.İnstablite.
7.Təkrarlanan yanlış hərəkətlər.

✅Əzələ ağrısı adətən, yanma, iynə batırılma effekti verir, boyun və bel “quruyur”, sağa-sola, irəli-geri hərəkətlərdə kəskin ağrılar olur, yerindən qalxanda ağrı olur, sonra azalır.
Əzələ ağrısı bədənimizin düzgün və qamətli duruşunu təmin edir. Vaxtında müalicə olunmazsa, ciddi və geri dönüşü olmayan xəstəliklərə səbəb ola bilər.

📌Unutmayın, ağrılarla yaşamaq sizin alın yazınız deyil!

🔷Hicamanın faydaları:1. Qana müxtəlif yollarla qarışan “çirkli” qarışıqlar orqanizmdən kənarlaşdırılır;2. İmmun sistemin...
18/02/2025

🔷Hicamanın faydaları:
1. Qana müxtəlif yollarla qarışan “çirkli” qarışıqlar orqanizmdən kənarlaşdırılır;
2. İmmun sistemini qüvvətləndirir, bədənin müqavimətini artıraraq xəstəliklərdən qoruyur;
3.Tətbiq olunduğu yerdə qan dövranını və maddələr mübadiləsini tənzimləyir;
4. Hipertoniya xəstələrində çox müsbət təsir göstərir. Belə ki, çox yüksək qan təzyiqini aşağı salır və effekt uzun müddət ərzində saxlanılır (iki həftədən bir neçə aya qədər);
5. Şəkər xəstələrində hicamanın əvəzsiz rolu var.
Çünki onlarda maddələr mübadiləsi pozulur, damar mənfəzi daha tez tutur.

📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)

🔷Miqren - güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda...
18/02/2025

🔷Miqren - güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır. Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş veriri.
🔷Ağrı sözün əsl mənasında insanı yatağa “zəncirləmiş” olur. Ayağa qalxmaq, otaqda gəzmək, hər hansı bir istənilən işin yerinə yetirilməsinə edilən kiçik bir cəhd ağrını daha da artırır.

🔷Miqrenin əlamətləri nələrdir❓
Miqrenin əlamətləri başın bir tərəfinə: daha çox gicgah, ənsə və gözə yayılan ağrılar olub, boyun əzələlərinin spazmı və yanaşı olaraq ürəkbulanma, qusma, səsə və işığa həssaslıq aid edilə bilər. Qusmadan sonra bir çox xəstələrdə başağrılarının azalması miqrenə xarakterik göstəricidir Miqren öncəsi əlamətlər: göz önünüdə rəngli işıqlar, qara kölgə, müxtəlif qoxular, əllərdə və ya üzdə uyuşma, qarışqa gəzmə hissinin olması “aura” adlanır və bir çox xəstə bu əlamətlər meydana gəlməyə başladığında müəyyən bir müddət sonra miqren ağrısının meydana gələcəyini deyir. Hər miqren ağrısı eyni olmasa da, miqren tipik simptomlarını aşağıdakı kimi göstərə bilərik:
🔹Orta və ya ağır baş ağrısı, başın bir tərəfində ağrı adətən məhduddur;
🔹Ağrı əsasən, nəbz atışı şəklindədi, pulsasiya edicidir;
🔹Fiziki fəaliyyət ağrıları kəskinləşdirir;
🔹Ağrı səbəbi ilə gündəlik təkrarlanan fəaliyyətlərdə çatışmazlıq və gücsüzlük gözlənir;
🔹İşıq və səs-küyə qarşı həssaslıq artmışdır və bu həssaslıq səssiz və qaranlıq bir otaqda uzanaraq azalır.Tipik olaraq xəstələr səssiz və qaranlıq bir otaqda uzanmaq istəyirlər;
🔹Bəzi xəstələr tərləmə, temperatur dəyişikliyi, qarın ağrısı və ishal kimi əlamətlər göstərir.

Address

Akademik Şəfayət Mehdiyev 1054
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994556006214

Alerts

Be the first to know and let us send you an email when Bakı Manual Terapiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bakı Manual Terapiya Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category