Nizami Tibb Mərkəzi

Nizami Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

“Cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqinin tətbiqi” haqqında təlim keçirilibNizami Tibb Mərkəzinin Doğum Evində keçir...
13/02/2026

“Cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqinin tətbiqi” haqqında təlim keçirilib

Nizami Tibb Mərkəzinin Doğum Evində keçirilən təlim zamanı müəssisənin Keyfiyətə nəzarət üzrə məsul şəxsi Gülnar Şirinova çıxış edib və sonda mövzuyla bağlı həkimlərin suallarını cavablandırıb.

Təlimin əsas məqsədi TƏBİB-in tabeliyində fəaliyyət göstərən müəssisələrdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini, işçilərin bilik və bacarıqlarını artırmaq olub.

̇b

11/02/2026

11 fevral- Beynəlxalq Xəstələr Günüdür

Günün məqsədi xəstə insanlara dəstək olmaq, onların ağrılarını yüngülləşdirmək və tibbi xidmətlərin keyfiyyətinə diqqət çəkməkdir.

Beynəlxalq Xəstələr Günü ərəfəsində Aztv-nin “Telesəhər” komandası Nizami Tibb Mərkəzində olub.

̇b

Nizami Tibb  Mərkəzinin həkim-nevroloqu Anjelika Mustafayeva kəskin beyin qan-damar pozulmaları haqqında danışıbHəkim bi...
11/02/2026

Nizami Tibb Mərkəzinin həkim-nevroloqu Anjelika Mustafayeva kəskin beyin qan-damar pozulmaları haqqında danışıb

Həkim bildirib ki, kəskin beyin qan-damar pozulmaları, yəni insultlar, müasir tibbin qarşısında duran ən aktual tibbi və sosial problemlərdən biri hesab olunur. Bunun əsas səbəbi bu patologiyanın əhali arasında xəstələnmə və ölüm göstəricilərində əhəmiyyətli yer tutması, həmçinin müvəqqəti və daimi əmək qabiliyyətinin itirilməsinə, əlilliyin yaranmasına səbəb olmasıdır.

İnsulta cəmiyyətin bütün yaş qruplarında rast gəlinə bilər və xəstəliyin inkişafı üçün konkret zaman məhdudiyyəti yoxdur, insult qəfil və gözlənilməz şəkildə baş verə bilər.

Klinik xüsusiyyətləri və yaranma mexanizmi haqqında Anjelika Mustafayeva qeyd edib ki, insultlar əsasən iki böyük
qrupa bölünür:
🔴hemorragik
🔴işemik insultlar

📍Hemorragik insult beyinə qan sızması
nəticəsində baş verir və adətən arterial təzyiqin kəskin yüksəlməsi, və ya damar
divarının zəifləməsi ilə əlaqədar olur.

📍İşemik insult isə beyin damarının tromb və ya emboliya ilə tutulması nəticəsində həmin sahəyə qan axınının dayanması və beyin infarktının formalaşması ilə xarakterizə olunur.

✅Subdural və epidural hematomalar da
beyində qansızma ilə müşayiət olunsa da, onların əsas səbəbi travmatik
zədələnmələrdir və buna görə də tibbi praktikada birbaşa insult anlayışına aid edilmir.

❗️Xəstədə qəfil nitq pozulması, üzün və ya
ətrafların bir tərəfdə zəifləməsi, şüurun pozulması, başgicəllənmə və kəskin baş ağrısı müşahidə edildikdə dərhal təcili tibbi yardım çağırılmalıdır.

Belə hallarda vaxtında və düzgün müdaxilə xəstənin həyatının xilas olunmasında və ağır fəsadların qarşısının alınmasında həlledici rol oynayır.

🚑Xəstə mütləq olaraq baş beynin maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçirilməli və əldə olunan nəticələrə əsasən ixtisaslaşmış stasionar şəraitdə müalicə almalıdır. Erkən diaqnostika və adekvat müalicə insultun nəticələrinin yüngülləşdirilməsində əsas amillərdən biridir.

̇b

09/02/2026

Təşəkkürümüz var

Nizami Tibb Mərkəzində diz endoprotezləşməsi əməliyyatı olunan vətəndaş xəstəxana rəhbərliyinə, həkim və tibb personalına təşəkkürünü bildirib.

Məlumat üçün qeyd edək ki, Nizami Tibb Mərkəzində diz və bud-çanaq endopritezləşməsi əməliyyayı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.

Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb Nizami Tibb Mərkəzinin ümumi cərrahiyyə komandası tərəf...
05/02/2026

Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb

Nizami Tibb Mərkəzinin ümumi cərrahiyyə komandası tərəfindən ilk dəfə olaraq icra olunan Whipple əməliyyatı (pankreatoduodenal rezeksiya) uğurla başa çatıb.

62 yaşlı pasiyent üzərində həyata keçirilən mürəkkəb cərrahi əməliyyat təxminən 5 saat davam edib. Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığının təmin olunması məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə ilə bağırsaq arasında cərrahi anastomozlar yaradılıb.

Əməliyyat Nizami Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrahlar Firdovsi Rüstəmov və Qüdrət Qəhrəmanov tərəfindən icra olunub.

Əməliyyatdan sonra 2 həftə ərzində stasionar şəraitdə müalicə alıb. Vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan Whipple əməliyyatı əsasən mədəaltı vəzin baş hissəsindəki şişləri, onikibarmaq bağırsağı, öd kisəsini və bəzən mədənin bir hissəsini xaric etmək üçün icra olunan mürəkkəb cərrahi prosedurdur.

Məlumat üçün bildirək ki, Nizami Tibb Mərkəzində ilk dəfə icra olunan Whipple əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

̇b

Nizami Tibb Mərkəzinin görünməz qəhrəmanlarının bir qismiBaş tibb bacısı və böyük tibb bacılarının xəstələrə göstərilən ...
04/02/2026

Nizami Tibb Mərkəzinin görünməz qəhrəmanlarının bir qismi

Baş tibb bacısı və böyük tibb bacılarının xəstələrə göstərilən tibb bacısı xidmətlərinin təşkili, keyfiyyətinə nəzarət və tibbi qulluq prosesinin koordinasiyasının həyata keçirirlməsi birbaşa vəzifə səlahiyyətləri olduğu üçün pasiyent məmnunuyyətində əməkləri danılmazdır

03/02/2026

Nizami Tibb Mərkəzində təlim keçirilib

TƏBİB tabeliyiyində fəaliyyət göstərən tibb müəssisələrinin işçilərinin peşəkarlığının yüksəldilməsi, bilik və bacarıqlarının inkişafı, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi ilə keçirilən təlim mərkəzin Keyfiyətə Nəzarət üzrə məsul şəxsi Gülnar Şirinovanın kordinatorluğu həyata keçirilib.

Mərkəzin Terapiya şöbəsinin həkim-terapevti Təranə Tanrıverdiyeva “ Hipoqlikemiya və hiperqlikemiya” (qanda şəkərin midarı, atrması və azalması) mövzusunda mövzusunda çıxış edib.

Məruzəçi Təranə Tanrıverdiyeva qanda şəkərin miqdarının artması, yaxud azalmasının bir-birindən fərqləndirilməsi haqqında məlumat verib və dinləyicilərin suallarını cavablayıb.

təbib

Geniş çeşidli laborator müayinələrimiz davam edir.Vətəndaşlar laborator müayinələr üçün şəxsiyyət şəxsiyyət vəsiqənizlə ...
02/02/2026

Geniş çeşidli laborator müayinələrimiz davam edir.

Vətəndaşlar laborator müayinələr üçün şəxsiyyət şəxsiyyət vəsiqənizlə Nizami Tibb Mərkəzinə yaxınlaşaraq müvafiq ixtisaslı həkim qəbulunda olduqdan sonra faydalana bilərlər.

Məlumat üçün bildirək ki, laborator müayinələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.

̇b

29/01/2026

Nizami Tibb Mərkəzinin həkim-kardioloqu İradə Abdullayeva Baku TV-də yayımlanan BakuMed verilişində “Ürəkdöyünmə və təzyiq problemləri: səbəblər, risklər və müasir yanaşma” mövzusunda çıxış edib.

Linkdən keçid edərək verilişi tam izləyə bilərsiniz:⤵️

https://youtu.be/oMk3ohNXpVQ?si=T1xGiMdOcnw1k6w3

Hər bir Azərbaycan vətəndaşı Nizami Tibb Mərkəzində mövcud olan bu xidmətlərdən icbari tibbi sığortanın Xidmətlər Zərfi ...
26/01/2026

Hər bir Azərbaycan vətəndaşı Nizami Tibb Mərkəzində mövcud olan bu xidmətlərdən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində faydalana bilər:

✅ EEQ (Elektroensefaloqrafiya)
✅ EMQ (Elektromiyoqrafiya )
✅ Saf ses audiometriya
✅ MRT (Maqnit Rezonans Tomoqrafiya)
✅ Kontrasli MRT
✅ Rentgen
✅ Usm
✅ Elastometriya
✅ EXO (Exokardioqrafiya)
✅ EKQ (Elektrokardioqramma)
✅ Doppler (yuxarı ətraflar, aşağı ətraflar, hamiləlik 4D)
✅ Renal, bilateral rəngli doppler, Karotid
✅ Kolposkopiya
✅ Laparoskopik əməliyyatlar
✅ Göz əməliyyatları (Katarakta, Avastin)
✅ İlkin dializ
✅ Lor əməliyyatlar
✅ İrriqoskopiya
✅EVLA

̇b

22/01/2026



Dizində olan ağrılar səbəbilə Nizami Tibb Mərkəzinə üz tutan Astara rayon sakini Xanım Məmmədovaya icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində diz oynağının endoprotezləşdirilməsi əməliyyatı icra olunub.

Əməliyyatı uğurlu keçən və özünü yaxşı hiss edən pasiyent yaradılan şərait və tibbi xidmətə görə TƏBİB-ə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, xəstəxana rəhbərliyi və həkiminə, bütün tibbi personala öz təşəkkürünü bildirib.

̇b

“815” Çağrı Mərkəzinə 2025-ci il ərzində 150 mindən çox zəng daxil olubÖtən il TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə...
21/01/2026

“815” Çağrı Mərkəzinə 2025-ci il ərzində 150 mindən çox zəng daxil olub

Ötən il TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 154 182 zəng daxil olub. Müraciətlərdən 150 798 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 3 384 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 1 246 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 1 685 müraciət ilə bağlı məsələ həll edilib, 453 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

Address

Xətai Rayonu
Baku
AZ1000

Telephone

+994125701554

Website

Alerts

Be the first to know and let us send you an email when Nizami Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram