Xəzər Tibb Mərkəzi

Xəzər Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

🛡️ Ümumdünya İmmunitet GünüHər il qeyd olunan Ümumdünya İmmunitet Günü insanların sağlamlığının qorunmasında güclü immun...
01/03/2026

🛡️ Ümumdünya İmmunitet Günü

Hər il qeyd olunan Ümumdünya İmmunitet Günü insanların sağlamlığının qorunmasında güclü immun sisteminin vacibliyini bir daha xatırladır.

Güclü immunitet orqanizmi müxtəlif infeksiyalardan qoruyur, xəstəliklərin daha yüngül keçməsinə kömək edir və ümumi sağlamlığın əsasını təşkil edir. Düzgün qidalanma, aktiv həyat tərzi, kifayət qədər yuxu və mütəmadi tibbi müayinələr immun sisteminin möhkəmlənməsində mühüm rol oynayır.

Həkimlər tövsiyə edir ki, sağlamlığınızı qorumaq üçün vaxtında müayinədən keçin və orqanizminizin müdafiə gücünü daim nəzarətdə saxlayın.

Sağlam immunitet — sağlam gələcək deməkdir. 🏥

🇦🇿 Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirildiBu gün xəstəxanamızda Xocalı soyqırımının ildönümü ilə əla...
26/02/2026

🇦🇿 Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirildi

Bu gün xəstəxanamızda Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri təşkil olundu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Xocalı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi 🕯️

Xəstəxananın direktoru Mübariz Ağayev çıxış edərək Xocalı faciəsinin xalqımızın tarixində silinməz iz qoyduğunu vurğuladı. Direktor qeyd etdi: “Xocalı faciəsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşında qalmalı olan bir insanlıq faciəsidir. Biz şəhidlərimizin xatirəsini daim uca tutmalı və gələcək nəsillərə bu həqiqətləri çatdırmalıyıq.”

Daha sonra İnsan Resursları şöbəsinin müdiri Vəsilə Əliyeva çıxış edərək Xocalı həqiqətlərinin təbliğinin vacibliyindən danışdı, bu faciənin unudulmamasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirdi.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Xəstəxanamız kollektivi olaraq şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və hüznlə anırıq.

Unutmadıq. Unutmayacağıq.

Böyük kədər hissi ilə bildiririk ki, fevral ayının 25-dən 26-a keçən gecə Xəzər Tibb Mərkəzinin həkimi Gülnarə Əkbərova ...
26/02/2026

Böyük kədər hissi ilə bildiririk ki, fevral ayının 25-dən 26-a keçən gecə Xəzər Tibb Mərkəzinin həkimi Gülnarə Əkbərova vəfat etmişdir. O, həyatını tibb sahəsinə həsr edərək əhalinin sağlamlığının qorunmasına öz tövhələrini vermişdir.

Onun peşəkarlığı, səmimiyyəti və qayğıkeşliyi daim yaddaşımızda qalacaq.

Tibb mərkəzinin rəhbərliyi və kollektivi Gülnarə xanımın əzizlərinə və yaxınlarına dərin kədər hissi ilə başsağlığı verir, Ulu tanrıdan səbr diləyirik🥀

Allah rəhmət eləsin.

🇦🇿 26 Fevral – Xocalı faciəsinin ildönümüBu gün tariximizin ən faciəli və ağrılı səhifələrindən biri olan Xocalı soyqırı...
26/02/2026

🇦🇿 26 Fevral – Xocalı faciəsinin ildönümü

Bu gün tariximizin ən faciəli və ağrılı səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür.

1992-ci il 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı amansız qətliam törədilmiş, yüzlərlə günahsız insan həyatını itirmişdir. Bu faciə xalqımızın yaddaşına qanla yazılmışdır.

Xəzər Tibb Mərkəzi olaraq Xocalı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla anırıq 🕯️

Şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbir diləyirik.

Unutmadıq. Unutmayacağıq.

👩‍⚕️Həkim: Ginekologiya və Doğum şöbə müdiri Könül Bayramova📲 Əlaqə nömrəsi: 050-787-73-33🤰 Hamiləlik dövründə düzgün qi...
26/02/2026

👩‍⚕️Həkim: Ginekologiya və Doğum şöbə müdiri Könül Bayramova
📲 Əlaqə nömrəsi: 050-787-73-33

🤰 Hamiləlik dövründə düzgün qidalanma — ana və körpənin sağlamlığının təməlidir

Hamiləlik xüsusi bir dövrdür. Bu mərhələdə qidalanma yalnız ananın deyil, həm də körpənin sağlam inkişafına birbaşa təsir edir. Əsas prinsip “iki nəfərlik yemək” deyil, iki dəfə daha keyfiyyətli qidalanmaqdır.

🔹 Zülal, yağ və karbohidrat balansı
Zülal körpənin orqan və toxumalarının formalaşması üçün vacibdir.
Faydalı yağlar beyin inkişafını dəstəkləyir.
Kompleks karbohidratlar enerji verir və qan şəkərinin kəskin dəyişməsinin qarşısını alır.

🔹 Fol turşusu
Xüsusilə ilk trimestrdə vacibdir — anadangəlmə qüsurların riskini azaldır.

🔹 Dəmir
Anemiyanın qarşısını almağa və ana ilə körpənin oksigenlə təmin olunmasına kömək edir.

🔹 Kalsium və D vitamini
Körpənin sümük sisteminin düzgün formalaşması üçün lazımdır.

Xəzər Tibb Mərkəzində növbəti təlim təşkil olundu 📚Təlimin mövzusu:“Təsərrüfat bacılarının vəzifə öhdəlikləri. Sanitariy...
24/02/2026

Xəzər Tibb Mərkəzində növbəti təlim təşkil olundu 📚

Təlimin mövzusu:
“Təsərrüfat bacılarının vəzifə öhdəlikləri. Sanitariya və gigiyena qaydaları”

Təlim zamanı təsərrüfat bacılarının gündəlik iş prinsipləri, məsuliyyət sahələri, şöbələrdə sanitar-gigiyenik normaların qorunması və infeksiyaların profilaktikası məsələləri geniş şəkildə müzakirə olundu.

Tədbirdə baş təsərrüfat bacısı Şəbnəm Rəhimova və baş tibb bacısı Lalə Babayeva iştirak etmiş, mövzu ilə bağlı tövsiyələrini bölüşmüş və əməkdaşların suallarını cavablandırıblar.

Qeyd edək ki, xəstəxanada sanitariya və gigiyena qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə maarifləndirici təlimlər mütəmadi olaraq davam etdirilir ✅

Həkim haqqında:Cəfərov Cavid Adil oglu 29.10.1990-ci ildə Baki şəhərində anadan olub.Hal hazırda Poliklinika şöbəsində C...
24/02/2026

Həkim haqqında:
Cəfərov Cavid Adil oglu 29.10.1990-ci ildə Baki şəhərində anadan olub.
Hal hazırda Poliklinika şöbəsində Cərrah-travmatoloq-ortoped kimi fəaliyyət göstərir.

Təhsil:
2007-2015-ci illərdə Sağlık Bilimleri Universiteti Gülhane Tibb Fakukleti (Ankara/Türkiyə).
2016-2021-ci illərdə Gülhanə Tibb Fakulteti Ortopediya ve Travmatologiya kafedrası Uzmanlıq( Ankara/Türkiyə).

Kurslar:
2017-ci ildə Sivasda keçirilən “Temel Bilimler ve Araştırma Okulu” kursunda iştirak edib.
2018-ci ildə Bursada keçirilən “İleri Artroplasti” kursunda iştirak edib
2019-ci ildə Ankarada keçirilən “Kemik ve Yumuşak Doku Tümörleri Temel” kursunda iştirak edib
2021-ci ildə Antalyada keçirilən “Ulusal Türk Ortopedi ve Travmatoloji“ konqresində iştirak edib.
2022-ci ildə Bakida keçirilən “The program of the international course Challenges of hip and knee arthroplasty” kursunda iştirak edib.

İş təcrübəsi:
2022-2023-ci illərdə İstanbul NS klinikasında Cərrah-travmatoloq-ortoped kimi fəaliyyət göstərib.
2022-ci ildən Məlhəm Beynəlxalq Hospitalında Cərrah-travmatoloq-ortoped kimi fəaliyyət göstərir.
2024-ci ildən Xəzər Tibb Mərkəzində Cərrah-travmatoloq-ortoped kimi fəaliyyət göstərir.

☎️ 454-53-77 (Məlumat mərkəzi)☎️ 454-29-91 (Təcili yardım şöbəsi)📧 Elektron poçt: xtm@tabib.gov.az🏥 Bakı, Mərdəkan qəsəb...
18/02/2026

☎️ 454-53-77 (Məlumat mərkəzi)
☎️ 454-29-91 (Təcili yardım şöbəsi)
📧 Elektron poçt: xtm@tabib.gov.az
🏥 Bakı, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, 30

Xəzər Tibb Mərkəzində Tibbi Şura iclası keçirilibXəzər Tibb Mərkəzində Tibbi Şuranın növbəti iclası keçirilib. İclasda m...
11/02/2026

Xəzər Tibb Mərkəzində Tibbi Şura iclası keçirilib

Xəzər Tibb Mərkəzində Tibbi Şuranın növbəti iclası keçirilib. İclasda mərkəzin rəhbərliyi, struktur bölmə rəhbərləri və aidiyyəti mütəxəssislər iştirak ediblər.

Görüş zamanı tibbi xidmətlərin keyfiyyətinin artırılması, pasiyent məmnuniyyətinin yüksəldilməsi, müayinə və müalicə proseslərinin təkmilləşdirilməsi, eləcə də mövcud problemlər və onların həlli yolları müzakirə olunub.

İclas çərçivəsində Tibbi Şura tərəfindən bəzi iş proseslərində rast gəlinən nöqsanlara da diqqət yetirilib. Direktor tərəfindən şifahi tibbi heyətə tövsiyələr və izahat xarakterli qeydlər verilib, peşəkar məsuliyyətin, tibbi etik qaydaların və mövcud normativ tələblərin hər zaman əsas götürülməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, klinik protokollara riayət olunması, tibbi sənədləşmənin düzgün aparılması və Tibbi Şuranın tövsiyələrinin icrası ilə bağlı məsələlər diqqət mərkəzində olub.

İclasın sonunda səsləndirilən təkliflər qeydə alınıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Laborator müayinələrdə preanalitik xətaların azaldılmasıXəzər Tibb Mərkəzində tibb bacıları üçün laborator müayinələrin ...
10/02/2026

Laborator müayinələrdə preanalitik xətaların azaldılması

Xəzər Tibb Mərkəzində tibb bacıları üçün laborator müayinələrin keyfiyyətinin artırılmasına yönəlmiş maarifləndirici təlim keçirilib.

Təlim zamanı laborator analizlərin düzgün nəticə verməsində mühüm rol oynayan preanalitik mərhələnin əhəmiyyəti xüsusi vurğulanıb.

Təlimdə Laboratoriyanın həkimi PhD Dr Aytən Səfərova çıxış edərək, biomaterialların (xüsusilə qan nümunələrinin) analizə qədər düzgün hazırlanması, müvafiq vakuumlu sınaq şüşələrinin seçilməsi, nümunələrin qaydalara uyğun qarışdırılması, saxlanma və laboratoriyaya çatdırılma şərtləri barədə ətraflı məlumat verib.

Eyni zamanda, biomaterialların düzgün götürülməməsi, uyğun olmayan sınaq şüşələrinin istifadəsi, nümunələrin vaxtında laboratoriyaya çatdırılmaması kimi halların analiz nəticələrinə mənfi təsiri izah olunub. Təlim iştirakçılarına preanalitik mərhələdə yol verilən xətaların qarşısının alınması üçün mövcud protokollara ciddi riayət olunmasının vacibliyi qeyd edilib.

Təlimin məqsədi laborator müayinələrin dəqiqliyini artırmaq, səhvlərin minimuma endirilməsi və pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltmək olub.

•Həqkari Dəryanur Firuz qızı 19.01.1990-ci ildə Bakı şəhərində anadan olub.Təhsil:•2008-2014-cü illərdə Azərbaycan Tibb ...
09/02/2026

•Həqkari Dəryanur Firuz qızı 19.01.1990-ci ildə Bakı şəhərində anadan olub.

Təhsil:
•2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin II-ci müalicə profilaktika fakültəsini bitirib.
•2014-2016-cı illərdə Rusiya Federasiyasında Radiologiya üzrə ordinatura təhsilini alıb.

Kurslar:
•2015-ci ildə Rusiya Federasiyasında təşəkkürnamə ilə təltif olunub.
•2018-ci ildə Radiologiya üzrə şəhadətnamə ilə təltif olunub.
•2018,2022,2023-cü illərdə AHTI-də müxtəlif kurslarda iştirak etib.
•2023-cü ildə I-ci beynəlxalq «Qadın sağlamlığı və radiologiyası» konfransında iştirak etib.

İş təcrübəsi:
•2018-ci ildən Xəzər Tibb Mərkəzində Radiologiya şöbəsində həkim-radioloq (USM) kimi fəaliyyət göstərib.
•2023-cü ildən Xəzər Tibb Mərkəzində Radiologiya şöbəsinin şöbə müdiri kimi fəaliyyət göstərir.

💧 Gündə kifayət qədər su içmək sağlam dərinin sirridir!Su orqanizmin əsas həyat mənbəyidir. 💙 Gün ərzində kifayət qədər ...
05/02/2026

💧 Gündə kifayət qədər su içmək sağlam dərinin sirridir!

Su orqanizmin əsas həyat mənbəyidir. 💙 Gün ərzində kifayət qədər su içmək dərinin elastikliyini və nəm balansını qorumağa kömək edir. + Yetərli su qəbulu toksinlərin bədəndən çıxarılmasını sürətləndirir və dərini təbii parlaq saxlayır. + Su çatışmazlığı qırışların erkən yaranmasına və dərinin quru, cansız görünməsinə səbəb ola bilər. + Günə bir stəkan ilıq su ilə başlamaq maddələr mübadiləsini aktivləşdirir və orqanizmi günə hazırlayır.

💡 Tövsiyə: Gündə minimum 6-8 stəkan su içməyə çalışın. Çay, qəhvə və qazlı içkilər suyun əvəzini vermir!

Address

Mərdəkan Qəsəbəsi, R. Qasimov Küçəsi 30
Baku
AZ1044

Telephone

+994124544233

Website

Alerts

Be the first to know and let us send you an email when Xəzər Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xəzər Tibb Mərkəzi:

Share

Category