
05/12/2022
Uşaqlıq yolunun divarları, qat-qat boru forması olduğundan bu orqanın eni və uzunu bəzi səbəblərdən dolayı genişlənə bilir.
🔶️Hamiləlik və doğuş qadının bütün orqanizmində dəyişiklik yaratdığı kimi uşaqlıq yolunda da dəyişiklik əmələ gətirir. Lakin orqanizmdə baş verən digər dəyişikliklər zamanla bərpa olunaraq əvvəlki vəziyyətinə qayıdır, ancaq uşaqlıq yolunda gedən dəyişiklik öz əvvəlki vəziyyətinə qayıda bilmir.
🔶️Küretajlardan sonra uşaqlıq yolunda deformasiyalar yaran bilər.
🔶️Genetik faktorlar – uşalıq yolunun bağ toxumasının zəif olması
🔶️Yaşlanma ən çox rastlanan səbəblərdəndir. Yaşa dolduqca kollagen sintezi azalır, uşaqlıq yolunda boşalmalar başlayır ki, bu cinsi əlaqə zamanı va**nada genişlik hissi ilə özünü biruzə verir.