07/06/2021
Maqnezium - (Doza cədvəli 2-ci şəkildə)
Maqnezium bədənimizdə ən çox yayılmış dördüncü mineraldır və bədənimiz onsuz düzgün işləyə bilməz. Bu maddə yüzlərlə metabolik proses və bir çox funksiyalar üçün vacibdir. Maqneziumun qida mənbəyinə paxlalılar, qoz-fındıq, toxumlar və yaşıl yarpaqlı tərəvəzlər daxildir. Aşağı maqnezium səviyyələri tip 2 diabet, ürək xəstəliyi və Alzheimer kimi bir sıra xəstəliklərlə əlaqələndirilir. Maqnezium qan təzyiqinin normal, sümüklərin möhkəm və ürək ritminin sabit olmasına kömək edir. Həm də aşağı maqnezium səviyyəsi osteoporoz üçün risk faktorudur. Maqnezium, protein sintezi, əzələ və sinir funksiyası, qan qlükoza nəzarəti və qan təzyiqi tənzimlənməsi daxil olmaqla, bədənin müxtəlif biokimyəvi reaksiyalarını tənzimləyən 300-dən çox ferment sistemində bir kofaktordur. Maqnezium enerji istehsalı, oksidləşdirici fosforilasiya və qlikoliz üçün vacibdir. Maqnezium eyni zamanda kalsium və kalium ionlarının hüceyrə membranları üzərindən aktiv şəkildə daşınmasında da rol oynayır, bu da sinir impuls keçiriciliyi, əzələ gərilməsi və normal ürək ritmi üçün vacibdir. Kiçik tədqiqatlar aspartat, sitrat, laktat və xlorid formalarındakı maqneziumun maqnezium oksid və maqnezium sulfatdan daha yaxşı sorulduğunu göstərmişdir. Maqnezium çatışmazlığının erkən əlamətləri iştahsızlıq, ürək bulanması, qusma, yorğunluq və halsızlıqdır. Maqnezium çatışmazlığı ağırlaşdıqca, uyuşma, gizildəmə, əzələ gərilmələri və kramplar, tutmalar (seizure), şəxsiyyət dəyişiklikləri, anormal ürək ritmləri və koronar spazmlar ola bilər. Şiddətli maqnezium çatışmazlığı hipokalsemiya və ya hipokalemiya ilə nəticələnə bilər, çünki mineral homeostaz pozulur. Az miqdarda maqnezium qəbulunun vərdiş halını alması zamanla xəstəlik riskini artıra biləcək biyokimyəvi yollarda dəyişikliklərə səbəb olur - Hipertoniya və ürək-damar xəstəlikləri, tip 2 diabet, osteoporoz və miqren baş ağrısı. Bütöv taxıllar və tünd yaşıl, yarpaqlı tərəvəzlər maqnezium mənbəyidir. Alkoqollu içkilərin məhdudlaşdırın.
#магний