Dr. Teymur Musayev
Uroloq Onkoloq
Teymur Nizami oğlu Musayev 1978-cı ildə gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 1986-1996-cü illərdə orta təhsilini Marneuli şəhəri 2-N li orta məktəbdə alıb. 1996-2002-ci illərdə Tbilisi Dövlət Tibb Universitetində ali təhsil alıb. 2002-2005-cı illərdə Russiya Federasiyası Sankt-Peterburg Dövlət Tibb Akademiyasında ümümi cərrahiyyə kafedrasında kliniki ordinaturada hazırlıq proqramı üzrə təhsil alıb. 2005-cı ilin dəkabr ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əyani aspiranturya daxil olub və “Prostat vəzin xərçənginin sümük metastazlarının müalicəsində bisfosfonatların effektivliyi” mövzusunda elmi işi uğurla müdafiə edib və 2010 ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə onkologiya ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2016 ildən Milli onkologiya Mərkəzini əyani doktorantıdır. Doktorluq dissertasiyasının mövzusu - Sidik kisəsi xərçənginin müalicəsinə həsr olunub. Avropanın və MDB ölkələrinin aparıcı onkouroloji klinikalarında uzunmüddətli ixtisaslaşma kursları keçib. Azərbaycan, Avropa, Russiya, Belorussiya, Ukrayna və Gürcüstan uroloji və onkouroloji cəmiyyətlərinin üzvidir. 100 artıq elmi işin müəllifidir.