Dr Zaur Ramikhanov

Dr Zaur Ramikhanov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Zaur Ramikhanov, Doctor, Kəpəz Hospital, Baku.

10/07/2024
29 iyun 2024Med Life Hospital (Goranboy)
19/06/2024

29 iyun 2024
Med Life Hospital
(Goranboy)

26/02/2024

Disk yırtığı əməliyyatından sonra

11/01/2024

Ağır kəllə-beyin travma mənşəli beyin qanamasının ləğvi əməliyyatı

09/01/2024

Disk yırtığının MRT-də ətraflı izahı

08/01/2024

Disk yırtığınız var?

Sizə əməliyyat lazımdır və ya müalicə?

Fizioterpaiya yoxsa blokada?

Ara həkiminin dartması yoxsa qır yapışdırması?

Ətraflı izah videoda.

02/01/2024

Sizin də bel ağrılarınız var?

Bu ağrılardan birdəfəlik qurtulmaq istəyirsiz?

Ətraflı izah videoda.

01/01/2024

Kəllə-beyin travması - huşun itirilməsi, yaddaş pozulması və şiddətli baş ağrılarına səbəb olur.

Ağır hallarda isə koma və ölümlə nəticələnir.

Avtomobil qəzasında kəllə-beyin travmasını almış və komaya düşmüş xəstəmiz reanimasiya şöbəsində intensiv terapiya alandan 2 gün sonra komadan çıxmışdır.

26/12/2023

Dar kanal - osteoxondrozun (duzlaşmanın) fəsadlarından biridir.

Sarı bağa hopan duzlar onun qalınlaşmasına gətirib çıxarır.

Nəticədə qalınlaşmış sarı bağ sinirləri və onurğa beyinini sıxır.

Sıxılmış sinirlər isə ağrıların səbəblərindən biridir.

15/12/2023

Onurğa travması - qəza və ya yüksəklikdən düşmə nəticəsində yaranan bir zədədir.

Onurğa beyni zədələnən xəstənin ciddi nevroloji qüsurları (iflic, qeyri-iradi sidik və nəcis ifrazı) yaranır.

Çıxış yolu - cərrahi əməliyyat. Əməliyyatın məqsədləri:

1) Onurğa beyinin sərbəstləşdirilməsi

2) Onurğa sütununun vidalarla sabitlənməsi

12/12/2023

Beyin kötüyünə qanama - adətən yüksək təzyiq nəticəsində beyin damarının partlamasından irəli gələn bir haldır.

Bu cür xəstələr kifayət qədər ağır duruma düşür, çünki həyati vacib mərkəzlərin (ürək-damar, tənəffüs və temperatur) fəaliyyəti qanama səbəbindən pozulur.

Xəstələr komaya düşür, ürək fəaliyyəti pozulur, tənəffüs çatışmazlığı yaranır.

09/12/2023

Düzgün diaqnoz müalicə uğurunun açarıdır. Səhv diaqnoz – uğursuzluğun, həkim-həkim gəzmələrin, lazımsız müayinələrin və sonu olmayan xərclərin səbəbidir. Düzgün diaqnoz üçün bizə müraciət edin!!!

04/12/2023

Fəqərə sürüşməsi - bel ağrılarının çoxsaylı səbəblərindən sadəcə biridir.

Xəstəliyin adından bilinir ki, bir fəqərə qonşu fəqərəyə görə yerini dəyişir. Bəs sonra nələr baş verir?

1) Fəqərə sürüşüb yerində qalmır, hər hərəkətdə o fəqərə önə-arxaya gedib-gəlir və bu, şiddətli ağrıların səbəbidir.

2) Sürüşmə zamanı bir fəqərə deyil, onun üzərində yerləşən bütün onurğa sütunu tərpənir.

3) Mrt/Kt müayinəsi horizontal vəziyyətdə çəkildiyindən bu müayinələrdə sürüşmə aşkar olunmaya bilər.

4) Fəqərə sürüşməsi sabit və qeyri-sabit olur. Önə və arxaya əyilmiş vəziyyətdə çəkilmiş rentgen müayinəsi ilə fəqərə sürüşməsinin sabitliyi və dərəcəsi təyin olunur.

5) Sabit fəqərə sürüşmələri nadir hallarda yerli bel ağrılarını verir, dərman müalicəsi və fizioterapiya ilə müalicə olunur.

6) Qeyri-sabit fəqərə sürüşmələrinin yeganə həlli fəqərə sütununun vidalarla sabitlənməsi əməliyyatıdır.

03/12/2023

Xəstə pozitivliyi - müalicə prosesində çox önəmli bir məqamdır. "Bu, uzun ömrümün qısa və müvəqqəti bir dövrüdür", – deyib ruh düşkünlüyü olmadan xəstəliyinə pozitiv və optimist yanaşan pasiyentlərdə nəticələr həmişə mükəmməl olur, narazı və deyingən xəstələrdə isə əksinə. Əziz pasiyentlər, xəstəliklərdən əziyyət çəkənlər və onların yaxınları, yaxşı düşünün ki, yaxşı da olsun. Həmişə gülün, gülümsəyin, pozitiv olun, həyatınıza optimist baxın.

Address

Kəpəz Hospital
Baku

Telephone

+994773026502

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Zaur Ramikhanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category