Respublika Kliniki Uroloji Xəstəxanası

Respublika Kliniki Uroloji Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. Açılış mərasimdə Prezident klinikanın akademik M.C.Cavadzadənin adını daşıması haqda qərar vermişdir.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev cənablarının sərəncamı ilə klinikada əsaslı təmir-rekonstruksiya işləri aparılmış və müasir tibbi avadanlıqla təchiz edilmişdi.

Ramazan bayramı münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirik!Allah Ramazan ayı boyunca tutduğunuz orucları və etdi...
20/03/2026

Ramazan bayramı münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirik!

Allah Ramazan ayı boyunca tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!

Novruz bayramı münasibətilə hər birinizə sağlamlıq, xoşbəxtlik və bol bərəkət arzulayırıq.Bayramınız mübarək!
20/03/2026

Novruz bayramı münasibətilə hər birinizə sağlamlıq, xoşbəxtlik və bol bərəkət arzulayırıq.

Bayramınız mübarək!

Respublika Kliniki Uroloji Xəstəxanasında Ümumdünya Böyrək Gününə həsr olunan “Urologiya və Nefrologiya Elmi Toplantısı”...
13/03/2026

Respublika Kliniki Uroloji Xəstəxanasında Ümumdünya Böyrək Gününə həsr olunan “Urologiya və Nefrologiya Elmi Toplantısı” keçirilib

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Nefroloqlar Cəmiyyətinin dəstəyi ilə təşkil olunub.

12 mart 2026-cı il tarixində təşkil olunan elmi tədbirin əsas məqsədi böyrək və sidik yolları xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların müzakirəsi, urologiya və nefrologiya sahələrində çalışan mütəxəssislər arasında elmi əməkdaşlığın gücləndirilməsi, həmçinin bu sahədə bilik və təcrübə mübadiləsinin təşviqi olub.

Tədbiri giriş sözü ilə Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev açıb. Daha sonra Azərbaycan Nefrologiya Cəmiyyətinin sədri Elnur Fərəcov çıxış edərək Ümumdünya Böyrək Gününün böyrək sağlamlığı sahəsində maarifləndirmənin artırılması və erkən diaqnostikanın təşviqi baxımından mühüm rolunu vurğulayıb.

Elmi toplantı iki panel üzrə davam edib.
Birinci panel “Böyrək Daşı Xəstəliyi: Uro-nefroloji yanaşma” mövzusuna həsr olunub. Panelin moderatorları Elçin Mustafayev, Elnur Fərəcov və Fuad Sərdarlı olub. Panel çərçivəsində Dr. Aytən Məmmədzadə "Nefrolitiazis: etiologiya və patogenez”, Dr. Zaur Əhmədov “Genetik nefrokalsinoz və irsi daş xəstəlikləri”, Elçin Mustafayev “Perkutan nefrolitotripsiya: bizim təcrübəmiz”, Dr. Mirmənsim Məmmədov isə “Dərmanlara bağlı nefrolitiazis və nefrokalsinoz” mövzularında məruzələrlə çıxış ediblər. Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.

İkinci panel “Böyrək və sidik yolları anomaliyaları; sidik yolları infeksiyasının menecmenti” mövzusuna həsr olunub. Panelin moderatorları Pərviz Hacıyev, İlham Həmidov və Rafael Soltanov olub. Panel çərçivəsində Dr. Rafael Soltanov “Uşaqlarda nadir uroloji patologiyalar: klinikamızın təcrübəsi”, Dr. Elgün Həziyev “Təkrarlanan sidik yolları infeksiyaları: patogenez, müalicə və profilaktika”, Dr. Murad Hüseynov “Residiv sidiklik–sidik axarı reflyuksunun endoskopik korreksiyası. Yeni yanaşma”, Dr. Mədinə Abdullayeva isə “Asimptomatik bakteriuriya – müalicə dilemması” mövzularında təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Ümumdünya Böyrək Günü hər il mart ayının ikinci həftəsinin dördüncü günü bütün dünyada qeyd olunur və bu günün keçirilməsində əsas məqsəd böyrək sağlamlığı ilə bağlı məlumatlılığın artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktikasına diqqətin cəlb edilməsidir.

12/03/2026

Bu gün Ümumdünya Böyrək Günüdür!

Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılması və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.

Onların sağlam qalması üçün:

💧 Kifayət qədər su için;
🥦 Sağlam qidalanın, duz və şəkəri məhdudlaşdırın;
🏃‍♂️ Aktiv həyat tərzi keçirin;
🩺 Müntəzəm tibbi müayinələrdən keçin.

Böyrəklərinizi qoruyun, sağlamlığınızı gücləndirin!

🩺 12 Mart – Dünya Böyrək GünüBu il Dünya Böyrək Gününün qeyd olunmasının 20 illiyi tamam olur.Böyrəklərimiz bədənimizin ...
12/03/2026

🩺 12 Mart – Dünya Böyrək Günü

Bu il Dünya Böyrək Gününün qeyd olunmasının 20 illiyi tamam olur.

Böyrəklərimiz bədənimizin səssiz qəhrəmanlarıdır. Onlar qanı təmizləyir, bədəndə maye balansını qoruyur və sağlamlığımız üçün həyati rol oynayır. Böyrəklərimizə qayğı göstərmək sağlam həyat üçün vacibdir.

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəx...
08/03/2026

Əziz xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq!

Respublika Kliniki Uroloji Xəstəxanasında Dünya Böyrək Günü münasibətilə “Urologiya və Nefrologiya Elmi Toplantısı” keçi...
04/03/2026

Respublika Kliniki Uroloji Xəstəxanasında Dünya Böyrək Günü münasibətilə “Urologiya və Nefrologiya Elmi Toplantısı” keçiriləcək.

Tədbirin məqsədi urologiya və nefrologiya sahəsində aktual elmi yeniliklərin, müasir diaqnostika və müalicə yanaşmalarının, eləcə də böyrək sağlamlığının qorunması və profilaktika istiqamətlərinin müzakirəsidir.

🗓️ Tarix: 12 mart 2026
⏰ Saat: 14:00
📌 Məkan: Respublika Kliniki Uroloji Xəstəxanası

Respublika Kliniki Uroloji Xəstəxanasında “Sidik yolları infeksiyaları” mövzusunda elmi seminar keçirilib.Seminar infeks...
03/03/2026

Respublika Kliniki Uroloji Xəstəxanasında “Sidik yolları infeksiyaları” mövzusunda elmi seminar keçirilib.

Seminar infeksionist uzman Dr. Vasif Əliyevin təqdimatında baş tutub, mövzu çərçivəsində sidik yolları infeksiyalarının müasir diaqnostika və müalicə prinsipləri, klinik yanaşmalar və profilaktik tədbirlər ətraflı şəkildə müzakirə edilib.

Tədbir iştirakçıların fəal iştirakı və peşəkar müzakirələrlə yadda qalıb.

Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin ehtiram və hüznlə yad edirik!
26/02/2026

Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin ehtiram və hüznlə yad edirik!

26/02/2026
26/02/2026

26 Fevral - Xocalı Soyqırımı Günü

Address

Zargarpalan 4
Baku
AZ1001

Alerts

Be the first to know and let us send you an email when Respublika Kliniki Uroloji Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Kliniki Uroloji Xəstəxanası:

Share