Əczaçılıq-Pharmaceuticals

Əczaçılıq-Pharmaceuticals Əczaçılıq. Vakansiya.Dərman vasitələri ilə davraniş. Dərman vasitələrinin saxlanması. Pharmacovigilance. Pharmacy. Vacancy. Pharmaceutical knowledge. Nutraceuticals.

Nutrition but "Non-Diet" not dietitian.

05/04/2026

Dərmanların qarşılıqlı təsirləri – görünməyən risklər.

Aptekdə bəzən ən böyük risk görünən deyil,
görünməyəndir.
Müştəri gəlir və deyir:
“Bu dərmanı artıq istifadə edirəm, yanına bunu da verin.”
Burada əsas sual dərmanın olub-olmaması deyil, birlikdə necə təsir edəcəyidir.
Hər dərman ayrı-ayrılıqda düzgün ola bilər, amma birlikdə istifadə edildikdə:
⚕️ təsiri zəifləyə bilər;
⚕️ yan təsirlər arta bilər;
⚕️gözlənilməz nəticələr yarana bilər.

Məsələ ondadır ki, pasiyent çox vaxt
istifadə etdiyi bütün dərmanları qeyd etmir.
⚕️ Hərdən vitaminlər unudulur;
⚕️ Hərdən “sadə dərman” kimi qəbul edilir;
⚕️ Bəzən isə heç vacib sayılmır.

Amma məhz bu “kiçik detallar”
böyük fərq yaradır.
Əczaçı burada diqqətli olmalıdır:
⚕️ əlavə suallar vermək;
⚕️ istifadə olunan dərmanları öyrənmək;
⚕️ mümkün riskləri nəzərə almaq.

Çünki düzgün dərmanı vermək kifayət deyil —
onu düzgün kombinasiyada vermək əsasdır.
Peşəkarlıq detalda gizlidir.
Və bu detalları görən əczaçı həmişə fərqlənir.
Bu mövzu əsas OTC dərman vasitələri aiddir.


01/04/2026

Aptekdə klinik düşüncə.

Aptekdə işləmək təkcə dərmanı bilmək və satmaq deyil.
Əsas fərq — klinik fikirləşmədir.
Eyni simptomla gələn iki insan üçün həmişə eyni yanaşma düzgün olmur.
Çünki hər müştərinin vəziyyəti fərqlidir.

Klinik fikirləşmə:
⚕️ Sadəcə dərman vermək deyil;
⚕️ vəziyyəti analiz etmək;
⚕️ düzgün sual vermək;
⚕️ riskləri nəzərə almaq;
⚕️ ehtiyaca uyğun qərar vermək.

Əczaçı özünə sual verməlidir:
⚕️ Bu dərman bu insana uyğundurmu?
⚕️ Başqa xəstəliyi varmı?
⚕️ Digər dərmanlarla qarşılıqlı təsir ola bilərmi?
⚕️ Həkimə yönləndirmək lazımdırmı?
Bu suallar olmadan edilən satış sadəcə prosesdir.

Amma analizlə verilən qərar peşəkarlıqdır.
Klinik düşüncə əczaçını fərqləndirir:
⚕️ səhvləri azaldır;
⚕️ etibarı artırır;
⚕️ pasiyentin təhlükəsizliyini qoruyur.

Aptekdə ən dəyərli dərman deyil, düzgün qərardır.



16/03/2026

Azərbaycanda əczaçının gələcəyi (reallıq və problemlər).

Əczaçılığın gələcəyi haqqında danışanda
reallığı da görmək lazımdır.
Bu gün bir çox əczaçı sistemdən uzaqlaşır.
Səbəb isə təkcə iş deyil — yanaşmadır. Qarşılaşılan əsas problemlər:
⚕️Peşəyə kifayət qədər hörmətin olmaması;
⚕️İş şəraitinin ağır və motivasiyasız olması;
⚕️ Formal xarakter daşıyan, real bilik verməyən sertifikasiya və proseslər;
⚕️ İnkişaf üçün real dəstəyin olmaması.
Əczaçı inkişaf etmək istəyir, amma qarşısına süni maneələr qoyulur.

Mənasız və nəticə verməyən süni yaranan sistem nə peşəni irəli aparır, nə də mütəxəssisi saxlayır.
Nəticədə nə baş verir?
⚕️Əczaçılar peşədən uzaqlaşır;
⚕️Sahəyə marağın azalması;
⚕️Keyfiyyətin aşağı düşməsi.

Əgər bu yanaşma dəyişməzsə, sabah bu sahədə ciddi boşluq yaranacaq.
Əczaçılıq inkişaf etməlidir — amma bunun üçün ilk növbədə əczaçıya dəyər verilməlidir.

Peşəni ayaqda saxlayan sistem deyil, onu daşıyan insanlardır.

12/03/2026

Əczaçının gələcəyi (dünya üzrə).

Əczaçının gələcəyi dəyişir — və bu dəyişiklik artıq başlayıb. Əczaçılıq bu gün yalnız apteklə məhdudlaşmır.
Dünya təcrübəsində əczaçılar artıq: maarifləndirmə layihələrində iştirak edirlər, pasiyent konsultasiyası aparır, farmakonəzarət və klinikanın komandaların bir hissəsinə çevrilir

Bu isə o deməkdir ki, əczaçı sadəcə bilik sahibi deyil, qərar verən və yönləndirən mütəxəssisə çevrilir.
Müasir əczaçı üçün vacib olan:
⚕️analitik düşüncə;
⚕️düzgün ünsiyyət;
⚕️davamlı inkişaf;
⚕️real praktik bilik.
Dünyada artıq əczaçının diplomuna və bacarıqına çox tələb var.
Öz üzərində işləyən, öyrənən və uyğunlaşan əczaçı üçün imkanlar kifayət qədərdir.
Bu peşənin gələcəyi var — amma bu gələcək hazır şəkildə verilmir.
Gələcək, onu quran əczaçının öz əlindədir.

P.S. bu mövzu dünya üzrə olan vəziyyəti görsədir, Azərbaycana aid deyil, o başqa post olacaq ).


04/03/2026

Etik satış.

Aptekdə satış yalnız məhsul təqdim etmək deyil, bu, məsuliyyətli seçim etmək bacarığıdır.
Hər bahalı dərman daha yaxşı demək deyil.
Eyni təsirə malik, daha əlçatan alternativ mövcuddur (amma sırf zavodum məhsulu, nümayandəliyi olana aiddir)— və bunu xəstəyə demək etik davranışın bir hissəsidir.

Əczaçı seçim qarşısında qalanda ilk növbədə müştərinin ehtiyacını və faydasını düşünməlidir, bonusu yox.
Alternativ təklif etmək — satışı azaltmaq deyil,
əksinə, etibar qazanmaqdır, çünki müştəri başa düşür ki, ona sadəcə dərman yox, doğru seçim təqdim olunur.
Qısa müddətli qazanc naminə edilən yönləndirmələr uzunmüddətli etibarı itirə bilər.
Vicdanlı satış isə:
⚕️müştərini geri qaytarır;
⚕️münasibəti gücləndirir;
⚕️aptekin nüfuzunu artırır.

Etik yanaşma — yazılmayan, amma hər gün hiss olunan qaydadır və bu qaydanı qoruyan əczaçı, həmişə fərqlənir.


02/03/2026

Müsahibədə sizə bu sualları verərlər… cavab verə bilərcəksiniz?

Bir çox əczaçı müsahibədə məhz bu mərhələdə “itirilir”.
Çünki suallar sadə görünür, amma cavablar peşəkarlıq tələb edir.

Metodik vəsaitdən kiçik bir hissə:
⚕️ “Aptekdə ən çox satılan 3 dərman hansılardır ”;
⚕️ “Pasiyent reseptsiz antibiotik istəyir — necə davranarsınız?";
⚕️“Eyni tərkibli dərmanların fərqi nə ola bilər?”;
⚕️“Pasiyent yan təsirdən şikayət edərsə, sizin addımınız nədir?”.

Bu suallar real müsahibələrdə verilir, əgər cavabları düzgün qura bilmirsiniz sizi “təcrübəsiz” hesab edirlər və işə qəbul etmirlər.

Bu problemləri nəzərə alaraq hazırladıq:
Əczaçı üçün: "Müsahibəyə hazırlıq və 100 real sual”.
⚕️ 100 real sual;
⚕️ Düzgün cavab yanaşmaları;
⚕️ Müsahibədə özünü necə aparmalı;
⚕️ İşə qəbul şansını artırmaq üçün strategiyalar.

Əldə etmək üçün yazın: "Əczaçı”.

24/02/2026

Hörmətli əczaçılar, Hr mütəxəssislər və rəhbərlər.

Bu gün apteklərdə ən böyük problemlərdən biri — kadr seçimidir.
“Əczaçı yoxdur” deyilir…
Amma doğrudanmı yoxdur?
Yoxsa problem: düzgün seçim meyarları yoxdur, peşəkar kadrlar dəyərləndirilmir, aşağı əmək haqqı ilə işlətmək üçün uyğun olmayan namizədlər seçilir və nəticədə aptekdə risklər artır

Əczaçılıq bazar deyil.
Bu sahə məsuliyyət, bilik və düzgün qərarlar tələb edir.

Yanlış işə qəbul:
➡️ yoxlama zamanı cərimə;
➡️ səhv dərman verilməsi riski;
➡️ aptekin nüfuzunun düşməsi.

Məhz bu problemləri nəzərə alaraq praktik metodik vəsait hazırladıq:
⚕️ Əczaçının işə qəbulu – direktorlar üçün;
⚕️ Əczaçı üçün müsahibə və işə hazırlıq bələdçisi.
Hər vəsaitdə:
⚕️ 100 real sual;
⚕️ praktik vəziyyətlər;
⚕️ risklər və səhvlər;
⚕️ hazır istifadə üçün sistem.

Bu sadəcə PDF deyil — bu, düzgün seçim üçün alətdir.
Sizcə belə bir vəsaitin dəyəri nə qədər olmalıdır?
Ətraflı məlumat üçün mesengerə 📩 yaza bilərsiniz.

12/02/2026

Əczaçı peşəsinin dəyəri!!!

Cəmiyyət çox vaxt əczaçının gördüyü işi tam hiss etmir.
Çünki bu peşə səs-küylə deyil, səssiz məsuliyyətlə icra olunur.
Əczaçı səhiyyənin əsas sütunlarından biridir.
Həkimin qərarı ilə xəstənin real həyatı arasında duran son peşəkar məhz əczaçıdır.
⚕️ Dərmanın düzgün verilməsi;
⚕️ Dozanın izah olunması;
⚕️ Qarşılıqlı təsirlərin nəzərə alınması;
⚕️ Xəstənin suallarına aydın cavab;
⚕️ Səhvin qarşısının alınması.

Bunların heç biri təsadüf deyil.
Bunlar bilik, təcrübə və məsuliyyət tələb edir.
Əczaçı yalnız məlumat ötürmür — o, riski azaldır, səhvi önləyir, insanı qoruyur.
Bu peşənin dəyəri təkcə iş yükü ilə ölçülməməlidir.
Dəyər: etibarla, biliklə, məsuliyyətlə, etik davranışla ölçülür.

Əczaçıya hörmət yalnız sözlə yox, yanaşma ilə göstərilməlidir.
Onun işi görünməsə də, nəticəsi hər gün hiss olunur.
Bu dəyər daha çox danışılmalıdır.
Çünki güclü səhiyyə — dəyər verilən əczaçı ilə mümkündür.


09/02/2026

Aptekdə məsuliyyət hissi – yazılmayan, amma əsas qayda.

Aptekdə hər bir addım, hər bir söz və hər bir qərar önəmlidir.
Çünki burada məsuliyyət yalnız işlə yox, insan sağlamlığı ilə bağlıdır.
Adi kiçik görünən bir səhv — yanlış məlumat, diqqətsiz davranış, tələskən cavab — bütün aptekin imicinə ciddi zərər verə bilər.

Aptek bir komandadır, amma müştəri səhvi əsas bir addımda görür, inamsızlıq isə bütöv aptek haqqında formalaşır.
Əczaçı bilməlidir ki, dediyi hər söz, verdiyi hər məsləhət, göstərdiyi hər münasibət aptekin ya etibarını yaradır və ya zədələyir.
Məsuliyyət təkcə qaydalarda yazılan deyil, bu, sənədi olmayan, amma hər gün hiss edilən bir dəyərdir.
⚕️ Məsuliyyət – diqqətlə dinləməkdir;
⚕️ Məsuliyyət – bilmədiyini uydurmamaqdır;
⚕️ Məsuliyyət – tələsmədən, dzgün yönləndirməkdir;
⚕️ Məsuliyyət – aptekin adını qorumaqdır.
Əczaçı məsuliyyəti daim hiss etməlidir.
Çünki aptek sadəcə iş yeri deyil — etibar yeridir.
Bu, yazılmayan qaydadır, amma əczaçılığı ayaqda saxlayan əsas qaydalardan biridir.

06/02/2026

Aptekdə komanda işi.

Aptek tək nəfərlik iş deyil.
Burada hər şey komanda işi üzərində qurulur.
Kassir, əczaçı, müdir — hamısı eyni məqsədə xidmət edir: müştəriyə düzgün, təhlükəsiz və mədəni xidmət göstərmək.
Aptekdə bir nəfərin işi axsasa, bütün sistem təsirlənir:
⚕️ Kassir diqqətli deyilsə — növbə uzanır;
⚕️ Əczaçı komanda ilə ünsiyyətdə deyilsə — səhvlər artır;
⚕️ Müdir dəstəkləmirsə — motivasiya azalır.
Daxili münasibət birbaşa işə təsir edir.
Gərgin kollektivdə nə xidmət keyfiyyəti olur, nə də inkişaf.
Yaxşı komanda nə deməkdir:
⚕️ Bir-birinə hörmət;
⚕️ Açıq ünsiyyət;
⚕️ Məsuliyyətin paylaşılması;
⚕️ Problemləri şəxsi yox, peşəkar səviyyədə həll etmək;
⚕️Aptekdə “mən” yox, “biz” anlayışı olmalıdır.

Unutmayaq: Müştəri aptekə girəndə kiminsə problemlərini yox, komandanın münasibətini hiss edir.

Güclü aptek — güclü komandadan başlayır!


03/02/2026

Əczaçının şəxsi inkişafı.

Əczaçı olmaq təkcə dərman adlarını bilmək demək deyil.
Bu peşə davamlı inkişaf tələb edir:
⚕️ Kitab və ya PDF-fayl oxumaq;
⚕️ Seminar və elmi tədbirlər;
⚕️ Ünsiyyət və izah bacarığı;
⚕️ Etika və peşə davranışı.
Bunlar əczaçının əsas inkişaf istiqamətləridir.
Əczaçı insanlarla işləyir.
Dinləməyi, başa salmağı, düzgün yönləndirməyi bacarmalıdır.
Bunlar dərman qutusunda yazılmır — öz üzərində işləməklə qazanılır.
Bu gün bir çox yerli kursların real məqsədi bilik vermək deyil. Əksəriyyəti sadəcə: sertifikat satır, pul yığır, formal iştirak yaradır
Nəticədə nə real bilik artır, nə də peşəkar inkişaf olur.
Daha uyğun seçim xarici kurslar, beynəlxalq platformalar, real təcrübəyə əsaslanan proqramlar daha çox fayda verir.

Amma yenə də hər kursa qaçmaq da düzgün deyil.
Əczaçı lazımi olan tərəfi inkişaf etdirməlidir:
⚕️ Ünsiyyəti zəifdirsə — onu gücləndirməlidir
⚕️ Məlumatı çatdırmaqda çətinlik çəkirsə — bunu öyrənməlidir
⚕️ Etik yanaşmada boşluq varsa — onu düzəltməlidir
Şəxsi inkişaf dəb üçün deyil, pul xərcləmək üçün də deyil, peşəyə hörmət məsələsidir.
Əczaçı daim öyrənməlidi və haradan və nəyi öyrəndiyini düzgün seçməlidir.



Address

Baku

Telephone

+994518774055

Website

Alerts

Be the first to know and let us send you an email when Əczaçılıq-Pharmaceuticals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Əczaçılıq-Pharmaceuticals:

Share