
02/03/2025
YAD CİSİM İLƏ BOĞULMA ZAMANI İLK YARDIM.
Yad cisim ilə tıxanma hallarında mütləq TTY #103-ə zəng edin və ya başqasından bunu etməsini xahiş edin.
-/-/-/-/-/-/-/-/-
**Böyüklərdə yad cisim ilə boğulma zamanı**:
Addım #1. Boğulan zərərçəkmişin arxasına keçin, bir əlinizin yumruğunu göbəyin üzərinə qoyun, digəri əlinizlə isə birinci qoyuduğunuz əlininizi möhkəm tutun. Əllərinizi kəskin şəkildə içəri və yuxarı istiqamətdə itələyin. Bu hərəkəti beş dəfə təkrarlayın. Heymlix manevri adlanan bu texnika 1 yaşdan yuxarı uşaqlarda və böyüklərdə tətbiq edilir.
-/-/-/-/-/-/-/-/-
**Körpələrdə yad cism ilə boğulma zamanı**:
Addım #1. Bir yaşıdan kiçik körpəni qolunuz üstünə yerləşdirin, başını və boynunu tutaraq, başını döş qəfəsindən aşağı vəziyyətə gətirin.
Addım #2. Sonra isə kürəklər arası nayihəyə arxadan 5 dəfə zərbə vurun.
Addım #3. Daha sonra körpəni üzü yuxarı çevirin və döş qəfəsinin tən ortasına iki barmağınızla 5 dəfə güclü və sürətli sıxın.
Addım #4. Yad cisim xaric olunanadək, tibbi yardım briqadası gələnədək və ya körpə hərəkət etdiyi müddətcə, Addım #2 və #3 davam edin.
-/-/-/-/-/-/-/-/-
**Əgər hansısa anda körpə süstləşərsə, yəni hərəkət etməszə və ya huşunu itirərsə, mütləq ÜAR (ürək-ağciyər reanimasiyası) tədbirlərinə başlayın.
**ÜAR tədbirləri üçün körpəni sərt olan yerə uzadın və döş qəfəsini 30 dəfə sıxın, sonra 2 dəfə nəfəs verin. Hər dəfə nəfəs verməzdən əvvəl ağızı açaraq yad cismin boğazda olduğunu görürsünüzsə, mümkündürsə, onu cəld xaric etməyə çalışa bilərsiniz.
**ÜAR tədbirlərini təcili tibbi yardım briqadası gələnədək və ya körpə ayılanadək davam edin.
**Daha ətraflı öyrənmək üçün İlk Yardım təlimlərimizə qatılın və ya "İlk Yardım" mobil tətbiqimizi yükləyin.
www.KursEvi.az
www.IlkYardim.az