28/04/2026
Yas, travma və böhran halları insanın həyatına gözlənilmədən daxil olur və çox zaman təkbaşına idarə etmək çətin olur. Bu təlim, psixoloji travmaların mahiyyətini daha dərindən anlamaq, böhran vəziyyətlərində düzgün yanaşma formalaşdırmaq və effektiv dəstək bacarıqları qazanmaq istəyənlər üçün hazırlanıb.
Peşəkar mühitdə keçiriləcək bu proqram nəzəri biliklərlə yanaşı, praktik yanaşmaları da əhatə edir. Məqsəd yalnız məlumat vermək deyil, eyni zamanda real vəziyyətlərdə istifadə oluna biləcək alətlər təqdim etməkdir.
🎯 Təlimdə nə əldə edəcəksiniz?
🔹 Travma və böhran anlayışlarının psixoloji əsaslarını anlama
🔹 Travmatik reaksiyaları və onların mərhələlərini tanıma
🔹 Yas və böhran vəziyyətində ilkin psixoloji dəstək göstərmə bacarıqları
🔹 Danışıq və dinləmə texnikaları ilə təhlükəsiz mühit qurma
🔹 Öz emosional reaksiyalarınızı daha yaxşı tənzimləmə yolları
🔹 Real klinik nümunələr üzərindən analiz və tətbiq imkanı
👥 Kimlər iştirak edə bilər?
⚪️ Psixoloqlar və psixologiya ixtisası üzrə təhsil alan tələbələr
⚪️ Psixoterapevtlər və konsultantlar
⚪️ Sosial işçilər və insanlarla aktiv işləyən mütəxəssislər
⚪️ Müəllimlər və təlimçilər
⚪️ Travma və böhran mövzusuna peşəkar və ya şəxsi marağı olan hər kəs
Təlimin sonunda hər bir iştirakçıya xüsusi iş dəftəri və terapiyada istifadə etmək üçün lazım olan psixoloji alətlər veriləcək. Eyni zamanda iştirakçılara sertifikat təqdim olunacaq.
📢 Qrupda iştirak sayı 10 nəfər üçün nəzərdə tutulmuşdur.
📆 9 may
🕰️ Saat 11:00
📍Psychological Wellness Clinic (Heydər Əliyev pros. 115)
📞(+994 55) 619-63-23