Dietoloq Lala Mahmudova

Dietoloq Lala Mahmudova Nutritionist and Dietitian
Functional Medicine
Türkiye Fonksiyonel Tıp Platformu

11/01/2023
01/01/2023

Praqa xatirələri🥰

Bugün sizə ayaqqabı seçimində çoxunuza problem yaradan podaqra xəstəliyindən(baş barmaq oynağında şiş) danışacam. İltiha...
21/12/2022

Bugün sizə ayaqqabı seçimində çoxunuza problem yaradan podaqra xəstəliyindən(baş barmaq oynağında şiş) danışacam. İltihabi revmatizmin bir növü olan podaqra xəstəliyi həm metabolizm pozulmaları, həm də genetik faktorlardan qaynaqlanır və qanda sidik turşusunun artması ilə yaranır.

Podaqra xəstəliyində pəhriz, xüsusilə artıq çəkiniz varsa, arıqlamaq vacibdir. Çünki
🔸arıqlamaqla ideal çəkiyə çatdıqca qanda sidik turşusu səviyyəsi əhəmiyyətli dərəcədə azalır
🔸arıqlamaqla oynaqlarınıza düşən yük azalır

Bununla belə, uzun müddət ac qalmağınızı tələb edən pəhrizlərdən qaçmaq lazımdır.
✅Sürətli çəki itirmək sidik turşusu səviyyəsini artıraraq oynaqlarda gut yaranmasını tətikləyir.
✅Həddindən artıq protein qəbul etmək də eyni nəticəyə gətirib çıxarır, buna görə də gündəlik protein qəbulunuzu nəzarətdə saxlayın. Gündəlik protein ehtiyacınızı çəkinizin 1 qrama hasilinə bərabərdir. Məsələn 70 kq çəki üçün gündəlik 70 qr protein

Balanslaşdırılmış pəhrizi müntəzəm idmanla kombinə etmək təhlükəsiz şəkildə arıqlamaq və sağlam çəkini saxlamaq üçün ən yaxşı yoldur.

🔈Tanınmış uzman dietoloq Lalə Mahmudova 20 dekabr (2-ci gün) tarixində Masallı Bioloji Təbabət klinikasında pasiyentləri...
16/12/2022

🔈Tanınmış uzman dietoloq Lalə Mahmudova 20 dekabr (2-ci gün) tarixində Masallı Bioloji Təbabət klinikasında pasiyentlərin qəbulunu həyata keçirəcək.

👩🏻‍⚕️Dietoloq Lalə Mahmudova Türkiyənin Kırklareli Universiteti Qidalanma və pəhriz bölümündən məzun olub. Türkiyənin İstanbul Okan Universitetində uzmanlıq təhsilini alıb.
Aradan qldırılan qidalanma problemləri:
•Şəkərli diabetdə qidalanma;
•T1 diabetdə qidalanma;
•Tiroid xəstəliklərində mədə-bağırsaq, qaraciyər piylənməsi;
•Bariatrik cərrahiyyə mədə balonu sonrası qidalanma;
•Çəkini artırmaq;
•Çəkini azaltmaq və s.

🏨İş təcrübəsi:
Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanası
Özəl Güvən Xəstəxanası
Trakya Universiteti Tibb Fakultəsi xəstəxanası
Babaeski Dövlət Xəstəxanası
Kırklareli Dövlət Xəstəxanası kimi xəstəxənalarında klinik və poliklinik dietologiya ixtisası üzrə staj və iş təcrübəsi qazandıqdan sonra dietoloq Lalə Mahmudova Azərbaycanda fəaliyyətini davam etdirir.



Quru meyvələr həm tox tutma, həm də sağlam olması baxımından pəhriz saxlayan insanların çayın yanında ən sevimli "şirniy...
14/12/2022

Quru meyvələr həm tox tutma, həm də sağlam olması baxımından pəhriz saxlayan insanların çayın yanında ən sevimli "şirniyyatıdır". Lakin quru meyvələr və çərəzlər haqqında istər yeyərkən, istər alarkən və saxlayarkən diqqət etməyiniz lazım olan bəzi nüanslar vardır ki, bugün onlardan danışacam.

🔹Quru meyvə və çərəzlərin tərkibində gözlə görünməsə belə aflatoksin deyə kanserogen və zəhərli kiflər yarana bilir. Buna görə də alacağınız quru meyvələri güvəndiyiniz, içərisi rütubət olmayan və açıq halda saxlanmayan yerlərdən almağınızı tövsiyə edirəm.

🔹Evdə yemədən öncə yaxşıca təmizləyin və saxlamaq üçün ağzı bağlanan qablara doldurub üzərinə aldığınız tarixi qeyd edin ki, uzun müddət qalmasın.

🔹Quru meyvələr və çərəzlər kiçik ölçüdə olduğu üçün bəzi insanlar dayana bilməyib çayın yanında ovuc-ovuc yeyirlər, hansı ki heç düzgün deyil. Hər yemək arasında sayıyla yemək lazımdır, çünki quru meyvələrin tərkibində olan fruktoza qan şəkərinizi artıra bilər.

🔹Quru meyvələri yemək müddətindən kənar, çayın yanında yemək insulin ifrazını artırır, qanda şəkəri yüksəldir. Bunu tarazlamaq üçün quru meyvələrin yanında taxıllı grissini(uzun, incə, xırçıltılı çubuqlar) və ya 3-4 ədəd qoz və ya badam da yeyə bilərsiniz.

🤰🏻Hamiləlik dövründə pəhriz xanımların ən çox maraqlandığı mövzulardandır. Hamiləlikdə pəhriz insandan-insana dəyişə bil...
13/12/2022

🤰🏻Hamiləlik dövründə pəhriz xanımların ən çox maraqlandığı mövzulardandır. Hamiləlikdə pəhriz insandan-insana dəyişə bilər. Artıq çəkiylə hamilə qalan, diabet və digər xəstəlik riski olan hamilələr ilk 3 ayda həkim və dietoloq nəzarəti altında pəhriz saxlaya bilərlər. Lakin 3 aydan sonra pəhriz qətiyyən tövsiyə olunmur. 3-cü aydan sonra yetərsiz bəslənmə uşağın gələcəkdə yetkinlik dövründə qan təzyiqi problemləri, insulindən asılı olmayan diabet və hətta ürək xəstəlikləri ilə üzləşməsinə səbəb ola bilər.

Ardını oxumaq üçün şəkli sola sürüşdürün ➡️

Sağlam qidalanmanın, arıqlamağın formulunun protein və yağlar baxımından zəngin, karbohidratların daha az olduğu qidalan...
07/12/2022

Sağlam qidalanmanın, arıqlamağın formulunun protein və yağlar baxımından zəngin, karbohidratların daha az olduğu qidalanma rutinin olduğunu artıq bilməyən yoxdur. Bu səbəbdən bu gün sizinlə idmana getmədən öncə və ya idmandan sonra yeyə biləcəyiniz proteinlə zəngin qan şəkərinizi yüksəltməyəcək, əzələ yaranması prosesini sürətləndirəcək qəlyanaltıları paylaşmaq istədim.

Biz dietoloqlar bizə müraciət edən pasientlərimizə müayinə etmədən pəhriz proqramı hazırlamırıq. Çünki düzgün fərdi pəhr...
05/12/2022

Biz dietoloqlar bizə müraciət edən pasientlərimizə müayinə etmədən pəhriz proqramı hazırlamırıq.
Çünki düzgün fərdi pəhriz proqramı tərtib etmək üçün xəstəlik tarixçənizlə yanaşı, bəzi qan analizlərinizin nəticələrinə də ehtiyacımız var. Belə ki, tiroid xəstəliklərində, şəkərli diabetdə, vitamin əskikliklərində, hamiləlik zamanı, yüksək təzyiq və yüksək xolesterol olduğu halda qidalanma fərdi olmalıdır. Məsələn, arıqlamaq istəyən birinə birbaşa “yaşıl çay iç” deyə bilmərik. Əgər həmin insanın dəmir çatışmazlığı varsa, bu, vəziyyəti daha da tətikləyəcək və ciddi sağlamlıq problemlərinə səbəb olacaqdır.

🧪Verilməli olan analizlərin bəziləri insandan-insana dəyişsə də, hər kəsin verməli olduğu ümumi analizlər var. Məhz bu analizlərin nəticəsinə və bədəninizin biokimyasının son vəziyyətinə əsasən pəhriz proqramınız şəkillənir, spesifikləşir və ehtiyacınıza görə tərtib olunur.

🦠Bədənimizdə təxminən 100 trilyon hüceyrə və bunun 10 qatı qədər də faydalı bakteriyalar daşıyırıq. Bədənimizin dəri, ağ...
01/12/2022

🦠Bədənimizdə təxminən 100 trilyon hüceyrə və bunun 10 qatı qədər də faydalı bakteriyalar daşıyırıq. Bədənimizin dəri, ağız, erogen bölgə, bağırsaq kimi müxtəlif nahiyələrində var olan bu bakteriyalara həmin bölgənin florası, son zamanlar məşhurlaşan adı ilə “mikrobiota” deyilir. Bağırsaqdakı mikrobiota 2 kiloqramdır, yəni haradan baxsaq bir orqan ağırlığındadır.

Karbonhidrat (şəkər) dedikdə çox güman ki, hamınızın ağlına artıq çəki, şəkərli diabet kimi mənfi nüanslar gəlir və bu s...
28/11/2022

Karbonhidrat (şəkər) dedikdə çox güman ki, hamınızın ağlına artıq çəki, şəkərli diabet kimi mənfi nüanslar gəlir və bu səbəbdən şəkəri həyatınızdan tamamilə çıxarmağı belə düşünürsünüz. Lakin mən bugün sizin şəkər haqqında fikirlərinizi bir qədər dəyişmək istəyirəm.

İlk olaraq, menyudan şəkəri tamamən çıxarmaq praktiki olaraq mümkün deyil. Meyvə, tərəvəz, bal, süd və tam taxıl kimi bir çox karbohidratlı qidalar əsas vitamin və minerallarla zəngindir - buna baxmayaraq, karbonhidratların "p*s" olduğuna dair yanlış fikirlər hələ də var.

❗Karbonhidrat bədənimizin enerji mənbəyidir, çünki bizim fəaliyyətimiz üçün lazım olan kalorilərin bir qismi karbonhidratlardan gəlir. Nəticədə yetəri qədər enerji almamaq əzələ əriməsinə gətirib çıxara bilər.

💡Meyvələrin və bir çox dərdin dərmanı olan balın tərkibində təbii olaraq meyvə şəkəri olan fruktoza və qlükoza var. Bu səbəbdən əgər siz daha çox meyvə-tərəvəz yeyirsinizsə, pəhrizinizin karbonhidratla zəngin olmasında problem yoxdur. Əgər yediyiniz qidalar karbonhidratla zəngin qablaşdırılmış qidalar və “fast-food”dursa, çəkinməli olduğunuz şəkər növü bu qidalarda gizlənib.

Dəyərli izləyicilərim! Havalar soyuduqca, günəşli saatlar azaldıqca mənə D vitamini ilə bağlı gələn suallar da artır. Gü...
25/11/2022

Dəyərli izləyicilərim! Havalar soyuduqca, günəşli saatlar azaldıqca mənə D vitamini ilə bağlı gələn suallar da artır. Günəşdən və qidalardan kifayət qədər vitamin almayan xəstələrim qida əlavəsinə üz tuturlar. Ən çox verdikləri sual isə D vitamini alarkən nələrə diqqət etməli olduqlarıdır. Buna görə qərara gəldim ki, sizinlə bu barədə tövsiyələrimi bölüşüm ✨

Address

Baku
1060

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+994508717107

Website

Alerts

Be the first to know and let us send you an email when Dietoloq Lala Mahmudova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dietoloq Lala Mahmudova:

Share

Category