Pirallahı Tibb Mərkəzi

Pirallahı Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

01/05/2026

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub.

R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil almış, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlamışdır.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanmışdır.

2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

01/05/2026
28 aprel tarixində Pirallahı Rayon İcra Hakimiyyətində görkəmli alim və ictimai xadim, akademik Zərifə Əliyevanın anım g...
28/04/2026

28 aprel tarixində Pirallahı Rayon İcra Hakimiyyətində görkəmli alim və ictimai xadim, akademik Zərifə Əliyevanın anım günü qeyd olunub. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, onun oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən və insanlara göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Daha sonra Pirallahı Tibb Mərkəzinin baş həkimi Fəranə Gözəlova çıxış edərək akademikin zəngin elmi irsinin bu gün də tibb işçiləri üçün örnək olduğunu vurğulayıb. O qeyd edib ki, Zərifə Əliyevanın fəaliyyəti xüsusilə gənc həkimlər üçün peşəkarlıq və humanizm nümunəsidir.

Tədbirdə çıxış edən Pirallahı Tibb Mərkəzinin oftalmoloq həkimi Sevinc Cəmiyeva isə Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrdən danışaraq onun elmi araşdırmalarının bu gün də aktuallığını qoruduğunu bildirib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür. O, oftalmologiya sahəsindəki d...
28/04/2026

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.

O, oftalmologiya sahəsindəki dəyərli elmi töhfələri və yüksək insani keyfiyyətləri ilə həm tibb tariximizdə, həm də insanların yaddaşında silinməz iz qoymuşdur.

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçibSon illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və b...
24/04/2026

TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.

➡️ https://az.trend.az/azerbaijan/society/4178689.html

Pirallahıda əhalinin maarifləndirilməsi məqsədilə birgə tədbir keçirilib.“İmmunlaşdırma həftəsi” çərçivəsində Pirallahı ...
24/04/2026

Pirallahıda əhalinin maarifləndirilməsi məqsədilə birgə tədbir keçirilib.
“İmmunlaşdırma həftəsi” çərçivəsində Pirallahı Tibb Mərkəzinin Ailə Sağlamlıq Mərkəzi (ASM) və Pirallahı Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir baş tutub.
Tədbirin əsas məqsədi yoluxucu xəstəliklərin profilaktikasında peyvəndlənmənin müstəsna əhəmiyyətini vurğulamaq və əhali arasında immunlaşdırma ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq olub. Görüş zamanı mütəxəssislər vaxtında aparılan peyvəndlərin həm uşaqların, həm də böyüklərin sağlamlığının qorunmasında oynadığı roldan bəhs edib, sakinləri maraqlandıran sualları cavablandırıblar.
Sağlam gələcək üçün immunlaşdırma vacibdir!

Pirallahı Tibb Mərkəzində İmmunlaşdırma Həftəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Gigiyena və ...
22/04/2026

Pirallahı Tibb Mərkəzində İmmunlaşdırma Həftəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, həmçinin pediatr həkimlər iştirak ediblər.

Görüş zamanı iştirakçılara immunlaşdırmanın əhəmiyyəti, peyvəndlərin insan sağlamlığının qorunmasında rolu və yoluxucu xəstəliklərin qarşısının alınmasında vaksinasiyanın vacibliyi barədə ətraflı məlumat verilib. Mütəxəssislər qeyd ediblər ki, peyvəndlər həm fərdi, həm də ictimai sağlamlığın qorunmasında mühüm rol oynayır. Tədbirin əsas məqsədi əhali arasında maarifləndirməni gücləndirmək və vaksinasiyaya olan etimadı artırmaq olub.

İmmunlaşdırma Həftəsi yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biri olan immunizasiyanın əhəmiyyətinə icti...
21/04/2026

İmmunlaşdırma Həftəsi yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biri olan immunizasiyanın əhəmiyyətinə ictimai diqqəti yönəltmək məqsədi daşıyır.

Peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir. İmmunizasiya sayəsində hər il 2-3 milyon insan difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən müdafiə olunur.

Dünyada hər bir uşağın ağır fəsadlara səbəb olan xəstəliklərdən peyvənd vasitəsilə qorunmaq hüququ vardır. Bu baxımdan immunlaşdırmanın genişləndirilməsi və gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Pirallahı Tibb Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib...
15/04/2026

Pirallahı Tibb Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin açılış nitqini edən Pirallahı Tibb Mərkəzinin baş həkimi Fəranə Gözəlova akademik Zərifə Əliyevanın zəngin elmi irsi və səhiyyə sahəsinə verdiyi töhfələrdən danışıb. Daha sonra Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən videorolik nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai - siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova akademikin Azərbaycan tibb elminin inkişafındakı əvəzsiz rolundan bəhs edib.
Sonda Pirallahı Tibb Mərkəzinin həkim-oftalmoloqu Gülnar Mirzəyeva çıxış edərək, Zərifə Əliyevanın oftalmologiya sahəsində qoyduğu elmi irsin bu gün də həkimlər üçün örnək olduğunu qeyd etmişdir.

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gün...
15/04/2026

Azərbaycan tibb elminin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

17 aprel – Ümumdünya Hemofiliya Günü münasibətilə “Qanaxmaların qarşısının alınması və müalicənin idarə olunmasında tibb...
13/04/2026

17 aprel – Ümumdünya Hemofiliya Günü münasibətilə “Qanaxmaların qarşısının alınması və müalicənin idarə olunmasında tibb bacısının rolu” mövzusunda elmi konfrans keçirilib.

Konfransda səhiyyə mütəxəssisləri, tibb bacıları və aidiyyəti qurumların nümayəndələri iştirak edərək Hemofiliya və digər hemostaz pozuntularının idarə olunmasında müasir yanaşmalar, erkən diaqnostika və düzgün müalicə metodları barədə müzakirələr aparılıb.

Tədbirin əsas məqsədi tibb bacılarının bu sahədə rolunu ön plana çıxarmaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək olmaq, eyni zamanda cəmiyyət arasında maarifləndirməni gücləndirmək idi.

Sonda tədbirin davamı olaraq Zirə Eko Park ərazisində Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyası üzvləri və Pirallahı Tibb Mərkəzi əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində zeytun ağacları əkilib, eyni zamanda ərazidə “Xatirə planeti” adlı xatirə lövhəsi yerləşdirilmişdir. Bu təşəbbüs həm ekoloji mühitin qorunmasına töhfə vermək, həm də hemofiliya və digər hemostaz pozuntularından əziyyət çəkən insanlara dəstək və həmrəylik mesajı çatdırmaq məqsədi daşıyır.

Address

Bakı şəhəri Pirallahı Rayonu Kamil Rzayev 22/13
Baku

Telephone

+994124570748

Website

Alerts

Be the first to know and let us send you an email when Pirallahı Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pirallahı Tibb Mərkəzi:

Share