Psixoloq Mahmud Mustafa

Psixoloq Mahmud Mustafa ✅ Klinik Psixoloq/Prixoterapevt
✅ CBT/EMDR terapisti

👶🥳🎈 Uşaqları bu gün münasibətilə təbrik edirik!1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamə q...
01/06/2022

👶🥳🎈 Uşaqları bu gün münasibətilə təbrik edirik!

1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin".

✅ Arzu edirik ki, hər bir uşaq sağlam psixologiya ilə böyümə şansına nail olsun. Onları sevin, sevdiyinizi hiss etdirin. Onlar bizim gələcəyimizdir. 😊

‼️ DİQQƏT! Əziz valideynlər!🔹 Səssiz, sözə baxan uşaqlar nə qədər sevilsə də, diqqət edilməsi lazım olan nüanslar var.🔎 ...
30/05/2022

‼️ DİQQƏT! Əziz valideynlər!

🔹 Səssiz, sözə baxan uşaqlar nə qədər sevilsə də, diqqət edilməsi lazım olan nüanslar var.

🔎 İlkin olaraq, uşağın isti ailə mühitində tərbiyə alması çox vacibdir. Övladınızın səhhəti, öyrənmə qabiliyyəti, sosial münasibətləri daim müşahidə edilməlidir.

❌ Əgər sosial münasibətlərdə aktiv deyilsə, dərslərində uğurlu deyilsə, uşağı qınamaq olmaz. Valideyn olaraq "tənbəlsən!", "niyə oxumursan?" kimi yanaşmalardan qaçmaq lazımdır. Valideynlər övladının müəllimi ilə daim dialoqda olmalıdır. Uşaq xoşbəxtdirsə, uğura meylli olacaqdır.

✅ Övladınız sakit təbiətli, özü ilə vaxt keçirməyi sevə bilər. Bu normaldır, əgər ünsiyyətdə çətinlikləri hansısa problemdən qaynaqlanmırsa!

⚠️ Övladınız hədsiz sakitdirsə, biraz həyəcanlanmalısınız. Çünki, uşaqların canlı, söhbətcil olması gələcəkləri üçün çox vacibdir. Özünü rahat ifadə etməsi, sərhədlərini bilməsi, ətrafdakılarla rahat ünsiyyətə girməsi uğurlu gələcəkləri üçün vacib faktorlardır.

😇 Bu səbəblə də övladınızla daim ünsiyyətdə olun, etdiklərini anlayışla qarşılayın, səhvlərində qınamaq yerinə bir daha təkrarlamamasını xatırladın. Seçimlərinə, fikirlərinə, duyğularına görə sərt tənqid etməyin.

📍 Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi
📲 +994507167501

30/05/2022
28/05/2022
🇦🇿🇦🇿🇦🇿 1918-ci il. 28 May günü. “İstiqlal Bəyannaməsi”nin imzalanması ilə Azərbaycan, müstəqilliyini dünyaya bəyan etdi!...
28/05/2022

🇦🇿🇦🇿🇦🇿 1918-ci il. 28 May günü. “İstiqlal Bəyannaməsi”nin imzalanması ilə Azərbaycan, müstəqilliyini dünyaya bəyan etdi!

Bu günün bizə öyrətdikləri də az deyildi.

İnancın, səbri, əzmin önəmini, əngəllər qarşısında nə qədər vacib xüsusiyyətlər olduğunu görürük. Birliyin, bərabərliyin vermiş olduğu güc ilə bir xalqın azadlıq və müstəqil olma yolundakı mübarizəsinə şahid oluruq.

Müstəqillik gününüz mübarək! 🇦🇿

💣❌ Dünyada artan BƏLA! Maddə asılılığı. Spirtli içki, narkotik vasitələr...❓ Səbəb nədir və necə həll olmalıdır?🌎 İnsanı...
27/05/2022

💣❌ Dünyada artan BƏLA! Maddə asılılığı. Spirtli içki, narkotik vasitələr...

❓ Səbəb nədir və necə həll olmalıdır?

🌎 İnsanın sosial, psixoloji və fizioloji vəziyyətinə kəskin zərbə vurur. Bəs necə olur ki, insanlar bu bataqlığa düşürlər?

👇🏻 Əsas səbəblər:

➡️ Şəxsiyyət problemləri: Etibar edilməyən, valideyndən asılı böyüdülmüş, susqun insanlarda maddə istifadəsi daha çox rastlanır.

➡️ Ətraf mühit faktorları: Ailədə narkotik maddə istifadəsi olan insanlarda risk daha yüksəkdir. Məsələn, spirt asılılığı olan birinci dərəcəli qohumlarda alkoqoldan asılılıq riski 7 dəfə yüksəkdir.

➡️ Stress faktorlarının olması riski artırır. Əgər insanın psixiatrik pozğunluğu varsa, maddədən istifadə riski artır. Məsələn, ictimai tədbirlərə qatılmaq qorxusu olan sosial fobiyada spirt asılılığı 19%, narkomaniya isə 13% nisbətində görülür.

➡️ Ailə daxilində ünsiyyət və paylaşma problemlərinin olması insanları narkotikdən istifadə etməyə sövq edən mühüm faktordur.

👇🏻 Həll yolu:

🔹 İlk addım qərar verməkdir. Ümidsiz olmayın! "Müalicə" müddətində maddə, bəzən təkrar istifadə edilə bilir. İnsanların ən çox etdiyi səhv, bu büdrəmələrdən sonra uğursuz olduqlarını düşünmək və maddəni tərk etməkdən tamamilə imtina etməkdir. Ekspert dəstəyinə diqqət edin! Bu prosesi idarə etmək üçün tibbi dəstək qədər psixoterapiya da vacibdir.

❗ Sağlam, xoşbəxt və balanslı bir həyat üçün bu maddələrdən uzaq durun.

📍 Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi
📲 +994507167501

😢😢 "Hər şey mənim başıma gəlir", "Problemlər bitmir"....💭 Bu cümlələri yəqin ki, tez-tez eşidirsən və ya sən də istifadə...
23/05/2022

😢😢 "Hər şey mənim başıma gəlir", "Problemlər bitmir"....

💭 Bu cümlələri yəqin ki, tez-tez eşidirsən və ya sən də istifadə edirsən. Bu fikirlər "Qurban psixologiyası"-ndan qaynaqlanır. Nədir bu qurban psixologiyası və səbəbləri nələrdir?

😏 Bu psixologiyadakı insan, daima öz taleyindən və bəxtindən şikayət edir. Həyatında baş verən neqativ hadisələrə görə başqalarını günahkar hesab etməyə meylli olur.

👇🏻 Səbəbləri:

✅ Uşaqlıqdan belə öyrənilib:
- Bir uşaq daima ətrafındakı insanları ittiham edən valideynlərlə böyüyürsə, evdə həmişə “həyatın ədalətli olmadığı” deyilirsə və ya kiçik bir problem zamanı taleyə lənət oxunulursa, uşağın yetkinlik yaşına çatanda valideynləri kimi özünü qurban roluna soxması çox təbiidir.

✅ Yetərsizlik duyğusu:
- Digər bir səbəb isə uşağa ətrafındaki insanlar tərəfindən güclü olmadığına dair hisslərin aşılanmasıdır. Zaman keçdikcə, uşaq da özünün kifayət qədər gücə sahib olmadığına inanır və həyatda seçimlər etməyən, seçimləri başqalarına buraxan və bununla da başqalarının seçimlərinə əsasən yaşadığına görə özünü incidilmiş hiss edir.

😊 AMMA bunu həll etmək mümkündür. Həll yolunun birinci addımı bu psixologiyada olduğunu qəbul etməkdir. Daha sonra yavaş-yavaş passiv mövqedən aktiv mövqeyə keçməyə səy göstərilməlidir. Özünə səhv etmək şansı verilməli, heç kəsin mükəmməl olmadığı, həyatının məsuliyyətini öz üstünə götürməli olduğu qəbul edilməlidir.

📍 Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi
📲 +994507167501

Travmadan qurtulmaq mümkündür?! 🤔🙅 Əvvəla, qeyd edək ki, məqsəd travmalardan qurtulmaq yox, onları anlamaq olmalıdır. Çü...
22/05/2022

Travmadan qurtulmaq mümkündür?! 🤔

🙅 Əvvəla, qeyd edək ki, məqsəd travmalardan qurtulmaq yox, onları anlamaq olmalıdır. Çünki, travmalardan sığortalanmamışıq. Psixologiyamızı sarsan hadisələr həmişə baş verib və verəcək.

☹️ Bu hadisələrlə necə mübarizə aparacağımızı bilməyəndə "travma" olaraq bizə həkk olunur. Travmaya səbəb olan hadisələr ilə qarşılaşdıqda heç savaşmır, sadəcə qaçırıq. Lakin, bir gün bir yara, bir xəstəlik, bir ölüm və bu kimi hallar sənə özünü xatırlatmaq və gerçəklə üzləşmək üçün qapı aralayır.

😇 Travmanı anlayaraq, kökünü, səbəblərini sorğulayaraq əsl özünü, zəif tərəflərini gün üzünə çıxara bilərsən. Travma, sonsuza qədər sənin çiynindəki yük deyil. Əgər onu görməzdən gəlməsən, sorğulasan, anlasan sənin bələdçin və uğurlu həyatının xəritəsi ola bilər.

📍 Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi
📲 +994507167501

Pasiyentlərin rahatlığını və həyat şəraitini düşünürük. İstəyinizə uyğun olaraq seanslara üz-üzə və ya onlayn qoşula bil...
21/05/2022

Pasiyentlərin rahatlığını və həyat şəraitini düşünürük. İstəyinizə uyğun olaraq seanslara üz-üzə və ya onlayn qoşula bilərsiniz. 😇

📍 Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi
📲 +994507167501

❓❓ AZAD olduğunuzu düşünürsünüz? 🚫 Heç bir sosial təzyiq hiss etmədən istədiyiniz kimi geyinə bilirsiniz? İstədiyiniz an...
20/05/2022

❓❓ AZAD olduğunuzu düşünürsünüz?

🚫 Heç bir sosial təzyiq hiss etmədən istədiyiniz kimi geyinə bilirsiniz? İstədiyiniz anda başaqalarının fikrinə etiraz edə bilirsiniz? Dəvət alıb getmək istəmədiyiniz yerə rahat şəkildə getməyəcəyinizi ifadə edirsiniz?

✅ Əgər cavabınız YOX-dursa, sizə bir xəbərimiz var! İnsanlara "YOX" deməyi bacarmırsınız. Bu da öz növbəsində onu göstərir ki, fərdi sərhədlərinizi qorumaqda çətinlik çəkirsiniz.

✅ Azadlıq, aydın və möhkəm sərhədlərə malik olmaq ilə başlayır. Yəni, “YOX” deyə bildiyiniz qədər azadlığınızı ifadə edirsiniz. Sərhədlərinizi düzgün çəkərək insanlarda geniş bir azadlıq və özünə inam təəssüratı yaradırsınız.

📍 Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi
📲 +994507167501

Address

Qəzənfər Musabəyov 4
Baku

Opening Hours

Monday 09:00 - 21:00

Telephone

+994507167501

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Mahmud Mustafa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloq Mahmud Mustafa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category