20/08/2025
📌 AZƏRBAYCANDA İLK DƏFƏYENİYETMƏLƏR ÜÇÜN PSİXOLOJİ DİAQNOSTİKA TESTİ❗️
Bu test Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən beynəlxalq psixometrik standartlara əsaslanaraq hazırlanıb və Azərbaycan yeniyetmələrinin psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılıb.
Bu psixoloji diaqnostika nə qazandırır?
✅ Valideynlər üçün – övladınızın psixoloji vəziyyətini, ehtiyaclarını və inkişaf istiqamətlərini elmi əsaslarla öyrənmək imkanı.
✅ Yeniyetmələr üçün – özünü daha yaxşı tanımaq, güclü və zəif tərəflərini müəyyənləşdirərək gələcək uğurlara doğru düzgün addımlar atmaq imkanı.
✅ Müəllimlər və təhsil müəssisələri üçün – şagirdlərin emosional və sosial rifahını artırmaq, tədris mühitini onların ehtiyaclarına uyğunlaşdırmaq imkanı.
Testin əhatə etdiyi istiqamətlər:
🔹 Həyəcan-təşviş pozuntuları
🔹 Depressiya
🔹 Fobiya
🔹 Emosional intellekt
🔹 Aqressiya
🔹 Smartfon asılılığı
🔹 Özünəhörmət
🔹 Həyat dəyəri və özünüdəstəkləmə
🔹 Özünüqəbul və kimlik
🔹 Obsessiv-kompulsiv pozuntu
🔹 Diqqət əskikliyi və hiperaktivlik pozuntusu (DƏHP)
🔹 Somatizasiya pozuntuları
🔹 Məktəb zorakılığı (Bulling)
🔹 Emosional tükənmişlik sindromu (burnout)
📍 Ünvan: Ziya Bünyadov pr. 38, Aşıq Molla Cümə küçəsi ilə kəsişmə
☎ Qeydiyyat: (+994 55) 257 27 00
🌐 www.psixologiyainstitutu.az
✨ Unutmayın: Erkən psixoloji diaqnostika sağlam gələcəyin ən etibarlı açarıdır.
Bu gün övladınız üçün atacağınız addım, sabah onun uğurlarının təməlini qoyacaq.