Bakı Baş Səhiyyə Mərkəzi

Bakı Baş Səhiyyə Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

06/02/2026

"Tibb müəssisələrimiz" rubrikasında Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 17 nömrəli Uşaq Poliklinikası haqqında məlumat verəcəyik.

Tibb müəssisəsi haqqında daha ətraflı məlumatla videoçarxda tanış ola bilərsiniz.

Baş ağrısı gündəlik həyatımızda əksər insanların üzləşdiyi narahatlıqdır. Hamımızın nə vaxtsa, bu və ya digər səbəblərdə...
05/02/2026

Baş ağrısı gündəlik həyatımızda əksər insanların üzləşdiyi narahatlıqdır. Hamımızın nə vaxtsa, bu və ya digər səbəblərdən başımız ağrıyıb. Bəs başımız niyə ağrıyır? Bunu yaradan səbəblər nələrdir? Hər dəfə başımız ağrıyanda ağrıkəsicilərdən istifadə etmək nə dərəcədə düzgündür?

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 44 nömrəli Şəhər Poliklinikasının həkim-nevropatoloqu Minayə Əliəsgərovanın sözlərinə görə, kranialgiya dedikdə kəllə daxilində və başın müxtəlif nahiyələrində lokalizə olunmuş ağrı hissiyyatı nəzərdə tutulur:

“Baş ağrısı, əsasən xəstəlik deyil, bir simptomdur, funksional mənşəli xəstəliklər zamanı meydana gəlir. Neyrogen ve psixogen amillərin təsirindən əmələ gələn baş ağrıları orqanizmin bir çox orqan və sistemləri ilə bilavasitə əlaqədar olur. Kliniki təsnifata görə baş ağrılarının bir çox növləri var. Bunlardan miqren tipli, gərginlik baş ağrısı, klaster, servikogen, abuzus, giqant, hüceyrəli, arterit baş ağrılarını göstərmək olar.

Həkim-nevropatoloq onu da bildirdi ki, müasir dövrdə ən çox rast gəlinən baş ağrısı miqren tipli, gərginlik və servikogen baş ağrılarıdır:

“Miqren tipli ağrılar, birtərəfli, pulsasiyaedici olur, 4 saatdan bir neçə günədək davam edir. Bu zaman heç bir ağrıkəsici kömək etmir. Servikogen baş ağrıları başın təpə, ənsə hissəsini, qulağın yuxarı hissəsini əhatə edir, gərginlik baş ağrıları əsasən, ikitərəfli olur, abuzus baş ağrıları isə uzun müddət analgetik qəbulunu saxladıqdan sonra baş verir”.

Mütəxəssisimiz baş ağrılarının əslində praktiki sağlam insanlarda da müşahidə edildiyini, buna səbəb olan amillər sırasında isə gərgin iş fəaliyyəti, iqlim dəyişkənliyi, istirahətsiz yaşam tərzi, yuxu rejiminin pozulması, zərərli vərdişlər (siqaretdən, spirtli içkilərdən istifadə) olmasını da bildirir. Onun sözlərinə görə bugünkü dövrdə baş ağrılarının allergik formasına da tez-tez rast gəlinir:

“Belə ki, müxtəlif kimyəvi maddələr, kosmetik boyalar, bitkilərin tozları baş ağrısına səbəb ola bilir. Ümumiyyətlə, poliklinikaya baş ağrıları şikayəti ilə müraciət edən pasiyentlərə ilk növbədə nevroloji baxış keçirilir, ilkin funksional müayinələr aparılır, ehtiyac yaranarsa, onlara instrumental- diaqnostik müayinələrə göndəriş verilir, xəstəliyin növünə uyğun olaraq dərman preparatları təyin olunur”.

Həkim-nervopatoloq bir daha insanların baş ağrılarına qarşı həssas yanaşmalı olduqlarını, bu zaman həkim tövsiyəsi olmadan, özbaşına ağrıkəsici dərmanlar qəbul etmək əvəzinə ərazi üzrə poliklinikalardakı sahə (ailə) həkimlərinə və həkim-nervopatoloqlara müraciət etməyin zəruriliyini vurğuladı.

Baş ağrısıdır, keçib-gedər, deməyin! Baş ağrısı ciddi xəstəliklərin carçısı ola bilər. Həkim tövsiyəsi olmadan özbaşına müalicə qəbul etməyin!

Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən 2025-ci il ərzində vətəndaşlara göstərilən xidmətlərin statistikası açıqlanıb2025-ci...
04/02/2026

Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən 2025-ci il ərzində vətəndaşlara göstərilən xidmətlərin statistikası açıqlanıb

2025-ci il ərzində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə 1.6 milyona yaxın pasiyent müraciət edib. Ötən dövr ərzində, ümumilikdə 6 milyondan çox ambulator müraciət qeydə alınıb.

2025-ci ildə ilkin səhiyyə xidməti müəssisələrində vətəndaşlara 17 milyondan çox tibbi xidmət göstərilib. Onlardan 6559 nəfəri stasionar tibbi xidmət alan şəxslərdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq, uşaqların icbari dispanserizasiyası prosesi hər il mütəmadi olaraq həyata keçirilir. Ötən il ərzində Mərkəzin strukturuna daxil olan ilkin səhiyyə xidməti müəssisələrində icbari dispanserizasiya prosesinə cəlb edilən uşaqların ümumi sayı 717664 (94%) nəfər olub. Müayinələr nəticəsində 59234 (8%) uşaqda müxtəlif xəstəliklər aşkar olunub. İcbari dispanserizasiya zamanı dispanser qeydiyyatına alınan 8431 uşaq il ərzində sağalma ilə dispanser qeydiyyatından çıxarılıb.

Bununla yanaşı, bildirək ki, ötən il ərzində Bakı Baş Səhiyyə Mərkəzinə daxil olan qadın məsləhətxanalarında 16428 hamilə qadın qeydiyyata alınıb və onlara qeydiyyatda olduqları tibb müəssisələrində antenatal xidmət göstərilib.

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə...
04/02/2026

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

03/02/2026

“Həkim cavablayır!” rubrikasında Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində çalışan müxtəlif ixtisas həkimləri müasir dövrümüzdə geniş yayılmış xəstəliklər, ən aktual tibbi mövzularla bağlı suallarınızı cavablandırırlar.

Bu dəfəki buraxılışımızda həkim-infeksionist Fidan Bayramzadə virus hepatitləri haqqında məlumat verir.

Siz soruşun, həkimlərimiz cavablandırsın...

Sağlamlığınızın qeydinə qalın!

02/02/2026

Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər...
02/02/2026

Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Bu gün 31 yanvar Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-19...
31/01/2026

Bu gün 31 yanvar Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Onun anadan olmasından 142 il ötür.

TƏBİB-in dəstəyi, Respublika Endokrinoloji Mərkəzin (REM) və Bakı Baş Səhiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə endokr...
30/01/2026

TƏBİB-in dəstəyi, Respublika Endokrinoloji Mərkəzin (REM) və Bakı Baş Səhiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə endokrinoloji xidmətin təkmilləşdirilməsi mövzusunda seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd uşaq yaş qruplarında müşahidə olunan qalxanabənzər vəz xəstəliklərinin erkən diaqnostikası və düzgün izlənməsi olub.

Belə ki, ilk olaraq Respublika Endokrinoloji Mərkəzin direktoru, t.ü.f.d Kəmalə Ağayeva açılış nitqi ilə çıxış edərək, müzakirə olunacaq mövzuların mahiyyəti və gözlənilən nəticələri barədə seminar iştirakçılarına ətraflı məlumat verib. O, bu tip təlimlərin əhəmiyyətini vurğulayaraq təqdim olunan çıxışların xəstələrin həyat keyfiyyətinə müsbət təsir göstərdiyini, həmçinin ümumi səhiyyə sisteminə ciddi təsir göstərən mühüm bir sahəni əhatə etdiyini qeyd edərək, iştirakçılara uğurlar arzulayıb.

Seminar REM-in həkim-endokrinoloqlarının çıxışları ilə davam etdirilib.

Həkim-endokrinoloq Səriyyə Ağayeva “Anadangəlmə hipotireoz” mövzusunda çıxış edib. O, çıxışında xəstəliyin erkən aşkarlanmasının uşağın fiziki və zehni inkişafında oynadığı həlledici rol, neonatal skrininqin əhəmiyyəti və vaxtında müalicənin nəticələrini izah edib.

Dr. Könül Səmədova öz çıxışında uşaq və yeniyetmələrdə hipertireozun klinik əlamətləri, diaqnostik yanaşmalar və müalicə prinsipləri haqqında ətraflı məlumat verib, xəstəliyin gec aşkarlanacağı halda yarana biləcək fəsadlara xüsusi diqqət çəkilib.

“TFT – qalxanabənzər vəzin funksiyasını qiymətləndirmək üçün aparılan laborator analizlər” mövzusunda təqdimatla çıxış edən Dr. Leyla Abbasova TSH, FT4, FT3 göstəricilərinin klinik əhəmiyyəti, uşaqlarda laborator nəticələrin düzgün şərhi və müalicə qərarlarında rolu mövzusuna aydınlıq gətirib.

Seminar sual-cavab sessiyası şəklində davam etdirilib.

Gömrük xidməti əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik.
30/01/2026

Gömrük xidməti əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik.

“Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Səhiyyə Nazirl...
29/01/2026

“Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Şəhər Poliklinikasında İctimai Birliyin əməkdaş və könüllülərinin iştirakı ilə qanvermə aksiyası keçirilib.

Qeyd edək ki, toplanan qan ehtiyatları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunması üçün nəzərdə tutulub.

Qanvermə aksiyasının əsas məqsədi cəmiyyət arasında könüllü qan donorluğu mədəniyyətinin təşviqi, sağlam həyat tərzinin dəstəklənməsi, həmçinin müalicəyə ehtiyacı olan şəxslərin qan ehtiyatının təmin olunmasına töhfə vermək olub.

Hepatit B (HepB) peyvəndi - Hepatit B xəstəliyinə qarşı tətbiq olunan peyvənddir, doğum evində ilk 12 saat ərzində körpə...
29/01/2026

Hepatit B (HepB) peyvəndi - Hepatit B xəstəliyinə qarşı tətbiq olunan peyvənddir, doğum evində ilk 12 saat ərzində körpələrə vurulur.

Hepatit B qaraciyərin həm kəskin, həm də xroniki xəstəliklərinin inkişafına səbəb olan virus infeksiyasıdır. Hepatit B kəskin xəstəlik formasında iştaha itkisi, hərarət, ishal, qusma, idrarın tündləşməsi, yorğunluq, dəridə və gözlərdə sarılıq, əzələ, oynaqlar və mədədə ağrılarla müşahidə oluna bilər. Kəskin xəstəlik əlamətlərinə daha çox yetkinlərdə rast gəlinir. Xəstəliyə yoluxmuş uşaqlarda bu simptomlar aşkarlanmır. İnfeksiya orqanizmdə çox ciddi fəsadlara - qaraciyər serrozu, qaraciyər xərçənginə səbəb ola, hətta ölümlə nəticələnə bilər.

Xronik infeksiyaya böyüklərdən fərqli olaraq azyaşlılarda daha çox rast gəlinir. Hepatit B virusu yoluxucudur.

Qeyd edək ki, Hepatit B virusu əşyalar üzərində 7 günə qədər yaşaya bilər. Bu virus onun daşıyıcısı olan anadan körpəyə doğum əsnasında keçir. Bundan əlavə, dəridə yara olduqda qan və bədən mayelərinin təması, diş fırçası, ülgüc, şəkər xəstəliyinin müayinə və müalicəsində istifadə olunan alətlər və s. yolla yoluxma mümkündür.

Virus infeksiyasından qorunmanın ən effektiv yolu Hepatit B peyvəndidir. Peyvənd tək və ya digər peyvəndlərlə birlikdə vurula bilər.

1991-ci ildən ölkəmizdə bütün uşaqların peyvəndlənməsi həyata keçirilir. Hepatit B peyvəndi uşaqlarımızı ciddi qaraciyər xəstəliklərindən və onun törədə biləcəyi qaraciyər xərçəngindən qoruyur.

Address

Bakı şəhəri, Mikayıl Müşfiq Küçəsi 1M
Baku
AZ1138

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125963315

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Baş Səhiyyə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bakı Baş Səhiyyə Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram