Professor Dr. Mahammad Karimov

Professor Dr. Mahammad Karimov Damar Cərrahı, Fleboloq

İcra etdiyimiz EVLA endo venoz lazser ablasiyası əməliyyatlarımızdan nəticələr. Əməliyyat çox qısa tam ağrısız və narkoz...
14/03/2025

İcra etdiyimiz EVLA endo venoz lazser ablasiyası əməliyyatlarımızdan nəticələr. Əməliyyat çox qısa tam ağrısız və narkozsuz həyata keçirilir. Eyni gündə pasientlərimiz ayağa qalxaraq normal həyatlarına davam edı bilirlər.

Genişlənmiş aşağı ətraf venalarının hətda eroziv yaraya çevrilmiş halda olsalar belə müalicəsi və Lazerlə əməliyyatları ...
10/03/2025

Genişlənmiş aşağı ətraf venalarının hətda eroziv yaraya çevrilmiş halda olsalar belə müalicəsi və Lazerlə əməliyyatları mümkündür ancaq bir nüansı unutmayaq bu işləri Profeaionaılar tərəfindən edilməlidir.

Lazerlə Ayaqlarda Venalarının müalicəsi profesionala həvalə etməniz tövsiyyə olunur.
04/03/2025

Lazerlə Ayaqlarda Venalarının müalicəsi profesionala həvalə etməniz tövsiyyə olunur.

Dərin damar trombozu diaqnozu necə qoyulur?Əsasən, dərin damar trombozunun diaqnozu iki üsulla aparılır.1- Fiziki müayin...
02/10/2024

Dərin damar trombozu diaqnozu necə qoyulur?

Əsasən, dərin damar trombozunun diaqnozu iki üsulla aparılır.
1- Fiziki müayinənin nəticələri
2- Diaqnostik görüntüləmə üsulları

Kəskin dərin damar trombozu xəstələr üçün çox ağrılı mənzərədir. Damarlar laxtalarla tıxandıqda:
◾ Çox şiddətli ağrı
◾ Ayağın şişməsi və diametrinin artması
◾ Həssaslıq və rəng dəyişikliyi
◾ Hərarət artımı kimi əlamətlər özünü göstərir.

Bu əlamətlərlə xəstəxanaya gələn xəstədə görüləcək ilk iş “Rəngli Doppler ultrasəs” ilə görüntüləmədir.
Doppler ultrasəs ilə:
◾ Damarda laxtanın olması
◾ Laxtalanma haradan başlayır və hara qədər gedir?
◾ Kəskin yoxsa Xroniki olduğu?
Digər damarlarda qan axını və girov dövranı qiymətləndirilərək müalicə planlaması tez həyata keçirilə bilər. Laxtanın qarın boşluğuna uzandığı hallarda CT və ya MR venoqrafiya kimi qabaqcıl görüntüləmə üsulları tələb oluna bilər.

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi



SMM by .agency

21/09/2023

Dəyərlı dostlar, qardaşlar, qohumlar doğum günü münasıbəti ilə təbriklərinizə və xoş arzularınıza ğörə hər birinizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

26/04/2023

Əziz izləyicilər Sizlərə "İsti və isti suyun varikoz damarlarına təsiri" haqqında bəhs etdim.
Xoş seyrlər!

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi



SMM by Leo Marketing Agency

07/04/2023

Əziz izləyicilər bu videomda Sizlərə isti havalarda daha çox artan "Tromboz" riskindən bəhs etdim.
▪ Trombozun erkən müayinəsində önəmli olan faktor D-dimer.
▪ D-dimer nədir?
▪ Risk qrupuna kimlər daxildir?
▪ Tromboz olan pasiyentlərə məsləhətim nədir?
Xoş seyrlər!

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi



SMM by Leo Marketing Agency

Uzun müddət sabit bir şəkildə ayaqda durmayın və ya sabit bir şəkildə uzun müddət oturmayın!Sabit bir şəkildə uzun müddə...
30/03/2023

Uzun müddət sabit bir şəkildə ayaqda durmayın və ya sabit bir şəkildə uzun müddət oturmayın!

Sabit bir şəkildə uzun müddət ayaqda dayanmaq və ya oturmaq varikoz damarlarının əmələ gəlməsini və inkişafını sürətləndirir. Normal şəraitdə ayaqlarda əzələlərin daralması, damarlarda cazibə qüvvəsinin əks istiqamətində sağım effekti yaradır. Bu effekt damarlardakı qanın hərəkətinə kömək edir. Bu şəkildə damarda qan yığılması, damarların genişlənməsi və tərs axının qarşısı alınır.

▪️ Ancaq uzun müddət hərəkətsiz qaldığınız zaman damarlarda qan yığılması, böyüməsi və geri axması meydana gələcək. Bu səbəbdən uzun oturuş zamanı hər saat başı 5-10 dəqiqə gəzmək, oturarkən ayaqları sallamaq yerinə bir kürsü üzərinə uzatmaq damarların sağlamlığı üçün faydalıdır. Eyni şəkildə uzun müddət hərəkətsiz ayaqda duranda saatda 5-10 dəqiqə gəzmək damar sağlamlığı üçün faydalı olacaqdır.

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi



SMM by .az

Varikoz damarları ölkə əhalisinin böyük bir hissəsini əhatə etsə də, hər kəs xəstə bir damarı müəyyən edə bilməz. Gəlin ...
27/03/2023

Varikoz damarları ölkə əhalisinin böyük bir hissəsini əhatə etsə də, hər kəs xəstə bir damarı müəyyən edə bilməz. Gəlin sizə kömək edək!

Bunlara diqqət edin:
▫ Dəridə çıxan və görünən tronkulyar venalar
▫ Gözə çarpmayan mavi və ya yaşılımtıl rəngə malik mikrovarislər
▫ Vasinos kimi tanınan kiçik budaqlar olan retikulyar damarlar

Bu əlamətlər damarda olan xəstəliklərin göstəricisi ola bilər👨‍⚕️

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi



SMM by .az

Heç lipedema haqqında eşitmisinizmi?◾ Lipedema ayaqlar, qollar, dizlər və budlar kimi bölgələrdə qeyri-mütənasib yağ yığ...
22/03/2023

Heç lipedema haqqında eşitmisinizmi?

◾ Lipedema ayaqlar, qollar, dizlər və budlar kimi bölgələrdə qeyri-mütənasib yağ yığılması ilə meydana gələn bir xəstəlikdir.

◾ Qadınlar arasında daha çox rast gəlinən lipedema çoxlarının düşündüyünün əksinə olaraq artıq çəki ilə əlaqəli deyil. Lipedema genetik mənşəlidir və xüsusilə hamiləlik, menopoz zamanı və bəzi kontraseptivlərin istifadəsi zamanı hormonal balanssızlıq ilə ağırlaşır.

◾ Xroniki bir xəstəlik olduğu üçün müalicəsi yoxdur, lakin erkən diaqnozla simptomları yüngülləşdirməyə kömək edən müalicələri müsbət nəticələrlə tətbiq etmək mümkündür.

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi



SMM by .az

Salamlar, qidalanmamız sağlamlığımızın necə olmasının ən vacib elementlərindən biridir. Bu səbəbdən sağlam qidalanmaq hə...
18/03/2023

Salamlar, qidalanmamız sağlamlığımızın necə olmasının ən vacib elementlərindən biridir. Bu səbəbdən sağlam qidalanmaq hər bir insan üçün çox vacibdir.

▫ Varikoz xəstəliyinə meyilli olanlar, varikoz damarlarından müalicə alanlar və varikoz damarlarından risk qrupunda olanlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər.

▫ Bu gün sizə damar sağlamlığı baxımından çox qiymətli bir qida olan çuğundurdan danışacağam. Homosistein qan damarlarına zərər verə bilən təbii bir amin turşusudur. Bədəndəki homosistein səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilən fitokimyəvi birləşmə olan betacyan ehtiva edən çuğundur, damarları qoruyur. Bu ləzzəti salatlarınıza, smuzilərinizə və turşularınıza əlavə etməyi tövsiyə edirəm👨‍⚕️

Damar Cərrahı Prof. Dr. Məhəmməd Kərimov
📲050 480 92 96
🏥Bakı Sağlamlıq Mərkəzi



SMM by .az

Address

Azadlıq 112
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:15
Saturday 09:00 - 14:00

Telephone

+994504809296

Website

Alerts

Be the first to know and let us send you an email when Professor Dr. Mahammad Karimov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Professor Dr. Mahammad Karimov:

Share

Category