26/07/2023
Qadınlarda "kişi" hormonu.
Testosteron kişilərin əsas hormonu sayılır. Bu hormonun təsiri altında kişilərə xas olan bədən quruluşu, tüklənmə tipi, digər xüsusiyyətlər (xasiyyət, davranış, təfəkkür və s.) formalaşır. Testosteron spermatozoidlərin hazırlanmasında iştirak edir, kişilərdə potensiyanı stimullaşdırır. Lakin bu hormon tək kişi orqanizmində deyil, qadın orqanizmində də hazırlanır. Təbii ki, qadınlarla müqayisədə kişilərdə bu hormonun səviyyəsi xeyli yüksəkdir. Qadınlarda testosteron follikulun yetişməsinə təsir edir. Qadın orqanizmində testosteron hormonun səviyyəsinin artması sonsuzluğa, hamilə qadında isə dölsalmaya səbəb ola bilər. Məhz bu səbəbdən sonsuzluqla bağlı həkimə müraciət edən qadını digər müayinə və analizlərlə yanaşı qanda testosteronun səviyyəsini təyin etməyə göndərirlər. Qadınlarda testosteron hormonun səviyyəsinin artması "hiperandrogeniya" adlandırılır. Bəzi simptomlar qadında hiperandrogeniyanın inkişafına işarə edə bilər:
- menstruasiyaların qeyri-müntəzəm olması,
- artıq tüklənmə. Bu halda tüklənmənin artması qadınlar üçün xas olmayan yerlərdə - kürək və sinə nahiyəsində, üzdə müşahidə olunur.
- xasiyyətdə və davranışda dəyişikliklər (aqressivlik, seksual və fiziki aktivliyin artması və s.)
- dərinin quru olması,
- saçların yağlı olması və tökülməsi,
- güclü tərlənmə.
Hiperandroqeniyanın əsas səbəbləri:
- böyrəküstü vəzlərin (qadın orqanizmində bu vəzlər testosteron hazırlayır) fəaliyyətinin artması,
- irsiyyət,
- bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu.
Əgər analizlərin nəticəsində qadında hiperandrogeniya aşkar olunarsa, ona xüsusi hormonal müalicə təyin olunur.
🖊Suallarınızı şərh bölməsində qeyd edə bilərsiniz! 👇
🏥👩⚕ Sağlamlığınızı peşəkarlara etibar edin!
Ətraflı Məlumat Üçün Əlaqə⤵️
📱(+99455) 603 00 07
📍Bakı şəh., Moskva pr.75, Şamaxinka dairəsi/ Yenimed klinikası