Dr.Mais Nəzərov - Ümumi Cərrah

Dr.Mais Nəzərov - Ümumi Cərrah Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Mais Nəzərov - Ümumi Cərrah, Doctor, Baku Ehmedli qes. , Gence prosp. 34, Baku.

Ümumi cərrah, bütün cərrahi manipulysiyaları və əməliyyatları, həmçinin cərrahi patologiyaları aradan qaldırmaq məqsədi ilə laparoskopik üsulu daxil olmaqla peşəkarlıqla həyata keçirir.

Dr.Mais Nəzərov - Ümumi Cərrah
29/08/2017

Dr.Mais Nəzərov - Ümumi Cərrah

Son vaxtlar tibb aləmində qanköçürmədən qaçmağa kömək edən üsulların tibbi üstünlüklərini vurğulayan mötəbər mütəxəssisl...
13/08/2017

Son vaxtlar tibb aləmində qanköçürmədən qaçmağa kömək edən üsulların tibbi üstünlüklərini vurğulayan mötəbər mütəxəssislərin sayı artmaqdadır.

Stanford Universitetindəki tibb fakültəsinin «Stanford tibb jurnalı»nın 2013-cü il yaz buraxılışında qanla bağlı xüsusi hesabat dərc edilmişdi. Hesabatın bir hissəsi «Axına qarşı. Nəyə görə qanköçürmələrin sayı azalır?» adlanır. Məqalənin müəllifi Sara Uiliams deyir: «Son on il ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, bütün dünyadakı xəstəxa**ların həm cərrahiyyə, həm də digər şöbələrində xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün donor qanından lüzumundan daha tez-tez və lüzumundan daha çox miqdarda istifadə olunur».

Müəllif Pensilvaniya xəstəxanasının Qansız Təbabət və Cərrahiyyə Mərkəzinin təsisçisi və rəhbəri tibb elmləri doktoru Patrisiya Fordun sözlərini sitat gətirir. Doktor Ford deyir: «Tibb aləmində belə bir fikir dərin kök salıb ki, əgər insanda qanın həcmi müəyyən səviyyədə olmasa, o, mütləq öləcək, yaxud da ki qan həyatları xilas edən bir nömrəli vasitədir... Müəyyən hallarda bu belədir, amma bunu bütün vəziyyətlərə şamil etmək olmaz».

Doktor Ford əlavə edir: «Söhbət etdiyim bir çox həkimlər yanlış olaraq düşünürlər ki, qanköçürmə olmasa, bir çox xəstələr ölə bilər. Mən də bir ara bu fikirlə müəyyən dərəcədə razı idim. Amma tez bir zamanda başa düşdüm ki, müəyyən sadə üsulların tətbiqi sayəsində bu kimi xəstələrə kömək etmək mümkündür».

2013-cü il aprelin 8-də «Uoll-strit cornel»də dərc edilən bir məqalədə deyilirdi: «İndiyədək donor qanından istifadə olunmadan edilən əməliyyatlar qanköçürmədən imtina edən xəstələrə edilirdi. Lakin indi bu praktika daha geniş tətbiq edilir... Qansız cərrahiyyənin tərəfdarları deyirlər ki, bunun üstünlüyü yalnız qanın alış-verişi, saxlanılması, emal edilməsi, testdən keçirilməsi ilə bağlı xərclərin azalmasında deyil. Bu kimi üsulların tətbiqi sayəsində həm də xəstənin xəstəxanada daha çox qalmasına səbəb olan qanköçürmə ilə keçən xəstəliklərə tutulmaq riski və xəstələrin səhhətinin pisləşmə halları azalır».

Təəccüblü deyil ki, Klivlend xəstəxanasının qan şöbəsinin müdiri Robert Lorens deyir: «Adama elə gəlir ki, xəstəyə qan köçürəndə ona kömək etmiş olursan... Amma uzun müddət ərzində əldə edilən faktlar bunun əksini göstərir».

Laporoskopik cərrahiyyənin üstün cəhətləri...1. Əməliyyatdan sonra ağrı bir gün və çox cüzi olur.2. Xəstə narkozdan ayıl...
09/08/2017

Laporoskopik cərrahiyyənin üstün cəhətləri...

1. Əməliyyatdan sonra ağrı bir gün və çox cüzi olur.
2. Xəstə narkozdan ayılan kimi gəzir və özünə qulluq edə bilir.
3. Stasionarda qalma müddəti çox qısalır (12-24 saat)
4. Əmək qabiliyyəti çox qısa müddətə bərpa olur.
5. Əməliyyatdan sonrakı yırtıqların əmələ gəlmə riski sıfır dərəcəyə düşür.
6. Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç bir izi qalmır.

Əməliyyatdan sonrakı dövr:

- Əməliyyatdan sonra xəstə maye qəbul edə bilər (narkozdan ayıkan kimi).
- Əməliyyatdan 4-5 saat sonra xəstə yataqdan durub gəzır.
- Əməliyyatın ikinci günündən az miqdarda yumşaq qida qəbul edə bilər, mayeni çox qəbul etməsi məsləhətdir .
- Tikişlər anbulator şəraitdə (7-10) gündən sonra götürülür.

Pulsuz konsultasiya/qəbul...Yalnız sentyabr ayına kimiÜmumi cərrah dr. Mais Nəzərov050-379-58-00
07/08/2017

Pulsuz konsultasiya/qəbul...
Yalnız sentyabr ayına kimi
Ümumi cərrah dr. Mais Nəzərov
050-379-58-00

Ümumi Cərrah Mais NəzərovXaricdə qazandığı təcrübəyə əsasən ölkəmizdə bütün növ əməliyyatlar edərək pasyentlərin sevgi v...
04/08/2017

Ümumi Cərrah Mais Nəzərov
Xaricdə qazandığı təcrübəyə əsasən ölkəmizdə bütün növ əməliyyatlar edərək pasyentlərin sevgi və rəğəbətini qazanmışdır..
050 379 58 00

31/07/2017
Bu əlamətləri hiss edən kimi tədbir görünÇox insanda qəbizlik ya da ishal kimi həzm sistemi problemləri var. Həyatınızda...
28/07/2017

Bu əlamətləri hiss edən kimi tədbir görün

Çox insanda qəbizlik ya da ishal kimi həzm sistemi problemləri var. Həyatınızda bir dəfə olsun mütləq yemək zəhərlənməsi ya da mədə virusları kimi problemlərlə da qarşılaşmısınız. Hər nə qədər appendisit problemləri nadir görülsə də statistikalar heç də kiçik hesab edilməyəcək səviyyədədir. Appendisit partlaması hər an hər kəsin başına gələ bilər. Müalicə edilmədiyi təqdirdə isə həyatınız üçün təhlükə yarada bilər.

Bəs appendisit partlaması nə kimi əlamətlərə sahibdir? Qeyd edəcəyimiz problemləri özünüzdə tapacağınız halda bir mütəxəssisə müraciət edin, hətta təcili xidmətin yolunu tutsanız daha yaxşı olardı.

1) Adət etmədiyiniz qarın ağrısı

Appendisitit iltihabı ümumiyyətlə göbək dəliyinin aşağısında, qarının alt hissəsində ciddi ağrı yaradır. Bu ağrı mütləq deyil ki, appendisit partlamasına işarə olsun. Lakin bir sıra test tətbiq olunması sağlamlığınızı qoruma altına ala bilər.

Hər kəs bu ağrını eyni şəkildə yaşamır. Əgər avtomobilə minərkən ya da öskürərkən meydana gəlirsə, qarın divarında iltihab meydana gəlmiş də ola bilər.

2) Ürək bulanması, qusma və iştahsızlıq

Mədə virusu da söz mövzusu ola bilər. Ayrıca, appendisit ağrısı olan hər kəs bu semptomu yaşayacaq deyə bir şey də yoxdur. Lakin ciddi ağrının yanında mədəniz həddindən artıq bulanırsa, həkimə görünməniz lazım ola bilər. Çünki appendisit, bəzi hallarda həzm sistemindəki və sinir sistemindəki digər qisimlərə də təsir edə bilər. Buna bağlı olaraq qusma və mədə bulanması da meydana gələ bilər.

3) Tez- tez tualetə getmə

Bəzi insanlarda, appendisit problemləri sidik yollarını da təsir edə bilir. Buna bağlı olaraq sidik sıxlığında artım meydana gələ bilər. Ayrıca, sidik əsnasında ağrı da hiss edilə bilər. Siyahıdakı digər semptomlarla birləşdiyində, appendisit problemindən şüphələnə bilərsiniz.

4) Titrəmə və hərarət

Titrəmə və hərarət hiss edirsinizsə, bədəninizin bir yerlərində iltihab var deməkdir. Bu bölgə apandis də ola bilər. Əgər qarın ağrısı çəkirsinizsə və hərarətiniz yüksəlirsə, apandisittən şüphələnə bilərsiniz.

5) Beyin funksional olaraq düşünə bilmir

Əgər şüurun bulanırsa ya da ağılınız qarışırsa, infeksiya daha da pisləşir deməkdir. İnfeksiya qana qarışsa, ölümcül ola bilər. Qan zəhərlənəndə isə beyniniz normal funksiyalarını yerinə yetirə biləcək vəziyyətdən uzaqlaşır.

Yırtıqların əmələ gəlmə səbəbləri və müalicəsiİnsanın qarın divarında zəif yerlər var - göbək, qasıq ka**lı, qarının ağ ...
25/07/2017

Yırtıqların əmələ gəlmə səbəbləri və müalicəsi

İnsanın qarın divarında zəif yerlər var - göbək, qasıq ka**lı, qarının ağ xətti (qarının ortasından gedən xətt).

Bu yerlərdə yırtıqların əmələ gəlməsi riski daha çoxdur. İrsiyyətin də burada böyük rolu var. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvündə yırtıqlar olur. Buna səbəb əzələlərin zəif olmasıdır.

Digər səbəblər arasında - ağır əşyaların qaldırılması və daşınması, qadınlarda hamiləlik və doğuş, güclü və uzunmüddətli öskürək, piylənmə. Bundan əlavə əməliyyatdan sonra çapıq yerində yırtıqlar əmələ gələ bilər.

Xəstəliyin əvvəlində fiziki gərginliklər zamanı yırtıq olan yerdə yüngül ağrılar ola bilər. Xəstəlik inkişaf etdikcə insan qarın nahiyəsində oval formasında qabartmanın olmasını müşahidə edir. Bu o deməkdir ki, qarın divarında yırtıq qapısı əmələ gəlib. Bu yırtıq qapısından dəri altına yırtıq kisəsi çıxır ki, bu yırtıq kisəsində daxili orqanlar (bağırsaq ilgəkləri, piylik və s.) olur.

Yırtıq fiziki işlə, idmanla məşğul olmağa mane olur, ağrılara səbəb olur. Ən əsası isə odur ki, yırtıq kisəsində olan daxili orqanların normal fəaliyyəti pozulur, orqanlar travmalara məruz qalır, bitişmələr əmələ gələ bilər. Xəstəliyin əvvəlində xəstə özü yırtığı yerinə sala bilir, lakin vaxt keçdikcə yırtıq böyüyür və onu yerinə salmaq mümkün olmur. Nəticədə yırtıq boğula bilər. Bu isə çox ciddi ağırlaşmadır. Yırtıq qapısına çıxan daxili orqanlar (adətən bağırsaq ilgəkləri) geriyə, öz qanuni yerinə qayıda bilmir və nəticədə burada nekroz (toxumaların həlak olması) inkişaf edir.

Yırtıqlar özü özündən keçmir və bağlanmır. Burada yeganə müstəsna hal - 5 yaşına kimi olan uşaqlarda göbək yırtıqlarıdır (5 yaşına kimi bu yırtıq özü özündən bağlana bilər).

Yırtığın yeganə müalicə üsulu cərrahi əməliyyatdır. Əməliyyat zamanı bir çox hallarda yırtığın yerini bağlamaq üçün torlu implantant istifadə olunur. Torlu implantantın qoyulması yırtıqların müalicəsinin "qızıl standartı" sayılır. Bu metodikanın sayəsində yırtığın təkrar əmələ gəlməsi riski, demək olar, sıfıra bərabərdir. İmpalantant tək yırtıq qapısını bağlamır, o, həmçinin zəifləmiş birləşdirici toxumanı bərkidir. Faktiki olaraq, yırtığın üzərinə yamaq qoyulur. Tor müəyyən elastikliyə malikdir ki, insana fiziki iş zamanı mane olmur.

Əksər hallarda belə əməliyyatdan sonra xəstə 1 gün ərzində klinikada qalır və sonra evə buraxılır. Xəstə daha tez bərpa olunur, ağrılardan daha az əziyyət çəkir.

Bəzən xəstələr həkimlərə sual verir: mən bandaj taxıram, mənə əməliyyat lazımdırmı?

Bandajın taxılması yırtıq qapısını bağlayaraq orqanların yırtıq kisəsinə çıxmasına imkan vermir. Lakin bu müvəqqəti tədbirdir. Bandaj yırtığı müalicə etmir, yırtığın boğulmasına mane olmur. Əksinə uzun müddət ərzində bandajın taxılması yırtıq kisəsində bitişmələrin və çapıqların əmələ gəlməsinə səbəb olur ki, bu gələcəkdə əməliyyatın həyata keçirməsinə mane olur. Bu səbəbdən bandaj yalnız əməliyytın həyata keçirməsinə ciddi maneələr (məsələn, hamiləlik) olduqda müəyyən müddət ərzində tətbiq oluna bilər.

22/07/2017
ПреимуществаМалая травматичность и короткие сроки пребывания пациента в стационаре (6—7 суток), быстрое восстановление п...
19/07/2017

Преимущества

Малая травматичность и короткие сроки пребывания пациента в стационаре (6—7 суток), быстрое восстановление после операции, отсутствие болезненных ощущений, отсутствие послеоперационных рубцов, которые наблюдаются, например, при лапаротомии и других полостных операциях с разрезом. Восстановление пассажа кишечника также протекает быстрее, пациент после лапароскопической операции может самостоятельно питаться значительно раньше.

Лапароскопическая хирургия успешно заменила открытую хирургию, так как изображение гораздо больше, чем то, что видит хирург глазами (современная лапароскопическая аппаратура дает увеличение до 40 раз, то есть операция выполняется почти как под микроскопом), используемая оптика позволяет посмотреть на объект операции под разными углами (с разных сторон), что дает гораздо большую возможность обзора, чем при традиционных операциях.

Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir..Babasil xəstəliyinin əvvəlində defekasiya aktı...
17/07/2017

Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir..
Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, a**l dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan – düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı (nəcisin xaric edilməsi) zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər. Bəzi hallarda hemorroidal qanaxmalar güclü də ola bilər. Daha sonra hemorroidal düyünlər a**l dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmaları nəticəsində onların boğulması baş verir.
Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır.
Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi ilk hallarda insanların yol verdiyi ən böyük səhv, onların həkimə gec müraciət etməsidir. Bir çox insanlarda belə bir səhv fikir formalaşmışdır ki, babasil qorxulu xəstəlik deyil. Yuxarıda bu xəstəlik zamanı baş verə bilən fəsadların bir hissəsinin qeyd edilməsi yəqin ki, bu firkin səhv olduğunu zənn etməyə imkan verir. Bundan başqa, yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrı hissiyyatının qeyd edilməsi yalnız babasil deyil, ondan daha qorxulu olan (məsələn, düz bağırsaq xərçəngi) xəstəliklərin də əlaməti ola bilər.
Babasilin ilkin əlamətləri qeyd edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.
Babasilin risk faktorları
- xəstəliyə irsi meylliliyin olması;
- bədən çəkisinin normadan artıq olması;
- uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;
- ağır əşyaların qaldırılması;
- xroniki qəbizlik;
- alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;
- tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;
- təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s.
Qeyd etmək lazımdır ki, babasil xəstəliyinin profilaktikası, digər bağırsaq xəstəlikləri kimi, dişlər və mədə xəstəliklərinin profilaktikası olmadan aparıla bilməz.

Öd kisəsi polipləri öd kisəsi selikli qışasından başlanğıc götürən şişlərdir. Böyük əksəriyyəti xoş xassəli və zərərsizd...
12/07/2017

Öd kisəsi polipləri öd kisəsi selikli qışasından başlanğıc götürən şişlərdir. Böyük əksəriyyəti xoş xassəli və zərərsizdir. Öd kisəsi polipiləri adətən digər problemlər ilə əlaqədar aparılan qarın boşluğunun ultrasəs muayinəsi zamanı müəyyən olunur. İnsanların 1-4%-də müəyyən olunur.
Öd kisəsi polipinin 5 növü mövcuddur:
1. Xolesterol tipli öd kisəsi polipləri
2. Adenomiyomalar
3. İltihabi öd kisəsi polipləri
4. Adenomalar
5. Qarışıq tip poliplər
Təsdiq olunmuş müalicə - öd kisəsi polipləri üçün laporoskopik xolesistektamiayadır. Lakin bütün öd kisəsi polipləri zamanı cərrahi mualicəyə ehtiyac yoxdur.
Öd kisəsi polipləri
Öd kisənizdə polipmi müəyyən olunub?

Əgər sizdə və ya yaxınınzda polip müəyyən olunmuşdursa, buyurun, bu xəbəri oxuyun. Xəbərdə öd kisəsi poliplərinin tipləri, xərçəngə çevrilib çevrilməməsi və mualicəsi haqqında, xüsusən hansı poliplərə əməliyyata ehtiyac var, hansı poliplərə əməliyyata ehtiyac yoxdur suallarına cavab verilmişdir.

Öd kisəsi polipləri öd kisəsi selikli qışasından başlanğıc götürən şişlərdir. Böyük əksəriyyəti xoş xassəli və zərərsizdir. Öd kisəsi polipiləri adətən digər problemlər ilə əlaqədar aparılan qarın boşluğunun ultrasəs muayinəsi zamanı müəyyən olunur. İnsanların 1-4%-də müəyyən olunur.

Öd kisəsi polipinin 5 növü mövcuddur:

1. Xolesterol tipli öd kisəsi polipləri - bu tip poliplər öd kisəsi poliplərinin 60 %-ni təşkil edir. Adətən saplı qurluşda və ölçüsü 2-20 mm arasındadır. Qanda xolesterol səviyyəsi ilə bu poliplər arasında əlaqə elmı tədqiqatlar ilə müəyyən olunmamışdır. Bu poliplər daha çox 40-50 yaş arasında qadınlarda müəyyən olunur və çox hallarda klinik əlamətləri olmur. Bu tip poliplərin öd kisəsi xərçənginə çevrilmə ehtimalı yoxdur. Bu poliplər olan öd kisəsində xarakterik çiyələk görünüşü mövcud olur.

Öd kisəsi polipləri

2. Adenomiyomalar - Öd kisəsi poliplərinin 25%-ni təşkil edirlər. Ölçüləri 10-20 mm arasında dəyişir. Bu tip poliplər xərçəngə çevrilmir. Onlar öd kisəsində baş vermiş iltihabi prosesə cavab olaraq yaranır.

3. İltihabi öd kisəsi polipləri - Bu tip poliplər adətən öd daşı xəstəliyində əziyyət çəkən xəstələrdə olur. Ölçüləri 5-10 mm olur. Bütün öd kisəsi poliplərinin 10 %-ni təşkil edir. Bu tip poliplər də xərçəngə çevrilmir.

4. Adenomalar - bu tip öd kisəsi polipləri 4 % hallarda rast gəlinir və xərçəngönü proses hesab olunur. Adenomaların 25 % xərçəngə çevrilir. Ölçüsü 12 mm olan adenomalar xərçəng hüceyrəsinin daşıyıcısıdır. Ölçüsü 10 mm-dən böyük olan adenoma tip öd kisəsi poliplərinin 25-75 % öd kisəsi xərçənginin yaranmasına səbəb olur.

5. Qarışıq tip poliplər - Qarışıq tip poliplər müxtəlif qaynaqlı və qurluşludur. Nadir təsadüf olunurlar.

Öd kisəsi poliplərinin muayinəsi, cərrahi əməliyyatın ehtiyac olub-olmamasının müəyyən olunması və müşahidəsində ultrasəs muayinəsi (USM) və komputer tomoqrafiya (KT) muayinəsi faydalıdır.

Öd kisəsi polipləri

Müalicə

Təsdiq olunmuş müalicə - öd kisəsi polipləri üçün laporoskopik xolesistektamiayadır. Lakin bütün öd kisəsi polipləri zamanı cərrahi mualicəyə ehtiyac yoxdur.

Aşağıdakı hallarda cərrahi əməliyyatın icrası vacibdır:

1. Əgər xəstədə öd kisəsi polipi klinik əlamətlər ilə özünü büruzə verirsə laproskopik xolesistektamiya icra olunur.

2. Əgər xəstənin yaşı 50-dən yuxarı və xəstədə öd kisəsində poliplə yanaşı öd daşıda müəyyən olunmuşdursa, laproskopik xolesistektamiya icra olunur.

3. Əgər xəstədə öd kisəsi polipi 10 mm-dən kiçikdirsə, 6 ay ara ilə müşahidə məqsədi ilə USM icra olunur, dəyişiklik qeyd olunmursa, əməliyyat icra olunmur. Əgər surətli artım qeyd olunarsa, laporoskopik xolesistektamiya icra olunur.

4. Əgər öd kisəsində polip sayi 3 və daha çoxdursa, bu zaman polipin ölçüsündən aslı olmayaraq laproskopik xolesistektamiya icra olunur.

5. Əgər xəstədə öd kisəsi polipi 10 mm-dən böyük, ölçüsü sürətlə artırsa, klinik əlamətlər varsa, öd kisəsində poliplə bərabər öd daşı varsa, xəstədə laproskopik xolesistektamiya icra olunur.

6. Əgər xəstədə öd kisəsində 1-2 ədəd 10 mm-dən kiçik, klinik əlamətlər verməyən, polip ölçüləri 6 ay müşahidə zamanı böyümürsə, poliplə bərabər öd kisəsində digər patoloji proses qeyd olunmursa, xəstədə xolesistektamiya əməliyyatına ehtiyac yoxdur.

7. Əgər xəstədə öd kisəsinin bəd xassəli şişinə şübhə varsa, zamanı uzatmadan açıq xolesistektamiya icrası məsləhətdir.

Address

Baku Ehmedli Qes. , Gence Prosp. 34
Baku

Telephone

+994503795800

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Mais Nəzərov - Ümumi Cərrah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Mais Nəzərov - Ümumi Cərrah:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category