02/12/2020
✨Kuperoz üz dərisində qırmızı kapilyarlar torunun olmasıdır. Kuperoz əksər hallarda dərisi nazık, ağ və həssas olan insanlarda müşahidə olunur.
✨Adətən kuperoz burun və yanaqlar, bəzən alın və çənə nahiyəsində olur. Kuperoz bədən dərisində də ola bilər.
✨Kuperoz bir çox hallarda heç bir ciddi xəstəliyin əlaməti olmur və yalnız kosmetik defekt yaradır. Bir çox hallarda kuperozun səbəbi irsiyyat olur. Belə insanların damarları zəif, kövrək olur və bu varikozun inkişafına səbəb ola bilər. Bu halda kuperoz uşaq vaxtında əmələ gəlməyə başlayır və ailənin bir çox üzvlərində müşahidə olunur.
✨Əgər sizdə kuperoza meyillik varsa bu kimi qaydalara əməl edin:
✔️Tərkibində spirt, turşu olan üz üçün qullaq vasitələri, tərkibində kobud dənəciklər olan skrablar istifadə etmək olmaz.
✔️Dərinin əllə təmizlənməsi, pilinq, üzün lazerlə cilalanması, vakuum təmizlənmə, bal massajı, xüsusi şotka ilə massaj əks göstərişdir. Belə dəriyə ültrasəs təmizlənmə üsulu, yumşaq pilinqlər daha uyğundur.
✔️Dərinin buxara verilməsi, isindirici (termik) maskalar, isindirici kompreslər kuperoza meyilli olan insanlar üçün ziyanlıdır.
✔️Belə insanlar hamam və saunaya getməməli, inhalyasiya etməməli, isti su ilə üzünü yumamalıdır. Üzünü ilıq və ya sərin su ilə yumaq olar.
✔️Fiziki gərginliklər və ağır əşyaların qaldırılması da əks-göstərişdir.
✔️Daim çox isti, acı, ədviyyatlı qidaların, spirtli içkilərin qəbulu kuperozun artmasına səbəb olacaq.
✔️Hərarətin tez-tez kəskin növbələşməsi (çöldə soyuq hava, evdə isti) də ziyanlıdır.
✔️C vitamini və rutin kuperozla mübarizədə kömək edir (bu maddələr askorutin preparatın tərkibinə daxildir).
_______
📱(+994 55) 263 02 33
📍Ünvan: Avrasiya klinikası
📍ünvan:Azbeauty Tedris Akademiyası
________________________________________________