19/08/2025
Orqanizmimizin düzgün işləməsi üçün vitamin və minerallar həyati əhəmiyyət daşıyır. Onların çatışmazlığı uzunmüddətli yorğunluq, saç tökülməsi, dəri problemləri, immun zəifliyi və daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
LABORATORİYA ANALİZİ İLƏ HANSI VİTAMİN VƏ MİNERALLARI TƏYİN ETMƏK OLAR?
Ən önəmli vitaminlər:
🔹 D vitamini – immun sisteminin güclənməsi, sümük və diş sağlamlığı
🔹 B12 vitamini – sinir sistemi, qan hüceyrələrinin yaranması
🔹 Folat (B9) – hüceyrə bölünməsi, hamiləlikdə dölün inkişafı üçün vacibdir
🔹 B6 vitamini (PLP) – enerji metabolizması, sinir sistemi fəaliyyəti
🔹 A və E vitaminləri – dəri və göz sağlamlığı, antioksidant müdafiə
Vacib minerallar:
🔸 Dəmir (Fe) – qanazlığının əsas səbəbi
🔸 Sink (Zn) – immun sistem və dəri sağlamlığı
🔸 Maqnezium (Mg) – əzələlər və sinirlər üçün
🔸 Kalsium (Ca) – sümüklərin möhkəmliyi, ürək ritmi və əzələ fəaliyyəti
🔸 Selen – antioksidant müdafiə və tiroid funksiyasının tənzimlənməsi
Bu əlamətlər varsa, analiz verin:
* Davamlı halsızlıq və yuxululuq
* Saç tökülməsi, dırnaq sınması
* Dəri quruluğu, ağız kənarlarında çatlar
* Əzələ spazmları, ürək döyüntüləri
* Yaddaş və konsentrasiya pozğunluğu
Test → Doğru diaqnoz və müalicə → Sağlam balans
📍 Özbaşına vitamin qəbul etməyin!
📍 Vitamin və minerallara ehtiyac yalnız laborator analizlərlə müəyyən edilməlidir.
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33