
PhD Uzm. Dr. Ulviyye Mammadova
- Home
- PhD Uzm. Dr. Ulviyye Mammadova
Üz-çənə cərrahı və implantoloq. Türkiyənin Qazi Universitetində uzmanlıq təhsili almışdır. Hal-hazırda Modern Hospital klinikasında işləyir.
Address
Opening Hours
Monday | 09:00 - 16:00 |
Tuesday | 09:00 - 16:00 |
Wednesday | 09:00 - 16:00 |
Thursday | 09:00 - 16:00 |
Friday | 09:00 - 16:00 |
Saturday | 09:00 - 14:00 |
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when PhD Uzm. Dr. Ulviyye Mammadova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Shortcuts
- Address
- Telephone
- Opening Hours
- Alerts
- Claim ownership or report listing
-
Want your practice to be the top-listed Clinic?
Our Story
Dr. Ülviyyə Məmmədova Ağız, diş, çənə xəstəlikləri və cərrahiyyəsi uzmanı — 2005-ci ildə Kimya-biologiya təmayüllü respublika liseyini bitirərək Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur. — 2010-cu ildə Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək Qazi Universitetinin Diş Həkimliyi fakültəsinin Ağız, Diş, Çənə Xəstəlikləri və Cərrahiyyəsi kafedrasında uzmanlıq təhsilinə başlamışdır. — 2012-ci ildə Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasında 9 ay davam edən Anesteziologiya, Təcili Tibbi Yardım, Qulaq-Boğaz-Burun, Ümumi Cərrahiyyə, Plastik Cərrahiyyə kafedralarında rotasiyalı təhsilini tamamlamışdır. — 2013-cü ildə İsveçrənin Bazel şəhərində prof. Daniel Buserin rəhbərliyi altında estetik bölgələrdə dental implant cərrahiyyəsi üzrə praktiki təcrübə keçmişdir. — 2015-ci ildə ABŞ-ın Portland şəhərində Emanuel Legacy və Providence klinikalarında prof. Erik Dierksin rəhbərliyi altında üz-çənə nahiyəsinin travmaları, gicgah-çənə oynağının xəstəlikləri və cərrahiyyəsi sahəsində elmi-praktiki təcrübə keçərək fəxri diplomla təltif olunmuşdur. — 2015-ci ilin iyul ayında Qazi Universitetində doktorantura təhsilini tamamlayaraq Ağız, Diş, Çənə Xəstəlikləri və Cərrahiyyəsi sahəsində PhD Uzman Doktor dərəcəsini almışdır.
— 2017-ci ilin avqust ayında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənmişdir. Onlarla elmi konfranslara qatılmış, təqdimatlarla çıxış etmişdir. Onlarla elmi məqalənin müəllifidir. ‘’Dental İmplant Cerrahisinde Preoperatif ve Postoperatif Anksiyete Durumunun Değerlendirilməsi’’ adlı elmi işin müəllifidir. “Gömülü mandibular 3. molar cerrahisi sonrası sinir yaralanmaları insidansının değerlendirilmesi” adlı layihənin müəllifidir. American Association of Oral and Maxillofacial Surgeons (AAOMS), European Association for Cranio-Maxillofacial Surgery (EACMFS), Türk Oral və Maksillofasiyal Cerrahi Derneği, Ağız ve Çene-Yüz Cerrahisi Birliyi Derneği, Türk Oral İmplantoloji Derneği və Osseointegrasyon Derneğinin üzvüdür. DENTAL İMPLANTOLOGİYA, AĞIZ, DİŞ VƏ ÇƏNƏ CƏRRAHİYYƏSİ, AĞIZDAXİLİ SÜMÜK KÖÇÜRMƏ ƏMƏLİYYATLARI, QALÇA SÜMÜYÜNDƏN (İLİAK SÜMÜYÜ) ALINMIŞ QREFTLƏRLƏ SÜMÜK TRANSPLANTASİYASI, ORTOQNATİK CƏRRAHİYYƏ, GİCGAH-ÇƏNƏ OYNAĞININ XƏSTƏLİKLƏRİ VƏ CƏRRAHİYYƏSI, ÜZ-ÇƏNƏ TRAVMALARININ AÇIQ VƏ QAPALI METODLARLA MÜALICƏSİ İLƏ MƏŞĞULDUR. Hal-hazırda Mərkəzi Gömrük Hospitalında işləyir.