Dr.İlkin Göyüşov

Dr.İlkin Göyüşov Uroloq, onkoloq olararaq işləyirəm. Böyrək, prostat vəzi, sidik kisəsi və kişi reproduktiv orqanlarının xəstəliklərinin cərrahi müalicəsi ilə məşğulam.

- "Gün ərzində nə qədər maye mən qəbul etməliyəm?"- "Çay, kofe, kompot, meyvə şirəsi içmək maye qəbulu sayılır?"Tez-tez ...
27/02/2026

- "Gün ərzində nə qədər maye mən qəbul etməliyəm?"
- "Çay, kofe, kompot, meyvə şirəsi içmək maye qəbulu sayılır?"

Tez-tez bu suallarla və onlara verilən müxtəlif, bəzən də ziddiyətli cavablarla qarşılaşırıq.

Maye qəbulu bir çox cəhətdən vacibdir. Amma gəlin bu dəfə böyrəklər və sidik sistemi üçün maye qəbulunun əhəmiyyətindən danışaq:

1) Gün ərzində az maye qəbul etsək, bu böyrəklərdə və sidik sistemində maye dövranının azalmasına, dolayısı ilə də durğunluğa gətirib çıxaracaq. Durğunluq öz növbəsində sidiyin tərkibindəki mineralların çöküntü şəklində yığılıb qalmasına, sidik daşının yaranmasına gətirib çıxara bilər. Sistemin işləməsi üçün onu bol maye ilə təmin etməliyik.

2) Maye qəbulu dedikdə daha çox su içməyi nəzərdə tuturuq. Lakin çayı da bura aid edə bilərik. Qəhvə isə, diuritik effektə sahib olduğu üçün bədəndən mayenin ifraz olunmasını sürətləndirəcək və əslində orqanizmimiz "susuz" qalacaq. Ona görə də yaxşı olar ki, hər stəkan qəhvə üçün ən az bir stəkan da su içək. Şirələri isə, ümumiyyətlə qida kateqoriyasında saya bilərik, nəinki maye.

3) Maye qəbulunu gün ərzində yayaraq etməliyik. Yəni birdəfəyə 1-1,5 litr su içmək yerinə, arada bir 1 stəkan su içmək daha yaxşıdır. Oruc tutarkən buna əməl etmək çətinləşir. Gündüz maye qəbul edə bilmədiyimizə görə, axşam və gecə saatlarında ara-sıra maye qəbul edərək orqanizmin suya olan ehtiyacını ödəmək lazımdır.

Ramazan ayı və maye qəbulu haqqında ətraflı məlumat üçün bloq yazımı oxuyun (link stories-də), suallarınız yaranarsa qeyd edin.

23/02/2026

Erektil disfunksiya probleminin həlli yolu kimi, penil protezlər haqqında videoya gələn bəzi suallara cavab verdim:
- Penil protezlə həssaslıq əvvəlki kimi olur, yoxsa heç nə hiss olunmur?
- Penil protez cinsi həvəsi artırırmı?
- Penil protezlə cinsi əlaqə zamanı sperma ifraz olunurmu?

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Ramazan ayınız mübarək
19/02/2026

Ramazan ayınız mübarək

16/02/2026

Son dövrlər gecikmiş halda aşkarlanan, artıq metastas vermiş prostat xərçəngi ilə müraciət edən pasiyentlərimin çox oldu. Ona görə də qərara gəldim ki, bu mövzu haqqında əsas məqamları bölüşüm.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Plasebo effekti xarici görünüşü və dadı dərmanı xatırladan, amma dərman olmayan bir maddəni (plasebonu) qəbul edərkən or...
15/02/2026

Plasebo effekti xarici görünüşü və dadı dərmanı xatırladan, amma dərman olmayan bir maddəni (plasebonu) qəbul edərkən orqanizmdə müalicə effekti əldə olunmasına deyilir.

10/02/2026

Какие симптомы у рака почки? Как его лечить?

Я предоставил информацию о раке почки. Если у вас есть вопросы по этой теме, вы можете оставить их в комментариях.

#ДокторИлькинГеюшов #Уролог #онколог #РакПочки

Dünya Xərçəng Günü hər il 4 fevral tarixində xərçənglə mübarizə barədə məlumatlılığın artırılması məqsədilə qeyd olunur....
04/02/2026

Dünya Xərçəng Günü hər il 4 fevral tarixində xərçənglə mübarizə barədə məlumatlılığın artırılması məqsədilə qeyd olunur.

Dünya Xərçəng Günü çərçivəsində hər il müxtəlif mövzularda informasiya kampaniyaları təşkil edilir. Bu ilki mövzu "Unikallıqla birləşdirilmiş" sloqanı ilə təqdim olunur. Məqsəd insanı diqqət mərkəzinə yerləşdirmək və onların hekayələrini gündəmə çevirməkdir.

03/02/2026

Sərtləşmə problemi yaşayan bəzi pasiyentlərdə dərmanla müalicə fayda vermir və bu zaman penil protezlərdən istifadə etməli oluruq.

Bu videoda penil protezlər haqqında məlumat verdim. Videoya baxın, suallarınız varsa, qeyd edin.

Multiparametrik MRT bir orqanın, xüsusən də prostat vəzin daha detallı və funksional məlumatlarını əldə etmək üçün bir n...
27/01/2026

Multiparametrik MRT bir orqanın, xüsusən də prostat vəzin daha detallı və funksional məlumatlarını əldə etmək üçün bir neçə ayrı MRT texnikasını birləşdirən qabaqcıl bir görüntüləmə metodudur.
Multiparametrik MRT ilə toxumanın quruluşu, hüceyrə sıxlığını və qan təchizatı analiz edilir. Nəticədə daha dəqiq diaqnostika ilə orqanda xərçəng varsa, yerini müəyyənləşdirmək mümkün olur və biopsiyaların qarşısını almaq olur.

24/01/2026

Cinsi zəifliklə bağlı hər hansı problem yaşayan kişilər çox vaxt bunu gizlədir, vaxtında həll yolu axtarmır. Yəqin ki, bunun səbəbi təkcə özündə problem olduğunu düşünməsi və cəmiyyətdə 70% kişidə bu kimi müxtəlif problemlərin olduğunu bilməməsidir. Ona görə də kişilərin bu sahədə məlumat sahibi olması, maariflənməsi vacibdir. Ən azından hər bir kişinin öz orqanizmində gedən fizioloji proseslər barədə məlumatlı olması problemlərin daha effektiv həll olunmasına kömək edərdi.

Videoya baxın, suallarınız yaranarsa qeyd edin.

Qəhrəman şəhidlərimizi unutmarıq!
19/01/2026

Qəhrəman şəhidlərimizi unutmarıq!

16/01/2026

Erektil disfunksiyadan danışarkən yaşlı və gənc insanlar deyə iki ayrı qrupa ayırmışdıq. 40 yaşdan yuxarı insanlarda adətən orqanik - hər hansı bir xəstəliyə bağlı sərtləşmə problemi yaşandığını, gənclərdə isə bu halın daha çox psixoloji olduğunu qeyd etmək olar.

Videoya baxın, suallarınız yaranarsa qeyd edin.

Address

Tbilisi Prospekti, 147
Baku
1122

Opening Hours

Monday 10:00 - 16:00
Tuesday 10:00 - 16:00
Wednesday 10:00 - 16:00
Thursday 10:00 - 16:00
Friday 10:00 - 16:00
Saturday 10:00 - 16:00

Telephone

+994708105551

Alerts

Be the first to know and let us send you an email when Dr.İlkin Göyüşov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category