Dr. Aynur Bagırzadə

Dr. Aynur Bagırzadə Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Aynur Bagırzadə, Doctor, H. Zərdabi küçəsi, 79B, Baku.

41 yaşlı xanım bizə uşaqlıq qanaxması şikayəti ilə müraciət edib. İcra edilən Ultrasəs Müayinəsi (USM) zamanı endometriy...
03/04/2026

41 yaşlı xanım bizə uşaqlıq qanaxması şikayəti ilə müraciət edib. İcra edilən Ultrasəs Müayinəsi (USM) zamanı endometriyanı deformasiya edən 65mm-lik böyük ölçülü törəmə aşkarladıq və bu törəməni Nekrozlaşmış leyomioma? Sarkoma? kimi qiymətləndirdik. Pasiyent ginekoloqun müayinəsinə göndərildi. Ginekoloqun təyinatı üzrə pasiyentə təcili cərrahi müdaxilə tövsiyyə edildi və cərrahi əməliyyat icra olundu. Patositomorfoloji rəyə görə nəticə-Leyomioma degenerativ dəyişikliklərlə. Cərrahi əməliyyatı icra edən dəyərli kolleqam Turan xanıma həmişəki kimi mükəmməl nəticə əldə etdiyinə görə təşəkkürlər🥰🥰🥰❤️❤️❤️
P. S. Vakada həm USM, həm də patositomorfoloji rəylər təqdim olunub.

Cüməniz mübarək!!! Xoş sevincli hadisələrlə yadda qalan komfortlu həftəsonu diləyirəm hər birinizə🤲🤲💐🌷🌹🪻🪷🌺🌸🌼
03/04/2026

Cüməniz mübarək!!! Xoş sevincli hadisələrlə yadda qalan komfortlu həftəsonu diləyirəm hər birinizə🤲🤲💐🌷🌹🪻🪷🌺🌸🌼

🇦🇿 Aprel döyüşlərindən 10 il ötürAzərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 10 il ...
02/04/2026

🇦🇿 Aprel döyüşlərindən 10 il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 10 il ötür.

2016-cı il aprelin 2-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı keçirib və 2000 hektardan çox ərazini işğaldan azad edib.

Döyüşlər əsasən Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqamətində gedib. Azərbaycan Ordusu Talış yüksəkliklərini və strateji əhəmiyyətli Lələtəpəni azad edib. Döyüşlər zamanı düşmənin 30-a yaxın tankı, 25-dən çox artilleriya qurğusu və yüzlərlə canlı qüvvəsi məhv edilib.

Aprel döyüşləri Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradığını göstərdi və Azərbaycan Ordusunun döyüş ruhunu ortaya qoydu. Bu qələbə 2020-ci ilin Vətən müharibəsi ilə tamamlandı və Azərbaycan öz torpaqlarını tam azad etdi.

46 yaşlı xanım pasiyeny bizə ilk dəfə olaraq profilaktik məqsədlə qarın boşluğu orqanlarının Ultrasəs Müayinəsi (USM) üç...
01/04/2026

46 yaşlı xanım pasiyeny bizə ilk dəfə olaraq profilaktik məqsədlə qarın boşluğu orqanlarının Ultrasəs Müayinəsi (USM) üçün müraciət etmişdir. İcra edilən Ultrasəs Müayinəsi (USM) zamanı dalaq proyeksiyasında 150mm-lik giqant Multilokulyar kistoz törəmə aşkar olundu. Pasiyentə əlavə olaraq Maqnit Rezonans Tomoqrafiya (MRT) diaqnostik müayinə metodu da tövsiyyə edildi. Pasiyent tövsiyyəmizə əməl edərək MRT müayinəsindən keçdi və MRT müayinəsi USM-nin nəticəsini təsdiqlədi. Pasiyentə cərrahi müdaxilə təklif olundu, lakin pasiyent cərrahi müdaxilədən imtina etdi. Pasiyent növbəti 6 aydan sonra təkrar Ultrasəs Müayinəyə (USM) göndərildi.
P.S. Vakada həm USM, həm də MRT nəticələri təqdim olunub.

31.03.26 Bugün “Qadın Sağlamlıq Mərkəzi” şöbəsinin kollektivi olaraq çox hörmətli direktorumuzu yubileyi münasibəti ilə ...
31/03/2026

31.03.26 Bugün “Qadın Sağlamlıq Mərkəzi” şöbəsinin kollektivi olaraq çox hörmətli direktorumuzu yubileyi münasibəti ilə təbrik edib, həmişəki kimi ənənəyə sadiq qalaraq xatirə şəkilləri çəkdirdik🤩🤩🤩🤩

Hörmətli Akademik Cəmil Əliyev uzun illərdir ki, Azərbaycan səhiyyəsinə yorulmadan və əvəzedilməz xidmətlər göstərir Bel...
31/03/2026

Hörmətli Akademik Cəmil Əliyev uzun illərdir ki, Azərbaycan səhiyyəsinə yorulmadan və əvəzedilməz xidmətlər göstərir Belə ki, onun tibb elmində, xüsusən də onkologiya sahəsində əldə etdiyi nailiyyətlər nəinki respublikamızda, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Bir ictimai xadim kimi, cəmiyyət həyatında baş verən hadisələrdə tutduğu ədalətli mövqe və göstərdiyi müdrik münasibət nəticəsində xalqımızın xüsusi hörmət və rəğbətini qazanmışdır.
Milli Onkologiya Mərkəzinin kollektivi olaraq əminik ki, onun yüksək şəxsi keyfiyyətləri, zəngin idarəetmə təcrübəsi, tükənməz işgüzarlıq və təşkilatçılıq qabiliyyətinə söykənən fəaliyyəti Azərbaycan xalqına və dövlətinə bundan sonra da yeni-yeni nailiyyətlər qazandıracaq.

30.03.26 Azərbaycan elmi və praktiki onkolgiyasının patriarxı Cəmil Əliyevin doğum günüdür. Dünyanın 20 -yə yaxın ən nüf...
31/03/2026

30.03.26 Azərbaycan elmi və praktiki onkolgiyasının patriarxı Cəmil Əliyevin doğum günüdür. Dünyanın 20 -yə yaxın ən nüfuzlu və tanınımış Elmlər Akademiyasının, elm mərkəzlərinin həqiqi və müxbir üzvü, fəxri professoru, onlarla beynəlxalq titul və mükafatlara layiq görülmüş akademik Cəmil Əliyevin 8️⃣0️⃣ yaşı tamam olur. Azərbaycanda elmi, klinik və eksperimental onkologiyanını inkişafının uzun və səmərəli yolu onun adı ilə bağlıdır. Adi əməkdaşlıqdan kollektivin rəhbəri vəzifəsinə qədər uzun və şərəfli ömür yolu keçmiş Cəmil Əliyev Milli Onkologiya Mərkəzini Cənubi Qafqazın ən müasir, ən böyük müalicə ocağı pilləsinə yüksəltməyi bacarmışdır. Çox hörmətli direktorumuz-Cəmil Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir və ona uzun ömür, can sağlığı arzu edirik!!!

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də...
31/03/2026

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

🇬🇧English version
Between March 30 and April 3, 1918, the Baku Soviet and Dashnak Armenian armed groups brutally massacred Azerbaijanis in Baku city and various regions of Baku province, as well as in Shamakhi, Guba, Khachmaz, Lankaran, Hajigabul, Salyan, Zangezur, Karabakh, Nakhchivan and other territories. According to official sources, as a result of this genocide, about 12 thousand Azerbaijanis were mercilessly killed, and tens of thousands of people went missing.

Bu gün müqəddəs gündür, kədəri bir tərəfə buraxıb Allaha duacı olaq. Ramazan Bayramını doya doya yaşayaq. Xeyirli bayram...
20/03/2026

Bu gün müqəddəs gündür, kədəri bir tərəfə buraxıb Allaha duacı olaq. Ramazan Bayramını doya doya yaşayaq. Xeyirli bayramlar! Hər şeyə qadir olan Uca Allah, bizləri, doğru yoldan və sevdiklərimizdən ayırmasın! Xeyirli və bərəkətli Ramazan Bayramları diləyilə🤲🤲🤲

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzu do...
20/03/2026

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzu dolu bayram diləyi ilə Novruz Bayramınız Mübarək!!!

İlaxır çərşənbədə hər kəs bir yerə toplanır. Bir-birini təbrik edir. Bu təbrikim də sizin olsun. Süfrəniz bərəkətli, evi...
17/03/2026

İlaxır çərşənbədə hər kəs bir yerə toplanır. Bir-birini təbrik edir. Bu təbrikim də sizin olsun. Süfrəniz bərəkətli, eviniz xoşbəxt, üzünüz daim gülər olsun!!! 🌱🌿☘️🍀🪴

16.03.26 MAQATE tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru, çox hörmətli akademik Cəmil Əliyevə “Xüsusi Xidmətə gö...
16/03/2026

16.03.26 MAQATE tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru, çox hörmətli akademik Cəmil Əliyevə “Xüsusi Xidmətə görə Mükafat” təqdim edildi. Dəyərli rəhbərimizi bu mübadibətlə təbrik edir👏👏👏👏👏 və Cəmil müəllimə uzun ömür, can sağlığı arzu edirik🤲🤲🤲🤲🤲Biz MOM kollektivi olaraq fəxr edirik ki, bu cür dünya şöhrətli alimin rəhbərliyi altında işləyirik və bu dahi insanın məktəbini keçmişik.

Address

H. Zərdabi Küçəsi, 79B
Baku

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Aynur Bagırzadə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category