
23/09/2024
Qadın beyni kişi beynindən tamamən fərqli çalışan bir sistemə malikdir. Bir qadın dəyərləndirilməyi və xüsusi olduğunu hiss etməyi həmişə şiddətlə istəyir. Bu istək hərədə bir cür ortaya qoyulur. Kimisi özəl hədiyyələr, kimisi xüsusi sözlər, kimisi özəl bir baxışla bunu hiss etməyi istər. Amma böyük ehtimallarda özəl sözün yerini bir qadın üçün heç nə dəyişmir. Hər qadın tərifi haqq edir. Hansı məshəbə, hansı cəmiyyətə, hansı əxlaqa malik olmasından asılı olaraq, Hər qadının daxilindəki uşaq özəl olduğu bir dünyanın arzusu ilə böyüyür. Amma kimisi bu arzunu gerçəkləşdirir, kimisi qarşısındakı sədləri keçə bilmir. Buna görə heç bir qadını heç vaxt həyatına görə günahlandıra bilmirəm. İstənilən halda ana olmağı dadan qadının daxilində o standart hiss ortalığa çıxır.
Bir qadını susuz, yeməksiz, pulsuz və s. şeylərdən məhrum edə bilərsiniz. Amma qadın tərifsiz yaşaya bilməz.
Qadınlar çox xoşbəxt bir həyat yaşayan kişi ilə bir həyat istər, amma xoşbəxtlik dadmayan bir kişi qadının qəlbini daha tez qazana bilər. Səbəb çox sadədir. Qadınlar sanki həyata bir missiyanın ardınca gəlmiş kimi hiss edirlər və qarşılarındakı kişinin bədbəxt həyatı onlar üçün düzəldə biləcəkləri bir işdir. Belə kişi daha sirli, daha yalnız və qadının yerləşib rahatlıqla gəzə biləcəyi geniş və boş bir xam torpaq kimidir.