15/12/2025
Qaraciyərin kimyəvi embolizasiyası TACE qaraciyər şişlərinin müalicəsində istifadə olunan hədəfə yönəlmiş və cərrahiyəyə alternativ bir prosedurdur.
Bu metodla şişi qidalandıran damarları bağlayır və eyni anda törəmənin içinə kimyəvi dərman yeridirik və beləcə şişin böyüməsini yavaşladaraq nəzarət altına alırıq.
Son qaraciyər kimyəvi embolizasiya əməliyyatımızda iri ölçülü bir törəmə üzərində işlədik və əməliyyatın sonuna yaxın törəmədə yırtılma və daxili qanama baş verdi, bu isə nadir rast gəlinən risklərdən biridir. Dərhal müdaxilə apardıq, qanama nəzarət altına alındı və prosedur təhlükəsiz şəkildə tamamlandı.
Hər bir prosedur fərqlidir. Vacib olan yalnız riskləri nəzərə almaq deyil, həmin riskləri vaxtında dəyərləndirmək üçün lazımi elmi bilik və onların qarşısını almaq və ya idarə etmək üçün praktik təcrübəyə sahib olmaqdır.
İnvaziv radiologiyada müdaxilə anında verilən qərarların dəqiqliyi, həm nəzəri hazırlıq, həm də real klinik təcrübənin bir nəticəsidir.
📞+994 77 315 20 40
📍Baku Medical Plaza