Respublika Neyrocərrahiyyə Xəstəxanası

Respublika Neyrocərrahiyyə Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. İnstagram səhifəsi - https://www.instagram.com/neyrocerrahiyye.xestexanasi/

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.Xəstəxananın Tibb bacıları şöbəsinin baş tibb bacısı Səidə Bab...
20/04/2026

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.

Xəstəxananın Tibb bacıları şöbəsinin baş tibb bacısı Səidə Babayeva tərəfindən “Tibbi tullantıların idarə edilməsi” mövzusunda geniş tərkibli təlim təşkil olunub.

Təlimdə tibb personalı iştirak edib.

Təlimin əsas məqsədi tibbi tullantıların düzgün idarə olunması, onların təhlükəsiz toplanması, daşınması və utilizasiyası qaydaları barədə bilik və bacarıqların artırılması olub.

Təlim çərçivəsində həmçinin xəstələrin qiymətləndirilməsi, risk faktorlarının müəyyən edilməsi, diaqnostik üsullar, intensiv terapiya prinsipləri və cərrahi müdaxilə göstərişləri barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Hər il 17 Aprel tarixi dünyada Ümumdünya Hemofiliya Günü kimi qeyd olunur.Bu günün qeyd olunmasının əsas məqsədi hemofil...
17/04/2026

Hər il 17 Aprel tarixi dünyada Ümumdünya Hemofiliya Günü kimi qeyd olunur.

Bu günün qeyd olunmasının əsas məqsədi hemofiliya və digər irsi qanaxma xəstəlikləri barədə ictimaiyyətin maarifləndirilməsi, xəstələrin problemlərinə diqqət çəkilməsi və onların dəstəklənməsidir.

Qlioma nədir?Qlioma, beyin və ya onurğa beynindəki dəstəkləyici hüceyrələrdən (qlial hüceyrələr) inkişaf edən, sinir ucl...
15/04/2026

Qlioma nədir?

Qlioma, beyin və ya onurğa beynindəki dəstəkləyici hüceyrələrdən (qlial hüceyrələr) inkişaf edən, sinir uclarını əhatə edən şişlərin ümumi adıdır. Bu şişlər əsasən beyin daxilində böyüyür və bədxassəli ola bilər.

Qliomanın əlamətləri

-davamlı baş ağrıları və ya səhər qusmaları;
-görmə qabilliyyətinin itməsi, eşitmə, ikiqat görmə;
-tarazlıq və yerimə çətinliyi;
-epileptik tutmalar (qıcolma);
-şəxsiyyət və ya davranış dəyişiklikləri.

Qliomanın növləri

-Astrositomalar;
-Pilositik astrositoma (I dərəcə);
-Diffuz astrositoma (II dərəcə); -Anaplastik astrositoma (III dərəcə); -Oliqodendroqliomalar; -Qlioblastoma (IV dərəcə); -Ependimomalar.

Qliomanın diaqnostikası

-MRT (Maqnit Rezonans Tomoqrafiya);
-KT (Kompüter Tomoqrafiyaı);
-Biopsiya;
-Molekulyar Genetik Analiz.

Müalicə Üsulları

-Cərrahi əməliyyat;
-Radiasiya Terapiyası (Şüa Müalicəsi);
-Kimyaterapiya;
-Hədəli Terapiya;
-Müşahidə.

Respublika Neyrocərrahiyyə Xəstəxanası
Xudu Məmmədov küçəsi 4
Əlaqə: +994 12 3716001

 -böyük uğurdur! #Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət edən pasiyent uğurlu əməliyyatdan sonra ambulator mü...
14/04/2026

-böyük uğurdur! #

Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət edən pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Pasiyent baş ağrıları, sağ əl və ayağlarda zəiflik sikayətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət olunub.

KT müayinə nəticəsinə əsasən, pasiyentdə sol alın-təpə nahiyyədə, hərəkət mərkəzinin (precentral gyrus) həmən üzərində böyük ölçülü (8*5 sm) meningioma aşkar edilib və cərrahi əməlliyat olunması qərara alınıb.

Həkim-neyrocərrah Kərəm Əsgərov tərəfindən sol alın-təpə parasaggital (orta xəttə yaxın) kraniotomiya üzrə cərrahi əməliyyat uğurlu icra edərək, pasiyent nevroloji defisitsiz ambulator müalicə üçün evə buraxılıb.

Bizim üçün hər bir pasiyentin sağlamlığı və gülümsəməsi ən böyük mükafatdır.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.Respublika Neyrocərrahiyyə Xəstəxanasının farmakonəzarət üzrə ...
10/04/2026

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının farmakonəzarət üzrə məsul şəxsi Sevinc Ağayeva tərəfindən “Elektron resept istifadəçi təlimatı” mövzusunda geniş tərkibli təlim təşkil olunub. Təlimdə tibb personalı iştirak ediblər.

Təlimin əsas məqsədi elektron resept sisteminin düzgün və effektiv istifadəsini təmin etmək, həkim və digər tibb işçilərinin bu sahədə bilik və bacarıqlarını artırmaq olub.

Bununla yanaşı, təlim zamanı elektron reseptlərin yazılması qaydaları, sistemdə qeydiyyat və istifadə prosesi, həmçinin qarşıya çıxa biləcək texniki məsələlərin həlli yolları iştirakçılara ətraflı izah edilib.

İştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr üzərində izahlar aparılıb.

8 Aprel – Ümumdünya Neyrocərrahlar Günüdür.Beyin və sinir sistemi xəstəlikləri ilə mübarizədə böyük məsuliyyət və dəqiql...
08/04/2026

8 Aprel – Ümumdünya Neyrocərrahlar Günüdür.

Beyin və sinir sistemi xəstəlikləri ilə mübarizədə böyük məsuliyyət və dəqiqliklə çalışan, hər gün həyatlara ümid olan bütün neyrocərrahları ürəkdən təbrik edirik!

Respublika Neyrocərrahiyyə Xəstəxanası olaraq, bu şərəfli peşəyə həyatını həsr edən həkimlərimizə sonsuz təşəkkür edir, onlara güc, səbr və yeni uğurlar arzulayırıq.

✨ Əlləriniz şəfa, yolunuz daim işıqlı olsun!

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.Xəstəxananın Baş-beyin şöbəsinin həkim-neyrocərrahı Elşən Hüse...
07/04/2026

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.

Xəstəxananın Baş-beyin şöbəsinin həkim-neyrocərrahı Elşən Hüseynzadə tərəfindən “Subaraxnoidal qanamaların menecmenti” mövzusunda geniş tərkibli təlim təşkil olunub.

Təlimdə tibb personalı iştirak edib.

Təlimin əsas məqsədi subaraxnoidal qanamaların erkən diaqnostikası, düzgün klinik yanaşma və müasir müalicə metodları üzrə iştirakçıların bilik və bacarıqlarını artırmaqdan ibarət olub.

Təlim çərçivəsində xəstələrin qiymətləndirilməsi, risk faktorlarının müəyyən edilməsi, diaqnostik üsullar, intensiv terapiya prinsipləri və cərrahi müdaxilə göstərişləri barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.Respublika Neyrocərrahiyyə Xəstəxanasının farmakonəzarət üzrə ...
03/04/2026

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının farmakonəzarət üzrə məsul şəxsi Sevinc Ağayeva tərəfindən “Dərman vasitələrinin saxlanılması və düzgün istifadə qaydaları” mövzusunda geniş tərkibli təlim təşkil olunub.

Təlimdə tibb personalı iştirak ediblər.

Təlimin əsas məqsədi dərman vasitələrinin düzgün saxlanma şəraitinə riayət olunmasının vacibliyini diqqətə çatdırmaq, onların keyfiyyətinin qorunması, təhlükəsiz və effektiv istifadəsinin təmin edilməsi ilə bağlı iştirakçıların bilik və bacarıqlarını artırmaqdan ibarət olub. Bu çərçivədə dərmanların temperatur rejimi, rütubətə həssaslıq, saxlanma müddətləri, yararlılıq tarixlərinin izlənməsi, qablaşdırma qaydaları və istifadədən əvvəl yoxlanılması kimi mühüm məqamlar ətraflı izah edilib.

Bununla yanaşı, təlim zamanı dərman vasitələrinin düzgün istifadəsi zamanı buraxılan tipik səhvlər, onların qarşısının alınması yolları, eləcə də farmakonəzarətin əhəmiyyəti və bu sahədə məsul şəxslərin rolu barədə məlumat verilib.

Real nümunələr və praktik vəziyyətlər üzərindən aparılan izahlar mövzunun daha yaxşı mənimsənilməsinə kömək edib.

İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onların gündəlik fəaliyyətlərində rastlaşdıqları çətinliklər müzakirə olunub və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.Respublika Neyrocərrahiyyə Xəstəxanasının Xəstə Xidmətləri şöb...
01/04/2026

Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim keçirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının Xəstə Xidmətləri şöbəsinin müdiri Fəridə Mədətova “Sənədləşmə. Məlumatların dəqiqliyinin təmin edilməsi” mövzusunda təlim keçib.

O, çıxışında təlimdə iştirak edən operator və qeydiyyatçılara məxfilik və konfidensiallıq qaydaları, texniki tələblər, eləcə də müvafiq siyasət və prosedurlar barədə ətraflı məlumat verib.

Təlimin əsas məqsədi xəstələrə aid məlumatların qorunmasını təmin etmək, məxfilik prinsiplərinə riayət olunmasını gücləndirmək və əməkdaşların bu sahədə bilik səviyyəsini artırmaq olub.

Sonda isə əsas mövzular ətrafında müzakirələr aparılıb, müxtəlif fikirlər səsləndirildikdən sonra tədbir yekunlaşıb.

26 Mart -Beynəlxalq Epilepsiya Maarifləndirmə Günü (və ya "Bənövşəyi Gün") epilepsiya haqqında məlumatlılığı artırmaq.Xə...
26/03/2026

26 Mart -Beynəlxalq Epilepsiya Maarifləndirmə Günü (və ya "Bənövşəyi Gün") epilepsiya haqqında məlumatlılığı artırmaq.

Xəstəliklə bağlı qərəzli fikirləri aradan qaldırmaq və xəstələrə dəstək olmaq məqsədilə 2008-ci ildən bəri hər il qeyd olunur.

Bu günün simvolu bənövşəyi rəngdir və məqsəd xəstələrin cəmiyyətə inteqrasiyasına kömək etməkdir.

Bu günün simvolu bənövşəyi rəngdir və məqsəd xəstələrin cəmiyyətə inteqrasiyasına kömək еtməkdir.

Vərəm sağalan xəstəlikdir.          Hava-damcı yolu ilə yayılan xəstəlik insan orqanizminə tənəffüs yolları, qida, dəri ...
24/03/2026

Vərəm sağalan xəstəlikdir.

Hava-damcı yolu ilə yayılan xəstəlik insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və s. yollarla daxil olur.

Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8
aya qədər müxtəlif əşyaların üzərində qala bilir.

Son illər vərəmlə mübarizə sahəsində atılan mühüm addımlar nəticəsində ölkəmizdə vərəm xəstəliyinin yayılması əhəmiyyətli dərəcədə azalıb.

Sizi müqəddəs Ramazan ayı münasibətiləürəkdən təbrik edirik.               Sizə və ailənizə sağlamlıq, səbir, ruhi rahat...
20/03/2026

Sizi müqəddəs Ramazan ayı münasibətilə
ürəkdən təbrik edirik.

Sizə və ailənizə sağlamlıq, səbir, ruhi rahatliq və bərəkət gətirməsini arzulayırıq.

Address

Bakı şəhəri, Xətai Ray, Xudu Məmmədov 4
Baku
AZ1123

Telephone

+994123716001

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Neyrocərrahiyyə Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Neyrocərrahiyyə Xəstəxanası:

Share

Category