
09/08/2025
Uşaqlarda 2 aylığında diş çıxması nadir hallarda baş verən bir haldır və valideynlər üçün həm maraqlı, həm də bir az narahatlıq doğura bilər.
2 aylığında diş çıxması – bu normaldırmı?
Adətən körpələrin ilk dişləri 6-8 ay aralığında çıxır. Amma bəzən bu proses çox erkən – hətta 2-ci ayda belə başlaya bilər. Bu dişlərə natal və ya neonatal dişlər deyilir.
Səbəblər:
• İrsi meyillilik
• Süd dişinin diş ətində normaldan tez inkişafı
• Bəzən bəzi sindromların əlaməti ola bilər (amma çox vaxt tamamilə sağlam körpələrdə də olur)
⚠️ Nəyə diqqət etməli?
• Diş çox iti olub əmizdirməni çətinləşdirirsə
• Damaq və dilə zədə vurursa
• Diş çox hərəkətlidirsə, aspirasiya( boğulma) riski varsa
🩺 Nə etməli?
Mütləq uşaq stomatoloqu və pediatr tərəfindən müayinə olunmalıdır. Əgər risk yoxdursa, dişin qalmasına icazə verilir.
📌 Unutmayın: Erkən diş çıxması həmişə problem demək deyil, amma həkim yoxlanışı vacibdir.