Uzman Dr. Serkan Çelik

Uzman Dr. Serkan Çelik Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uzman Dr. Serkan Çelik, Doctor, Azadlıq prospekti, 112, Baku.

Bilirsinizmi ürək damar xəstəlikləri eşitmə qabiliyyətinin itməsinə səbəb ola bilər?Aşağı tezlikli sensorinöral eşitmə i...
21/12/2022

Bilirsinizmi ürək damar xəstəlikləri eşitmə qabiliyyətinin itməsinə səbəb ola bilər?

Aşağı tezlikli sensorinöral eşitmə itkisinin həm kişilərdə, həm də qadınlarda ürək-damar xəstəlikləri ilə əlaqəli olduğu aşkar edilmişdir. Lakin bu əlaqənin kişilərə nisbətən qadınlarda daha bəlirgin olduğu aşkar edilmişdir. Qadınlarda 40 dB və ya daha çox aşağı tezlikli eşitmə itkisi ürək-damar xəstəlikləri riskini üç dəfə, kişilərdə isə insult riskini üç dəfə artırır.

▫ Aşağı tezlikli eşitmə itkisi əhəmiyyətli dərəcədə damar xəstəlikləri, infarkt, insult və keçici işemik atakla önəmli ölçüdə əlaqəli olduğu artıq bilinir. Birtərəfli qəfil eşitmə itkisindən 1-2 il sonra insult riskinin artdığı da müəyyən edilmişdir.

Əgər arxa fon səs-küyü olan bir mühitdə və ya qrup mühitində musiqi dinləyərkən xüsusən kişi səslərini eşitməkdə çətinlik çəkirsinizsə, ürək-damar xəstəlikləri riskini qiymətləndirmək üçün lazımi testləri etdirməyə laqeyd yanaşmayın👨‍⚕️

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

Bütün dünyada ürək problemləri səbəblərinə bağlı ölümlər bütün ölüm səbəbləri arasında birinci yerdədir. Ürək xəstəliklə...
13/12/2022

Bütün dünyada ürək problemləri səbəblərinə bağlı ölümlər bütün ölüm səbəbləri arasında birinci yerdədir. Ürək xəstəliklərinin əksəriyyəti qarşısı alına bilən və dəyişdirilə bilən amillərlə bağlıdır. Həyat tərzi dəyişiklikləri ürək xəstəliklərinin qarşısını ala və bu xəstəlikdən ölüm riskini azalda bilər.

Gəlin ürək xəstəliyinə səbəb ola biləcək zərərli davranışlara nəzər salaq:
▫ Siqaret və tütün məmulatlarından istifadə
▫ Oturaq həyat yaşamaq, idman etməmək
▫ Sağlam çəkidə olmamaq
▫ Kifayət qədər və keyfiyyətli yuxu almamaq
▫ Qan təzyiqinə nəzarət etməmək
▫ Yüksək xolesterolu nəzarət altında tutmamaq
▫ Həddindən artıq stressli həyata sahib olmaq
▫ Həddindən artıq alkoqol istifadəsi
▫ Nəzarətsiz buraxılmış diabet

Sağlam yaşam tərzinə diqqət edin və zərərli vərdişlərdən uzaq duraraq özünüzü və Ürəyinizi qoruyun❤

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

12/12/2022

Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası isə bu gün müstəqil Azərbaycandır!

09/12/2022

Sinə nahiyəsində ağrı və ya yanma hiss edirsinizsə və həmçinin qazdan şikayət edirsinizsə, vəziyyət düşündüyünüzdən fərqli ola bilər. Şiddətli qaz ağrıları ilə birlikdə aşağıdakı simptomlardan hər hansı birininin olub olmadığını yoxlayın. Əgər belədirsə, infarkt keçirə bilərsiniz və təcili tibbi yardıma zəng edin 👨‍⚕️
Budur infarkt əlamətləri:
◽ Soyuq tər
◽ Ürək döyüntüsü və ürək ritminin artması
◽ Sinə içində ağırlıq, təzyiq və ya sıxılma hissi
◽ Başgicəllənmə
◽ Ürəkbulanma və ya qusma
◽ Bir və ya hər iki qolda ağrı
◽ Sol çiynində ağrı
◽ Boyun və ya kürək nahiyəsində ağrılar
◽ Mədə ağrısı
◽ Boğazda və ya çənədə ağrı
◽ Nəfəs darlığı
◽ Ani və səbəbi bilinməyən yorğunluq
◽ Səbəbi bilinməyən narahatlıq

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

02/12/2022

Əziz izləyicilər bu videomda Sizlərin ən çox verdiyi suallardan olan
* Sinə sümüyü kəsilmədən ürək əməliyyatı etmək olarmı?
* Qapalı ürək əməliyyatı ilə açıq ürək əməliyyatı arasında bir fərq varmı?
* Minimal invaziv ürək əməliyyatının bir avantajı varmı?
* Ürək əməliyyatından sonra qidalanmada nələrə diqqət edilməlidir? suallarını cavablandırdım.
Xoş seyrlər!

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

Yüksək təzyiq bir çox insanların qorxulu yuxusudur. Yüksək təzyiq nəzarət altına alınmadıqda ciddi xəstəliklərə zəmin ha...
29/11/2022

Yüksək təzyiq bir çox insanların qorxulu yuxusudur. Yüksək təzyiq nəzarət altına alınmadıqda ciddi xəstəliklərə zəmin hazırlayaraq həyatı risk yarada bilər. Genetik faktorlar mühüm yer tutur, yüksək qan təzyiqi xəstələrinin təxminən 60% - inin ailəsində də yüksək təzyiq görürlür. Lakin hipertoniyanın əmələ gəlməsində həyat vərdişləri də təsirlidir.

▫ Oturaq həyat: Hərəkətsizlik yüksək qan təzyiqi ehtimalını artırır
▫ Piylənmə: Artıq çəkisi olanların təxminən 40%-də yüksək təzyiq var
▫ Diabet: Yüksək qan təzyiqi diabet xəstələrində çox yaygındır
▫ Stress
▫ Siqaret və alkoqol istifadəsi kimi zərərli vərdişlər yüksək təzyiqə səbəb olur.

Ürək-damar xəstəliyi olanlar, hamilə qadınlar, tez-tez yağlı və duzlu qidalar qəbul edənlər, yuxu apnesi sindromu olanlar, böyrək xəstələri, doğum nəzarət həbləri, bəzi ağrıkəsicilər, bəzi arıqlama həbləri və psixiatrik dərmanlar istifadə edənlər yüksək təzyiq riski altındadır.

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

Ev heyvanına sahib olmaq çox vacib bir məsuliyyətdir. Ev heyvanınıza lazımi diqqət və qayğı göstərsəniz, sağlamlığınıza ...
26/11/2022

Ev heyvanına sahib olmaq çox vacib bir məsuliyyətdir. Ev heyvanınıza lazımi diqqət və qayğı göstərsəniz, sağlamlığınıza çox müsbət töhfələr verər. Ev heyvanlarının ürək sağlamlığımız üçün faydalı olduğu elmi araşdırmalarla da sübut edilmişdir. Bu faydalar
1. Qan təzyiqinizi idarə etməyə kömək edir. Elmi bir araşdırmada, ev heyvanları olanların qan təzyiqi səviyyəsinin olmayanlara nisbətən əhəmiyyətli dərəcədə aşağı olduğu təsbit edildi.
2. Xolesterol və qan yağlarının səviyyəsini azaltmağa kömək edir. İt sahiblərinin itləri olmayanlara nisbətən daha aşağı xolesterol və trigliserid səviyyələri olduğu təsbit edildi.
3. Fiziki fəaliyyət səviyyənizi artıraraq piylənmənin qarşısının alınmasına kömək edir. Piylənmə ürək xəstəlikləri üçün risk faktorlarından biridir. İtinizi gündəlik və müntəzəm gəzintiyə aparmaq sizi uzun müddət formada saxlayacaq.
4. Stress vəziyyətində ürəkdəki ani reaksiyanın qarşısını alır.
5. Ev heyvanına sahib olmaq ürək-damar xəstəliklərindən və ya insultdan ölüm riskini azaldır. Amerika Ürək Dərnəyi, itlərə sahib olmağın ürək-damar xəstəlikləri riskini azalda biləcəyini bildirir.

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

21/11/2022

Bir çox ölkədə aşağı dozalı aspirin illərdir hər dərdə dəva olan dərman kimi qəbul edilir.
▫ İnsult
▫ İnfarkt
▫ Ürək xəstəliklərinin müalicəsində mühüm yeri olan aspirin reseptsiz satılaraq hər evə daxil olur. Ancaq yeni araşdırmalar, ürək sağlamlığının yaxşı olduğu yetkinlərdə aspirinin xeyirdən çox daxili qanaxma riski yaratdığını aşkar etdi.
Amerika Ürək Assosiasiyası və Amerika Kardiologiya Kollecinin öncəki illərdə dərc etdiyi üç araşdırmaya görə, gündə 100 milliqram və ya daha az aspirin qəbulu ürək-damar xəstəliyi olmayan yaşlılar üçün faydalı olmadığını qeyd etdi.

Dəyərli izləyicilər həkim məsləhəti olmadan, dost-tanışların məsləhəti ilə aspirin istifadə edib özünüzü riskə atmayın👨‍⚕️

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

17/11/2022

Bir gecədə iki dəfə infarkt keçirən pasiyentimizə “Anevrizmektomiya və aort koronar şuntlama əməliyyatı” icra etdik. Pasiyentimiz əməliyyat sonrası dövr haqqında məlumatlandırıldı və evə yola salındı.
Xoş seyrlər!

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

Minimal invaziv cərrahiyyə kiçik kəsiklər edərək sümük və toxumalara zərər vermədən  cərrahiyyə əməliyyatının aparılması...
14/11/2022

Minimal invaziv cərrahiyyə kiçik kəsiklər edərək sümük və toxumalara zərər vermədən cərrahiyyə əməliyyatının aparılması üsuludur. Bu üsulun üstünlüklərini əvvəlki postlarda sizlərlə bölüşmüşdüm.

◾ Bəs Minimal İnvaziv Ürək əməliyyatını kimlərə etmək olmaz?

Minimal invaziv ürək əməliyyatı ümumiyyətlə ürək qapaqlarının dəyişdirilməsi və koronar bypass əməliyyatlarında bütün xəstələrə tətbiq oluna bilər. Bir neçə əməliyyatın birlikdə edilməsi lazım olan kompleks ürək əməliyyatlarında, məsələn, koronar bypass + ürək qapaq əməlıyyatı, koronar bypass + aorta anevrizması əməliyyatı kimi hallarda Minimal İnvaziv Əməliyyatın icrası mümkün olmur. Bundan əlavə, ağciyər xəstəlikləri irəliləmiş xəstələrdə minimal kəsiklərlə əməliyyat aparmaq mümkün olmaya bilər.

👨🏻‍⚕️ Uzm. Dr. Serkan Çelik
🏥 Bakı Sağlamlıq Mərkəzi
📲 +994 50 571 37 84



SMM by .agency

Taksim’de hayatını kaybeden vatandaşlarımıza Allah'tan rahmet, yaralı vatandaşlarımıza acil şifalar dilerim. Başın sağol...
14/11/2022

Taksim’de hayatını kaybeden vatandaşlarımıza Allah'tan rahmet, yaralı vatandaşlarımıza acil şifalar dilerim. Başın sağolsun Türkiyem🇹🇷

Address

Azadlıq Prospekti, 112
Baku

Telephone

+994505713784

Website

Alerts

Be the first to know and let us send you an email when Uzman Dr. Serkan Çelik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Dr. Serkan Çelik:

Share

Category