dermatoloq_nizami_novruzlu_

dermatoloq_nizami_novruzlu_ Klinik Estetik Dermatoloq

Alopecia Areata -Ocaqlı dazlıqCəmi 1 seans prosedur olunub -İntralezyonal steroid.
20/05/2025

Alopecia Areata -Ocaqlı dazlıq
Cəmi 1 seans prosedur olunub -İntralezyonal steroid.



Övrə (Urtikarya) nədir?Övrə — dəridə qəfil əmələ gələn, qaşıntılı, qabarıq və qızarık səpgilərlə (kurdeşen) xarakterizə ...
19/05/2025

Övrə (Urtikarya) nədir?

Övrə — dəridə qəfil əmələ gələn, qaşıntılı, qabarıq və qızarık səpgilərlə (kurdeşen) xarakterizə olunan allergik dəri reaksiyasıdır. Səpgilər adətən bir neçə saatdan 24 saata qədər davam edib yox ola bilər, bəzən isə günlərlə və ya aylarla təkrarlanaraq xroniki forma alır.

Səbəblər nələrdir?
• Qida allergiyaları (yumurta, dəniz məhsulları, çərəzlər və s.)
• Dərmanlar (antibiotiklər, ağrıkəsicilər və s.)
• Gərginlik və stress
• Virus və ya bakterial infeksiyalar
• Soyuq, isti və ya təzyiq kimi fiziki təsirlər

Müalicə necə aparılır?
• Əsas müalicə antihistamin preparatları ilə aparılır.
• Səbəb məlumdursa, ondan uzaq durmaq vacibdir.
• Xroniki hallarda dermatoloq və allerqoloq müayinəsi tövsiyə olunur.

Unutmayın: Övrə kosmetik problem deyil, immun sisteminin xəbərdarlığıdır. Uzunmüddətli və ya təkrarlayan hallarda həkimə müraciət edin.












Baş dərisində kəpək, qaşınma və qabıqlanma varsa, sadəcə seboreya yox, Psoriaz capitis də ola bilər!Seboreyadan fərqli o...
07/05/2025

Baş dərisində kəpək, qaşınma və qabıqlanma varsa, sadəcə seboreya yox, Psoriaz capitis də ola bilər!
Seboreyadan fərqli olaraq, qalın, gümüşü rəngli qabıqlanmalar ( adi kəpəkdən fərqli), saçlı dəridə çatlamalar, müalicəyə çətin tabe olması. Dərinin başqa nahiyyələrində (qulaq arxası, diz, dirsək, dırnaq və s.) eyni əlamətlərin olması. Mütəxəssis dermatolaq zamanında müraciət olunması erkən diaqnostika və xəstəliyin yayılmasının qarşısın almaq üçün önəmlidir.

Həkimlərimiz fikirləri və məsləhərləri önəmlidir👍
03/05/2025

Həkimlərimiz fikirləri və məsləhərləri önəmlidir👍



Dolğu prosedurun harada etdirmisiz?
20/04/2025

Dolğu prosedurun harada etdirmisiz?

Unutma, 20-li yaşlarda atılan doğru addımlar gələcəkdə daha sağlam, gənc görünən bir dəri deməkdir.Sualın var? Şərhlərdə...
19/04/2025

Unutma, 20-li yaşlarda atılan doğru addımlar gələcəkdə daha sağlam, gənc görünən bir dəri deməkdir.
Sualın var? Şərhlərdə yaz və ya mesaj göndər!

İmpetigo (sarı yara) – uşaqlarda və gənclərdə tez-tez rast gəlinən yoluxucu dəri infeksiyasıdır. Xüsusilə isti iqlim şər...
15/04/2025

İmpetigo (sarı yara) – uşaqlarda və gənclərdə tez-tez rast gəlinən yoluxucu dəri infeksiyasıdır. Xüsusilə isti iqlim şəraitində və gigiyena qaydalarına əməl edilmədikdə yayılma riski artır. Müalicə olunmadıqda digər insanlara da keçə bilər. Erkən diaqnoz və müalicə vacibdir.

Konjenital nevus hüceyrəli nevus —  dəridə anadangəlmə yaranan, tünd rəngli, bəzən tüklü ola bilən piqmentli ləkədir. Me...
12/04/2025

Konjenital nevus hüceyrəli nevus — dəridə anadangəlmə yaranan, tünd rəngli, bəzən tüklü ola bilən piqmentli ləkədir. Melanosit adlanan piqment hüceyrələrinin dəriyə bərabər olmayan şəkildə yayılması nəticəsində əmələ gəlir. Ölçüsü, forması və tük örtüyü dəyişkənlik göstərə bilər. Bəzi hallarda bu nevuslar izlənməli və mütəmadi olaraq dermatoloq tərəfindən dermatoskopik yoxlanmalıdır.













Alopecia Areata — autoimmun mənşəli, fokal (ocaqlı) saç tökülməsi ilə xarakterizə olunan, çapıq buraxmayan, bəzən öz-özü...
10/04/2025

Alopecia Areata — autoimmun mənşəli, fokal (ocaqlı) saç tökülməsi ilə xarakterizə olunan, çapıq buraxmayan, bəzən öz-özünə geriləyə bilən xroniki xəstəlikdir. Stress, genetik meyillilik və digər autoimmun xəstəliklərlə assosiasiya oluna bilər. Erkən diaqnoz və individual yanaşma ilə effektiv müalicə mümkündür. Trikoskopik müayinə ilə dəqiq diaqnoz qoyulur. Saçlı dəriyə edilən iynəli prosedurlar ilə müalicə olunur.

28/09/2024






Tibb xidməti kapitanı Novruzlu🫡Bütün zabitlər bilir, ən gözəl rütbə kapitandı.😎
07/07/2024

Tibb xidməti kapitanı Novruzlu🫡
Bütün zabitlər bilir, ən gözəl rütbə kapitandı.😎


28/05/2024






Address

Nəsimi R. Ceyhun Səlimov 2. (Papanin)
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994706066690

Website

Alerts

Be the first to know and let us send you an email when dermatoloq_nizami_novruzlu_ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to dermatoloq_nizami_novruzlu_:

Share

Category