14/10/2025
👃 Septoplastika nədir?
Septoplastika – burun çəpərinin (septumun) əyriliyini düzəltmək üçün edilən cərrahi müdaxilədir. Bu əməliyyat yalnız estetik üçün deyil, əsasən sağlam nəfəsalma və yaşayış keyfiyyətini yüksəltmək üçün aparılır.
🔍 Septum əyriliyi hansı şikayətlərə səbəb olur?
🫁 Burundan çətin nəfəs alma
😴 Gecə xoruldama və ya yuxuda nəfəsin dayanması (apne)
🤕 Tez-tez baş və üz nahiyəsində ağrılar
🤧 Təkrarlanan sinusit, təzyiq və burun tutulması
👃 Tək tərəfli burun tıxanıqlığı və qoxu itkisi
🩺 Septoplastika nə edir?
✅ Burun daxilindəki maneəni aradan qaldırır
✅ Normal hava axınını bərpa edir
✅ Xoruldama və sinus problemlərini azaldır
✅ Daha rahat nəfəs və rahat yuxu təmin edir
Unutmayın: Bu əməliyyat estetikdən çox sağlamlıq üçündür. Doğru diaqnoz və mütəxəssis seçimi uğurlu nəticənin əsas şərtidir.