10/12/2025
Spinal stenoz(onurğa kanalı daralması) diaqnozu olan xəstə. Hər iki ayağa yayılan,yeriməklə artan ağrısı olan xəstə. İllər içərisində yerimə mesafasi azalan və evdən bayıra çıxmayan xəstə. Tək tərəfli yanaşma ilə ikitərəfli mikrodekompressiya əməliyyatı icra edildi,onurğa kanalı genişləndirildi,sinir kökləri rahatlaşdırıldı. İmplant istifadə edilmədi. Əməliyyat sonrası rahat şəkildə gəzib dolaşır.
Əməliyyat öncəsi və sonrası MRT görüntülərində kanal diametrində artış aydın görülür.
Hər spinal stenoz xəstəsinə implant qoymağa ehtiyac yoxdur. Bu xəstələrin böyük əksəriyyəti daha kiçik,daha az riskli və daha ucuz əməliyyat ilə sağlamlığına qovuşa bilir.