Ege Hospital Hamilə Klubu

Ege Hospital Hamilə Klubu Hamilələr, hamiləlik planlayan və ya yeni ailə quran xanımlar üçün ödənişsiz təlim mərkəzi.

Təlimlər ginekoloq, pediatr, dietoloq, psixoloq və doğuma kömək edən tibb bacılarının iştirakı ilə keçir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Ege Hospital Hamilə Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Ege Hamilə Klubu

Hamilələr, hamiləlik planlayan və ya yeni ailə quran xanımlar üçün xüsusi bir təlim mərkəzi fəaliyyətə başladı. "Ege Hospital Hamilə Klubu" adı altında fəaliyyət göstərən mərkəzə yeni uşaq dünyaya gətirmiş, hamiləliyin hər hansısa bir həftəsində olan və ya hamiləlik planlayan xanımlarımız qoşula bilər.

Ginekoloq, pediatr, dietoloq, psixoloq və doğuma kömək edən tibb bacılarının iştirakı ilə keçən təlimlərdə xanımlarımız hamiləlik öncəsi, hamiləlik zamanı, doğum və doğum sonrası dövrdə qarşılaşa biləcəkləri hallarla bağlı məlumat ala biləcəklər.

Təlimlər bütün vasitələrlə təmin olunmuş rahat mühitdə keçirilir. Nəzəri məlumatlarla birlikdə praktiki məşğələlərin də daxil edildiyi təlimdə iştirakçılar mövzu ilə əlaqəli suallarını soruşub, yerindəcə cavab ala biləcək. Təlimi başa vuran iştirakçılara sertifikat verilir.

Hamilə Klubuna qoşulmaq ödənişsizdir. İştirak üçün qeydiyyatdan keçmək kifayətdir.