13/02/2026
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində pasiyentlər və valideynlərin iştirakı ilə “Açıq Qapı Günü” keçirilib.
Görüşün məqsədi pasiyentlərlə birbaşa ünsiyyətin gücləndirilməsi, onların təklif və iradlarının dinlənilməsi və tibbi xidmətin keyfiyyətinin artırılması olub. Tədbir açıq və şəffaf dialoq şəraitində keçib, səsləndirilən suallar rəhbərlik tərəfindən ətraflı cavablandırılıb.
Qeyd edək ki, Mərkəz pasiyent yönümlü yanaşmanı əsas prinsip kimi qoruyaraq bu cür görüşlərin təşkilini davam etdirəcəkdir.