
23/07/2025
📲 Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeni inteqrasiyalar həyata keçirilib.
🧪 Artıq dövlət tibb müəssisələrində aparılan MRT, KT, USM, EKQ, EEQ və digər instrumental diaqnostik müayinələrin nəticələri hazır sənəd formasında "e-Tabib" ilə yanaşı "mygov" platformasında da elektron şəkildə təqdim olunur.
📩 Eyni zamanda tibbi göndərişlərə də mygov üzərindən çıxış mümkündür! Həm dövlət, həm də özəl tibb müəssisələrinə verilən göndərişlər elektron şəkildə təqdim edilir.
🔗 Bütün məlumatlara “mygov”un veb versiyasında “Tibb məlumatlarım”, mobil tətbiqində isə “Sağlamlıq” bölməsi vasitəsilə baxa bilərsiniz.
Ətraflı məlumat: https://bit.ly/4kM82sB