08/05/2026
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirin açılış nitqi ilə çıxış edən İnstitutun direktoru Cəmilə Qurbanova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, səhiyyə sisteminin inkişafı və milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlərindən bəhs edib.
Daha sonra İnstitutun YAP təşkilatının sədri Ədalət Əliyev çıxış edərək Ulu Öndərin siyasi irsinin bu gün də Azərbaycan xalqının inkişaf yolunda mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İnstitutun İnsan resursları şöbəsinin müdiri Təranə Atakişiyeva çıxışında Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və milli kadr siyasətinin formalaşdırılması istiqamətindəki xidmətlərindən danışıb.
Reproduktiv sağlamlıq texnologiyaları şöbəsinin müdiri Xəyalə Təhməzi çıxışında Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayıb.
Neonatoloq Kövsər Azadəliyeva isə çıxışında Ulu Öndərin gələcək nəsillərin sağlam inkişafına verdiyi önəmin Azərbaycan səhiyyə siyasətində xüsusi yer tutduğunu qeyd edib.
Çıxışlardan sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir dərin ehtiram hissi ilə yekunlaşıb. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.