02/11/2025
🚨 ✅ MRT hamiləlikdə nə vaxt aparılır?
MRT yalnız ultrasəs (USM) ilə kifayət qədər məlumat əldə etmək mümkün olmadıqda və ya ana və dölün həyati vəziyyətini aydınlaşdırmaq üçün aparılır.
Əsas göstərişlər:
• Dölün anadangəlmə qüsurlarını daha dəqiq qiymətləndirmək (xüsusilə sinir borusu, beyin, onurğa, qarın və ya ürək anomaliyaları şübhəsi olduqda);
• Plasentanın yerləşməsi və dərinliyi (məsələn, plasenta accreta, increta, percreta şübhəsi);
• Ana orqanizminin patologiyaları:
• beyin, onurğa beyni, qarın və ya çanaq orqanlarında şiş, qanaxma və s.;
• appendisit və ya digər kəskin qarın səbəbləri;
• Cərrahi müdaxilə planlaşdırılması zamanı əlavə məlumat lazım olduqda. ⏰ MRT hamiləliyin hansı dövründə aparılır?
• Ən təhlükəsiz dövr: II və III trimestrlər (14-cü həftədən sonra).
Çünki bu mərhələdə dölün əsas orqanları artıq formalaşmış olur.