MODERN HOSPITAL

MODERN HOSPITAL http://modernhospital.az/ Poliklinika şöbəsində cərrahi və terapevtik olmaqla əsas kliniki xidmət sahələri fəaliyyət göstərir : 1. ginekologiya, 2. pediatriya, 3.

urologiya və andrologiya, 4. nevrologiya, 5. oftalmologiya, 6. otolorinolarinqologiya, 7. qastroenterologiya, 8. kardiologiya, 9. koloproktologiya, 10. endokrinologiya, 11. mammologiya, 12. dermatologiya, 13. allerqologiya,14. kliniki virusologiya, 15. pediatriya). Fizioterapiya, zərbə-dalğalı terapiya, instrumental diaqnostika və kliniki laboratoriya da poliklinik şöbəyə aid edilir. Eyni zamanda poliklinik şöbənin göstərdiyi xidmət sahələrinə təcili tibbi yardım xidməti də aiddir.

İnstrumental diaqnostika bölməsi ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Diaqnostik aparatlar həm ambulator, həm də stasionar şəraitdə xəstələrə xidmət göstərməyə imkan verir. Təcili tibbi yardım şöbəsi mobil inhalyasion narkoz aparatları, xəstənin ürək-damar, tənəffüs sisteminə nəzarət etmək üçün mobil monitor sistemləri və qanın oksigenasiyasını təyin etmək üçün xüsusi tibbi avadanlıqla təchiz edilmişdir. Xəstələrin daşınmasını həyata keçirmək üçün ən müasir avadanlıqlarla təmin edilmiş təcili tibbi yardım maşınları fəaliyyət göstərir. Klinikanın 3 cü mərtəbəsində yerləşən stasionar şöbəsi əməliyyatdan sonrakı xəstələrlə yanaşı, müxtəlif terapevtik xəstəliklərin, o cümlədən bəzi mürəkkəb diaqnostik müdaxiləyə uğrayan xəstələrin müalicəsi və bir sıra tibbi manipulyasiyaların aparılması üçün bütün imkanlara malikdir. Stasionar şöbəsində hər cür komfort şəraitə malik iki nəfərlik VİP və üç nəfərlik palatalar yerləşir. Hər bir palata ayrıca sanitar qovşağa və duş kabinəsinə malikdir. 500 kanallı sputnik televiziya, tam havalandırma sistemi, kondisioner, klinikadaxili və şəhərə çıxışı olan telefon əlaqələri, növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlar xəstənin özünü tam rahat hiss etməsinə zəmin yaradır. Dördüncü mərtəbədə əməliyyat blokları, anestezioloji bölmə, reanimasiya və intensiv terapiya şöbəsi yerləşir.

Əməliyyat bloku 4 əməliyyatxanadan, alətlərin sterilizasiyası bloku və tibb işçilərinin işə hazırlıq otağından (paltarların dəyişdirilməsi, duş kabinəsi) təşkil olunmuşdur. Beləliklə əməliyyat bloku digər şöbələrdən demək olar ki, tam izolyasiya olunmuşdur, bu isə xəstəxanadaxili infeksiyaların yayılma dərəcəsinin minimuma enməsinə səbəb olmuşdur. Dörd əməliyyatxanadan üçü endoskopik tibbi avadanlıqlar istehsalı sahəsində dünya lideri sayılan “KARL STORZ” firmasına məxsus aparatlar ilə təchiz olunmuşdur. Bu avadanlıqlar cərrahiyyə, ginekologiya, artrologiya, travmatologiya, urologiya, döş qəfəsi cərrahiyyəsi sahəsində istənilən diaqnostik və operativ müdaxilələri həyata keçirməyə imkan verir. Əməliyyat blokunun tabeliyində anestezioloji xidmət fəaliyyət göstərir. Tibbin ən son yeniliklərini özündə cəmləşdirən avadanlıqlar nəinki əməliyyat zamanı həkimlərin rahat şəraitdə işləməsini təmin edir, eyni zamanda paralel fasiləsiz olaraq xəstənin əsas həyati funksiyalarını nəzarətdə saxlamağa imkan verir. Reanimasiya və intensiv terapiya şöbəsi 8 çarpayı üçün nəzərdə tutulmuşdur. Şöbə ürək-damar, tənəffüs sisteminin fəaliyyətini tam olaraq nəzarətdə saxlamağa imkan verən monitor sistemləri, intellektual destekli respiratorlarla təchiz edilmişdir.Eyni zamanda qanın qaz tərkibini təyin etmək üçün xüsusi avadanlıqdan istifadə olunur. Şöbə sutka ərzində tam olaraq fəaliyyət göstərir. Klinikanın laboratoriya şöbəsində geniş spektrli kliniki müayinələr aparılır. Qanın ümumi müayinəsi tam avtomat rejimdə işləyən Beckman Coulter (ABŞ) hematoloji analizatorunda aparılır. Müayinəyə hemoqlobin, hematokrit, eritrosit, leykosit, trombosit də daxil olmaqla qanın 20-yə yaxın göstəricisi daxildir. Qanın hər bir parametrini ayrılıqda təyin edərək dinamikanı izləmək mümkündür. Eyni zamanda laboratoriyada periferik qandan götürülmüş yaxmanın mikroskopiyası həyata keçirilir. Retikulositlər təyin edilir. Immunohematoloji müayinələr – qan qrupu və rezus faktorun təyini, qanın ABO sistemi üzrə uyğunluq reaksiyası (Minor və Major Cross Match), Kumbs reaksiyası və s. aparılır. Qanın laxtalanma faktorları – laxtalanma vaxtı, trombin və protrombin vaxtı və protrombin indeksi, fibrinogen, İNR, APTT və s. avtomatik fotometriya metodu vasitəsilə təyin edilir. Sidiyin ümumi analizi Yaponiyanın ARKRAY firmasının istehsalı olan avtomatik analizatorda aparılır. Burada sidiyin fiziki və biokimyəvi göstəriciləri ilə bərabər sidik çöküntüsünün mikroskopik müayinəsi də aparılır. Helmintozların və bağırsaq protozoylarının, mədə-bağırsaq traktında həzm və sorulma proseslərinin pozğunluqlarının dəqiq təyini üçün koproloji müayinələr aparılır. Uroginekoloji və androloji müayinələrdə geniş istifadə olunan urogenital, prostat vəzi şirəsindən hazırlanmış yaxmaların mikroskopiyası, Kursrok-Miller və Şuvarski sınaqları, spermoqramma, spermada fruktozanın təyini, qanda və spermada antispermal antitellərin təyini və s. müayinələr həyata keçirilir. Sidiyin, nəcisin, bəlğəmin, urogenital və prostat vəzi şirəsindən alınmış yaxmaların, qanın və s. bioloji möhtəviyyatların əkilməsi və 20 –dən artıq antibiotikə qarşı həssaslığının təyin edilməsi mikrobioloji laboratoriyanın əsasını təşkil edir. Bundan əlavə udlaqdan alınmış yaxmada streptokokk A-nın, vaginal yaxmada streptokokk B-in ekspress təyini də aparılır. Klinikamızda sanitar – epidimioloji xidmət adlı bir şöbə də mövcuddur ki, bu da geniş profilli aktiv funksional fəaliyyətli Klinika üçün çox vacibdir.Daimi olaraq klinikanın sanitar-epidimioloji rejimini nəzarətdə saxlamaq bu xidmətin əsas funksiyasıdır. Eyni zamanda requlyar olaraq Klinikanın hər bir işçisi də sağlamlıq kontrollarından keçirlər. Klinikanın enerji təchizatı da bütün standartlara uyğun şəkildə qurulmuşdur. Daimi olaraq elektrik cərəyanının gərginliyini stabilizə edən sistem – UPS qurulmuşdur. Hər hansı bir problem baş verdikdə isə avtomatik olaraq generatorlar işə salınır. Daimi su təchizatı ilə yanaşı, rezerv olaraq çox tonlu rezerv çənlərdən də ehtiyac yarandığı hallarda istifadə edilir. Təhlükəsizlik xidməti 24 saat ərzində Klinikanın təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Son zamanlarda artmaqda olan virus  xəstəliyindən ən çox əziyyət  çəkən azyaşlılar olur.Bəs uşaqları bu xəstəliklərdən q...
26/01/2026

Son zamanlarda artmaqda olan virus  xəstəliyindən ən çox əziyyət  çəkən azyaşlılar olur.
Bəs uşaqları bu xəstəliklərdən qorumaq üçün nələeə diqqət etməliyik?
-Vitamin C ilə zəngin qidalar
Portağal, naringi, limon, kivi, qarağat kimi təbii meyvələr immun sistemini gücləndirməyə kömək edir.
-Vitamin D səviyyəsinin nəzarətdə saxlanılması
Günəş işığı və həkim məsləhəti ilə qəbul edilən vitamin D uşaqların müdafiə sistemində mühüm rol oynayır.
-Balanslı qidalanma
Tərəvəz, meyvə, zülal və təbii qidalar uşağın orqanizmini viruslara qarşı daha davamlı edir.

Больше всего от вирусных заболеваний, число которых в последнее время растет, страдают дети.
На что же следует обратить внимание, чтобы защитить детей от этих болезней?
- Продукты, богатые витамином С
Натуральные фрукты, такие как апельсины, мандарины, лимоны, киви и смородина, помогают укрепить иммунную систему.
- Контроль уровня витамина D
Витамин D, принимаемый под солнечными лучами и по рекомендации врача, играет важную роль в защитной системе ребенка.
- Сбалансированное питание
Овощи, фрукты, белки и натуральные продукты делают организм ребенка более устойчивым к вирусам.

Ətraflı məlumat üçün:
📞 (012) 949
📲(070) 295-09-49

 

Qalxanabənzər vəzi hormon balansına cavabdeh olan vacib orqandır. Onun fəaliyyətində yaranan pozuntular çəki dəyişiklikl...
23/01/2026

Qalxanabənzər vəzi hormon balansına cavabdeh olan vacib orqandır. Onun fəaliyyətində yaranan pozuntular çəki dəyişiklikləri, yorğunluq, ürəkdöyünmə, əsəbilik və diqqət problemləri ilə özünü göstərə bilər. Vaxtında diaqnoz və düzgün müalicə sağlam həyat keyfiyyətinin qorunmasında mühüm rol oynayır.
Endokrinoloq həkim Nərgiz  Məmmədovanın qəbulunda olaraq dəqiq diaqnoz və düzgün müayinə ilə xəstəliklərin dərinləşməsinin qarşısını alın sağlam həyata qovuşun.

Щитовидная железа  важный орган, отвечающий за гормональный баланс. Нарушения в её работе могут проявляться в виде изменений веса, усталости, учащенного сердцебиения, раздражительности и проблем с вниманием. Своевременная диагностика и правильное лечение играют важную роль в поддержании здорового качества жизни.
Обратитесь к эндокринологу доктору Наргиз Маммадовой, чтобы предотвратить развитие заболеваний и достичь здоровой жизни благодаря точной диагностике и правильному обследованию.

Ətraflı məlumat üçün:
📞 (012) 949
📲(070) 295-09-49

 

☀️1. Günəş şüaları (UV)Günəşdən qoruyucu krem istifadə etməməkUzun müddət birbaşa günəş altında qalmaqBu zaman melanin a...
21/01/2026

☀️1. Günəş şüaları (UV)
Günəşdən qoruyucu krem istifadə etməmək
Uzun müddət birbaşa günəş altında qalmaq
Bu zaman melanin artdığı üçün tünd ləkələr yaranır (xüsusilə yanaq və alın nahiyəsində).
🧬 2. Hormonal dəyişikliklər
Yeniyetməlik dövrü
Stress
Bəzi dərmanlar
Hormonal balans pozulduqda melazma tipli ləkələr əmələ gələ bilər.
3. Sızanaq və yaralardan sonra
Sızanaqları sıxmaq
Dərinin zədələnməsi
Sağaldıqdan sonra post-akne ləkələri qalır.

☀️1. Солнечные лучи (УФ) Неиспользование солнцезащитного крема Длительное пребывание на прямом солнечном свете Из-за увеличения количества меланина появляются темные пятна (особенно на щеках и лбу).
🧬 2. Гормональные изменения Подростковый возраст Стресс Некоторые лекарства Пятна мелазмы могут появляться при нарушении гормонального баланса.
3. После угревой сыпи и рубцы Выдавливание прыщей Повреждение кожи После заживления пятна после угревой сыпи остаются.

📞(012) 949
(070)-295 09 49

20 Yanvar günü tarixə şəhidlərimizin qanı ilə yazıldı!Qəhrəmanlarımızın fədakarlığı və azadlıq eşqi ilə müstəqilliyimizi...
19/01/2026

20 Yanvar günü tarixə şəhidlərimizin qanı ilə yazıldı!
Qəhrəmanlarımızın fədakarlığı və azadlıq eşqi ilə müstəqilliyimizin təməli qoyuldu.Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik!

Polineyropatiya çoxsaylı sinirlərin zədələnməsi ilə müşahidə olunan xəstəlikdir. Əsas əlamətləri:-Əldə, ayaqda uyuşma, y...
19/01/2026

Polineyropatiya çoxsaylı sinirlərin zədələnməsi ilə müşahidə olunan xəstəlikdir. Əsas əlamətləri:
-Əldə, ayaqda uyuşma, yanma hissi, ağrı
-Qollarda, ayaqlarda gücsüzlük
-Müvafiq nahiyədə, əzələlərdə zəifləmə, dəridə tüklərin tökülməsi
-Daha ağırlaşmış halda müvafiq nahiyədə yaraların ortaya çıxması

Полинейропатия  это заболевание, при котором наблюдается поражение нескольких нервов.
Основные симптомы:
— Онемение, жжение, боль в руках и ногах;
— Слабость в руках и ногах;
— Слабость мышц в пораженной области, выпадение волос на коже;
— В более тяжелых случаях
— появление ран в пораженной области.

📞 (012) 949
📲(070) 295-09-49

 

Cəmi bir neçə dəqiqə müddətində baş verən panik atak bitdikdən sonra pasiyentlərdə saatlarla yorğunluq, halsızlıq və ürə...
16/01/2026

Cəmi bir neçə dəqiqə müddətində baş verən panik atak bitdikdən sonra pasiyentlərdə saatlarla yorğunluq, halsızlıq və ürəkbulanma kimi hallar baş verə bilər.Bunun səbəbi isə panik atak zamanı əzələlərdə baş verən spazm, gərginlik və ürək döyüntüsünün əhəmiyyətli dərəcədə artmasıdır.
Bu kimi halların şahidi olursunuzsa həkim müayinəsi mütləq lazımdır.

После панической атаки, которая длится всего несколько минут, пациенты могут испытывать усталость, слабость и тошноту в течение нескольких часов. Причиной этого является значительное усиление мышечных спазмов, напряжения и частоты сердечных сокращений, которые происходят во время панической атаки.
Если вы стали свидетелем подобных ситуаций, обязательно необходимо обратиться к врачу.

📞 (012) 949
📲(070) 295-09-49

 

Ağrı və gərginlik həyat tempinizi yavaşlatmasın. Modern Hospitalın öz sahəsində peşəkar olan Fizioterapevtləri sizin üçü...
14/01/2026

Ağrı və gərginlik həyat tempinizi yavaşlatmasın. Modern Hospitalın öz sahəsində peşəkar olan Fizioterapevtləri sizin üçün uyğun terapiya ilə rahatlığınızı bərpa etməyə hazırdır.

Не позволяйте боли и напряжению замедлить ваш ритм жизни. Физиотерапевты Modern Hospital, настоящие профессионалы своего дела, готовы вернуть вам комфорт, подобрав подходящую именно вам терапию.

📞 (012) 949
📲(070) 295-09-49

#Физиотерапия

Taxikardiya ürək döyüntüsünün dəqiqədə 180–240 zərbə vurması ilə müşahidə olunur. Aritmiyanın tiplərindən biri sayılır T...
05/01/2026

Taxikardiya ürək döyüntüsünün dəqiqədə 180–240 zərbə vurması ilə müşahidə olunur. Aritmiyanın tiplərindən biri sayılır Taxikardiya ürək xəstəliyi deyil ürək xəstəliyinin simptomu olaraq qəbul edilir.
Ürəklə bağlı şikayətiniz varsa gecikdirmədən düzgün diaqnoz qoyulmalı və müalicəyə başlanılmalıdır.Bunun üçün isə Modern Hospital olaraq peşəkar Kardioloqlarımız ilə xidmətinizdəyik. 🫀

Тахикардия наблюдается при частоте сердечных сокращений 180–240 ударов в минуту. Это один из видов аритмии. Тахикардия это не заболевание сердца, а его симптом. Тахикардия не всегда может быть признаком заболевания сердца.
Если у вас есть жалобы на проблемы с сердцем, необходимо поставить правильный диагноз и незамедлительно начать лечение. В этом вам помогут наши профессиональные кардиологи из Modern Hospital. 🫀

📞 (012) 949
📲(070) 295-09-49

Düzgün qidalanmamaq insan sağlamlığı üçün çoxlu sayda xəstəliklərin yaranma riskini artırır.Artıq çəki, qaraciyər piylən...
05/01/2026

Düzgün qidalanmamaq insan sağlamlığı üçün çoxlu sayda xəstəliklərin yaranma riskini artırır.
Artıq çəki, qaraciyər piylənməsi və s kimi gündəlik həyata birbaşa təsir edən problemlərdən qurtulmaq üçün peşəkar həkim Dietoloqumuzun qəbuluna yazıla bilərsiniz.

Неправильное питание увеличивает риск развития многих заболеваний.
Вы можете записаться на приём к нашему профессиональному диетологу, чтобы избавиться от проблем, которые напрямую влияют на вашу повседневную жизнь, таких как избыточный вес, ожирение печени и т. д.

📞 (012) 949
📲(070) 295-09-49

 

Qeyd olunan xəstəliklərdən əziyyət çəkirsinizsə və cərrahi əməliyyata alternativ müalicə üsulu axtarırsınızssabu kampani...
02/01/2026

Qeyd olunan xəstəliklərdən əziyyət çəkirsinizsə və cərrahi əməliyyata alternativ müalicə üsulu axtarırsınızssa
bu kampaniya tam sizə görədir.
1-31 yanvar tarixlərində Spineliner mərkəzimizə müraciət edən hər kəsə həkim müayinəsi ödənişsiz, bütün xidmətlərə isə 25% güzəşt tətbiq olunacaq.

Если вы страдаете от вышеперечисленных заболеваний и ищете альтернативный метод лечения вместо хирургического вмешательства, эта акция для вас. С 1 по 31 января каждый, кто обратится в наш центр Spineliner, получит бесплатный медицинский осмотр и скидку 25% на все услуги.

📞 012 (949)
📲 (070) 295-09-49

Modern Hospital kollektivi olaraq hər il olduğu kimi, 2025-ci ili də gözəl aurada, həmrəy, mehriban ailə, səmimi dostluq...
29/12/2025

Modern Hospital kollektivi olaraq hər il olduğu kimi, 2025-ci ili də gözəl aurada, həmrəy, mehriban ailə, səmimi dostluqlarla zəngin pozitiv notlar ilə başa vurduq. 2026-ci ildə hər kəsə ilk öncə sağlamlıq, xoşbəxt və sevincli günlərlə zəngin, 365 günün tamamını xoş xatırlayacağınız ömür arzulayırıq!🎄✨

BMİ>30 və ya bel ətrafında artım(kişilərdə 102 cm, qadınlarda 89 cm)-Fiziki simptomlar-Nəfəs darlığı,yorğunluq, sürətli ...
26/12/2025

BMİ>30 və ya bel ətrafında artım(kişilərdə 102 cm, qadınlarda 89 cm)
-Fiziki simptomlar-Nəfəs darlığı,yorğunluq, sürətli tərləmə
-Metabolik pozuntular-yüksək qan təzyiqi, şəkər, xolestrin, qaraciyər problemləri
Müalicə metodu
Kalori səviyyəsinə nəzarət
Bariatrik əməliyyat.
Modern Hospitalda obezlikdən azad olmaq və sağlam həyata qovuşmaq üçün müraciət edə bilərsiniz.

📞 (012) 949
📲(070) 295-09-49

Address

Babek Avenue, 85
Baku
AZ1119

Alerts

Be the first to know and let us send you an email when MODERN HOSPITAL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MODERN HOSPITAL:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category