27/04/2026
Ərşad Əzimzadə
DURNA BULAĞI
romandan parça
-Axşamınız xeyir, “Dünyamız hara gedir” verilişinin çox dəyərli izləyiciləri. Dünən, yəni, 25 aprel 2026-cı il tarixdə, şənbə günü Qəbələdə baş verən bir hadisə məni məcbur etdi ki, təcili qarşınıza çıxım. Üstəlik, bu istirahət günü dəyərli şərhçimiz, akademik Fərhad Cəlalzadənin də istirahətini pozum. – Aparıcı üzünü verilişin qonağına tutdu. Kamera iri planla alimi göstərdi.-Xoş gördük, Fərgad müəllim. Dəvətimizi qəbul edib, bu istirahət günü studiyamıza gəldiyiniz üçün, siə öz adımdan və sizi sevən izləyicilər adından təşəkkür edirəm. Haqqında danışdığım hadisə, yəni, dünən Qəbələdə baş tutan Əliyev–Zelenski görüşü həm ölkəmizdə, həm də onun dişarında geniş əks-səda doğurdu. Bunu nə ilə izah etmək olar?
-Məsələyə səthi yanaşsaq, liderlərin nüfuzu günbəgün artan Azərbaycana tez-tez gəlməsini və Bakının tez-tez yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsini nəzərə alsaq, Qəbələ görüşü sıradan bir hadisədir. Deyə bilərlər: “Burda qeyri-adi nə var? İki dost ölkənin lideri görüşdü, yığılıb qalmış problemləri müzakirə elədi, jurnalistlərin qarşısına çıxdı, bir loxma çörək yedi, qucaqlaşıb ayrıldı”. Amma dünya cəhənnəmin qır qazanı kimi qaynadığı bu gərgin zamanda, ölkəsində qanlı müharibə gedən Ukraina prezidentinin Azərbaycana səfər etməsi, bizim prezidentin onu belə isti qarşılaması, ən başlıcası isə, onların imza atdığı sənədin vacibliyi çox böyük tarixi hadisədir. Məlumdur ki, bizim prezidentin xarici siyasətində, fürsət düşən kimi, müxtəlif ölkələrin başçıları ilə görüşmək, bəzən, beynəlxalq tədbirlərdə ayaqüstü beş-altı kəlmə kəsmək çox mühüm yer tutur. Son 4 ildə Zelenski ilə 7 dəfə görüşüb. Lakin bu görüşlər xarici ölkələrdə, beynəlxalq tədbirlərdə baş verib. Həm də İşqalçı Rusiya imperiyasının təcavüzünə məruz qalan Ukrainanın prezidenti müharibə başlanandan sora ilk dəfədir ki, ölkəmizə gəlir. Özü də böyük heyətlə. Mən istəyirəm hörmətli izləyicilərin diqqətini bu görüşlə bağlı iki vacib məqama şəkəm. – Şərhçi icazə istəyirmiş kimi, aparıcı gəncin üzünə baxdı.
-Buyurun.
-Fikir verin, İşqalçı dövlətin başçısı, siçan kimi, bunkerdə gizləndiyi bir vaxtda, təcavüzə məruz qalan Ukrainanın prezidenti, Avropanı, başına İran dronları və raketləri yağan ərəb ölkələrini gəzir, danışıqlar aparır, ölkəsi üçün əlverişli sazişlər bağlayır. Bir vaxtlar Sovet hökumətinin ən güclü mühəndis mərkəzi olan Ukraina son 4 ildə dron və raket istehsalını elə səviyyəyə qaldırıb, Rusiyanın buraxdəğı deronları və raketləri zərərsizləşdirmək sahəsində elə təcrübə qazanıb ki, indi İran təcavüzü ilə üzbəüz qalan Ərəb ölkələri onu köməyə çağırır. ehtiyac duyur. Ukraina hərbiçiləri və dronları, Amerikanın müdafiə edə bilmədiyi, ərəbb ölkələrinin səmasını qoruyur.
-Hətta, Pentaqon özü də Ukrainadan dron almaq istəyir.
-Bəli. Ona görə ki, Amerika dronları yüz qat baha olduğu halda, onların müdafiə qabliyyəti qat-qat aşağıdır. Tramp təzəcə taxta çıxanda, birincilər sırasında, Zelenskini qəbul etdi. Hamı sevindi. Elə bildik, müharibəni tez bir zamanda, ədalətli şəkildə həll edəcək. Sən demə, yardıma möhtac olan ölkənin başçısını təhqir etmək, alçatmaq, təslimçilik aktına qol çəkdirmək üçün çağırıbmış. Arqumenti də bu oldu ki, “sənin kozurun yoxdur”. Zelenski bərk sarsıldı., amma diz çökmədi. Üzünü Avropaya tutdu. Bu gün Ukrainanın əlində güclü kozur var. Ukraina dronları Peterburqu, Moskvanı vurur. Putin daha dərin qatlarda gizlənmək zorunda qalıb. 9 may qələbə paradı keçirməyə də cürət etmir. O günü bolşevik Züqanov dumada çıxış edərkən dedi ki, belə getsə, Rusiyanı 1917-ci ildə baş verən hadisə gözləyir. Yəni ki, inqilab olacaq.
-Ətalət basmış sərxoş Rusiyada inqilab nə rərəcədə realdır?
-İnqilab olmasa da, saray çevrilişi baş verə bilər. İndi isə keçək ikinci məqama. Cəmisi altı il bundan qabaq Moskva bizimlə diktə dilində danışırdı. Kremlin törətdiyi hoqqaları udmaq zorunda qalmışdıq. Prezidentimiz dövləti, müstəqilliyi qorumaq naminə, Putin kimi qaniçəni qucaqlamalı, tərifləməli olurdu. Çarəmiz yox idi. Hamımız, elə mən özüm də, - kimimiz aşkarda, kimimiz pünhanda, - İlham Əliyevi qınayırdıq ki, faşistin qabağında əyilir. İndi aydın oldu ki, prezident siyasətdə ən çətin vəzifə və ən böyük uğur sayılan bir problemi həll edirmiş – düşməni “dosta” çevirmək problemini.Bu gün dünyanın ən güclü diplomatı və siyasi xadimi sayılan Əliyev 30 il işqal altında qalan torpaqlarımızı ona görə azad edə və süverenliyimizi 200 ildən sonra qaytara bildi ki, Rusiya kimi güclü düşməni neytrallaşdıra və “Qarabağ kartını” onun əlindən ala bildi. Əliyevi istəmiyənlər deyirdilər ki, rus hərbi kontingenti Qarabğa həmişəlik gəlib, çıxmayacaq ordan. Çıxdı. Özü də vaxtından iki il qabaq. Özxoşuna çıxmadı, Türkiyə - Azərbaycan qardaşlığı çıxartdı onu. Rus həqiqətən həmişəlik gəlmişdi. Yuxarı Qarabağdakı ermənilərə rus pasportu paylayırdı, onlar üçün kilsələr, xəstəxanalar, məktəblər tikirdi, rus sərkərdələrinin, müsəlmanları qanına qəltan edən erməni cəlladlarının heykəlini ucaldırdı ucaldırd. Bir sözlə, özünü torpağın sahibi kimi aparırdı. Ağıllı prezidentimiz əvvəlcə ona nail oldu ki, ermənilər Qarabağdan özxoşuna köçüb getdi. Bununla da Kreml əlindəki güclü təziq alətini itirdi və torpağımızı tərk etdi. Bu da imperiya ambisiyaları ilə yaşayan Ptinin kefinə dəydi. Üstəlik, rəsmi Bakı daha Moskvanın diktələrini qəbul etmədi, açıq şəkildə müstəqil siyasət yürütdü, Azərbaycan “Turan” hərəkatının vuran ürəyinə çevrildi. Bir mənalı bəyan etdi ki, Ukrainanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir. Təcavüzə məruz qalmış dost ölkəsinə, mkanı daxilində, yardım etdi. Bu tərəfdən də, Rusiyanın da daxil olduğu, Minsk qrupu həmsədrlərinin üzünə qırmızı dedi ki, boş və səmərəsiz gəlib-getməyin mənası yoxdur, sizin xidmətinizə ehtiyac yoxdur, iki qonşu özü düyünü çözür. Faktiki olaraq üç nəhəng dövlətin – Amerikanın, Fransanın və Rusiyabnın nümayəndələrini qapısından qovdu, bu dövlətlərin üzünə tüpürtdü. Putin zahirdə o tüpürcəyi yalamalı oldu. Amma batində bizə dərin nifrət bəslədi. Üzdə Azərbaycana “dost ölkə”, onun prezidentinə “dostum” desə də, əlindəki zəhərli bıçağı hər an dəstəyinəcən kürəyimizə saplamağa hazır idi. Hikkədən “Sokarın” Ukrainadakı qurğularını vurdu, səfirliyimizi nişan aldı. Rəsmi Bakı geri addım atmadı. Ölkəmizin beynəlxalq arenada nüfuzu günbəgün artdı. Rusiya isə izqoy ölkəyə çevrildi. Beynəlxalq məhkəmə onun lideri haqqında həbs orderi imzaladı. Kinli Putinin içindəki intiqam hissi daha da gücləndi. Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında rus əskəri tərəfindən rus silahı ilə vurulması Rusiyanın bizə bəslədiyi kin-küdurətin təzahüri və “cızığından çıxmış” İlham Əliyevə xəbərdarlıq idi. Əliyev bunu elə bu cür də qiymətləndirdi və çox sərt mövqe nümayiş etdirdi.
(ardı sabah)