Nergiz klinikasi

Nergiz klinikasi Nərgiz klinikası Azərbaycanda yeganə təbii üsullarla müalicə mərkəzidir

Unvan: Sabit Rehman kuç., 11
Elaqe nomreleri : (012) 437-28-03 ; (012) 541-72-72 ; (055) 319-81-22 ; (050) 319-81-22

29/03/2014

QARACİYƏR SİRROZU

Qaraciyər stromasının , parenxemasının zədələnməsi ilə xarakterizə olunan xroniki proqresivləşən xəstəlikdir. Xəstəlik üçün qaraciyər retikuloendotelial elementlərinin hiperplaziyası , öd əmələ gəlmə, axını proseslərin pozulması , reqenerasiyası etmiş hissələrdə birləşdirici toxumanın əmələ gəlməsi , dalaqla birgə qaraciyərin böyüməsi xarakterikdir. Çox zaman orta yaşda kişilərdə müşahidə olunur.

Etiologiya: Virus hepatitindən keyfiyyətsiz, qidalanma ( zülal və vitaminlər çatışmazlığı) mübadilənin pozulması ( şəkərli diabet, tireotoksikoz) xroniki alkoqlizm , xolestaz , konstitusional ailəvi meyllilik, qaraciyərin xroniki infiltrasiyası arabir parazitar irvaziyalar qaraciyər sirrozuna gətirib çıxara bilir. I-li tuberkulyoz, bruselyoz,siflis, endokrin mübadilə xəstəliklərin , bəzi intoksikasiyalar, kollogenozlar fonunda yaranan sirrozlar ayırd edilir.

Patogenez: I-li ( xolangiolitik) biliar sirrozun uzun müddətli qaraciyər daxili xolestaz dayanır. II-li biliar sirroz zamanı qaraciyər daxili öd axarlarında öd axının pozulması , xolangit, öd kanallarının epitelial hüceyrələri zülallarına qarşı antitellərin əmələ gəlməsi potegenezin əsasını təşkil edir. Sirrozun bütün formalarında hepatositin nekrobiozu, distrofiyası , formalaşır, mezenximal reaksiya nəzərə çarpır, birləşdirici toxumanın inkişafı nəticəsində qaraciyərin paycıq strukturu, qaraciyər daxili qan axının pozulması hipoksiya və parenximanın distrofik dəyişikliklərini əmələ gətirir. Morfoloji klinik əlamətlərinə görə portal, prostnekrotik, biliar, qarışıq, aktivliyinə görə qeyri- aktiv proqresivləşən və aktiv , funksional pozulmanın dərəcələrinə görə kompensə olunan , kompensə olunmayan , prosesin yayılmasına görə , kiçik, böyük ocaqlı və qarışıq formaları ayırd olunur.

Simptomlar. Klinik gedişi: Qaraciyərin ölçülərin dəyişməsi ilə yanaşı bərkiməsi splenomagalya, portal hipertenziya simptomları ,sarılıq xarakterikdir. Qaraciyər nahiyyəsində küt ağrı , dispeptik əlamətlər, toxumada öd turşuların yığılması nətiəsində dəridə qaşınma ,müşahidə olunur. Xəstəyə baxış zaman qaraciyər əlamətləri telangioektaziyalar ( damar ulduzcuqları) ,gövdənin aşağı hissəsinin ksantomaları, təbil çubuqları şəklində barmaqlar, kişilərdə ginekomostiya görülür. Anemiya, leykopeniya, trombositopeniya, EÇS yüksəlməsi, hiperbilirubinemiya ( xüsusi ilə biliar sirrozda) təyin olunur. Sarılıq zamanı sidikdə urobilin, bilirubin artır, nəcisdə sterkobilin azalır.

Diaqnoz: Klinik mənzərə , laborotor müayinələrə ( qaraciyər sınaqların bilirubin fraksiyası , ALAT, ASAT qələvi fosfotoza) USM əsasən qoyulur. Qaraciyərin vəziyyəti dəqiqləşdirmək üçün fibro test çox əhəmiyyətə malikdir. Differensal diaqnoz , xroniki hepatit, hepatozla aparılır.

Postnekrotik sirroz hepatositlərin külli miqdarda zədələnməsi (B hepatitin ağır formaları) nəticəsində ortaya çıxır. Qaraciyər mülayim böyüyür, qaraciyər çatışmamazlığı əlamətləri , halsızlıq, əmək qabiliyyətinin zəifləməsi , qanda zülalın fibrinogenin , protrombin konsentrasiyası azalması , hemoragik diatez əlamətləri təyin olunur.

Portal sirroz virus hepatitin , alkoqolizmin keyfiyyətsiz qidalanma və digər faktorlara təsiri əmələ gəlir. Portal hipertenziya erkən ortaya çıxır. Assit hemoradial vanaların qida borusu mədənin kardial şöbəsinin venaların genəlməsi göbək ətrafı venaların genəlməsi - "meduza başı" xarakterikdir. Sarılıq və tipik laborotor biokimyəvi dəyişikliklər erkən təzahür edir. Qida borusu mədənin profuz qanaxmaları , hemoroidal qanaxmalar əsas ağırlaşmalardır. Bilar sirroz uzunmüddətli xolestaz əsasında əmələ gəlir. Sarılıq , hiperbilirubinemiya, dəri qaşınması ,qızdırma erkən ortaya çıxır. Qanda qələvi - fosfotoza , xolestenin yüksəlməsi təyin olunur. Kompensə olunmuş sirroz xəstənin qənaətbəxş hiss etməsi , qaraciyərin əsas funksiyaların saxlanması ilə xarakterizə olunur.

Dekompensasiyalı sirroz - ümumi zəiflik , sarılıq portal hipertenziya qaraciyər funksional fəaliyyətinin zəifləməsini göstərən laborotor dəyişikliklər hemorogik proseslərlə müşahidə olunur.

Qeyri aktiv sirroz - yavaş progresivləşmə (on illərlə) , xəstələrin uzun illər özünü qənaətbəxş hiss etməsi Şqaraciyər sınaqların normaya yaxın olması ilə xarakterizə olunur. Aktiv sirrozda - xəstəlik sürətlə proqresivləşir.

Klinik və laborotor əlamətləri aydın nəzərə çarpması ilə təzahür edir. Terminal dövr ağırlaşma prosesləri qaraciyər komasına gətirib çıxarır.

Müalicə : Yataq rejimi, pəhriz, medikamentoz terapiya təyin olunur. Ağır hallarda cərrahi müdaxilə , qaraciyər transplantasiyası tələb olunur.

Proqnozu əlverişli deyil.

29/03/2014

Körpədən yaşlıya hər kəs üçün güclü immun sistem önəmlidir.Güclü immun sistemə sahib olmaq üçün isə düzgün qida və istirahət rejimi vacibdir. Bunu hər kəs bilir.Lakin təəssüflər olsun ki, iş tətbiq etməyə gələndə ya ertələnir, ya da əhəmiyyət verilmir.

Orqanizmin müdafiə qabiliyyətini artirmaq üçün antioksidantlar və probiotiklər müstəsna əhəmiyyətə malikdir.

Antioksidantlar : Qəbul etdiyimiz qidalar orqanizmdə mübadilə prosesində çevrilmələrə məruz qalır, bir qism zərərli maddələr - sərbəst radikallar əmələ gəlir.Bu radikallarda bir elektron əksik oldugundan onlar bu elektronu əldə etmək üçün digər molekullara " hücum edir " , nəticədə vücudun bütün hüceyrələrinə zərər verir.Qidadan əlavə atmosferin çirkliliyi, ultra bənövşəyi şüalanma,radiasiya, nəqliyyat qazları,siqaret tüstüsü kimi faktorlar da orqanizmə təsir edərək sərbəst radikalları artırır.Bu maddələrin çoxalması xərçəng,katarakta, erkən yaşlanma kimi problemləri də özü ilə gətirir.

Sərbəst radikalara qarşı mübarizədə antioksidsantların rolu böyükdür.Ən önəmli antioksidantlar C,E vitaminləri və beta karotindir .Limon, portagal, çiyələk , qreyfurt, kivi, bibər, kök,brokoli, lobya,cəfəri,ispanaq , günəbaxan yağı,zeytun yağı,fındıq, badam,qoz,fıstıq kimi meyvələr antioksidantlarla zəngindir.

Probiotiklər : Bağırsaq mikrofoları üçün faydalı olub, zərərli mikroorqanizmlərin çoxalmasına mane olurlar.Ən önəmli probiotik qatıqdır.

Qida rasionuna adları çəkilən qidaları , əlavə olaraq soğan, sarımsaq, omega 3 - balıq yağı,yaşıl çay əlavə etməklə,düzgün istirahət, və vaxtlı vaxtında fiziki məşqlərlə orqanizminizin müadifiə bəndini gücləndirin.

İNSAN HELMİNTOZLARINN KLİNİKASI KİLİNİKASI VƏ DİAQNOSTİKASI         Bu məqalədə əsas askaridoz haqqinda məlumat veririk....
26/03/2014

İNSAN HELMİNTOZLARINN KLİNİKASI KİLİNİKASI VƏ DİAQNOSTİKASI

Bu məqalədə əsas askaridoz haqqinda məlumat veririk.
Aparılan eksperimental işlər nəticəsində müəyyən edilmişdir ki, kəskin və xroniki askaridoz daxili vəzilərdə, xüsusən böyrek üstü, qalxanvari vəzilərdə degenerativ dəyşiklər yaradır.Askaridozun ikinci fazasında birincidə olduğu kimi müntəzəm olmur və xəstədə eozimofiliya , subfebril hərəkət, profuz ishal və nadir hallarda asmatik tutmalar müşahidə olunur.
Xəsdəliyin birinci miqrasiya fazasının kilinikası, əsasən orqanzimdə gedən allergik dəyişiklər ilə əlaqədar olur.Əksər xəsdələrdə heç bir kiliniki əlamət qeyd edilmir.Xəstələrin rentgen müayinəsi zamanı bəzən,ağciyərlərdə ocaqlı infiltratlar aşkar edilir.Belə infiltaratlı ocaqlar 1-2 yerdə qeyd edilir və onların əmələ gəlmə və sovrulması təxminən eyni vaxda baş verir.Ocaqların sorulması 3-5 gün, nadir hallarda isə 2-3 həfdə, bəzən isə daha çox davam edir.Askaridozlu xəstələrdə ağciyerde infiltrativ ocaqların əmələ gəlməsi ilə yanaşı, qanda eozinofillərin miqdarı artır və çox vaxt 15-30% arasında tərəddüd edir.Bəzi xəstələrdə bu göstərici 60% və daha çox olur.Askaridozda belə hal Loffer simptomkompleksi adlanir.Bu xəstələrdə subfebril, nadir halda isə orta yüksəklik hərarət, çox halda quru və asmatik öskürek yaranir. Bəzən xəstələrdə xoş xassəli və tez keçən eksudativ plevrit aşkar edilir və bəzən plevral mayedə askarid sürfələr tapılır.Askaridozun bu fazasında xəstələrdə kəskin pnevmoniya, bronxopnevmoniya, bronxopnevmoniya, bronxit qeyd edilir. Bunlarla bərabər miqrasion fazada xəstələrin dərisində polimorf səpkilər, kəskin qaşınmlar, hərəkətin yüksəlməsi müşahidə edilir.Çox vaxd bele hal səhv olaraq məxmərək kimi qəbul edilir.
Askaridozlu xəstələrin əl və ayaq barmaqlarının arasında kiçik səpkilər yaranır, bir müddət sonra partlayir və dəridə kəpəkləşmə baş verir.Belə halı çox vaxd skarlatına ilə qarşıq salırlar .Askarida sürfələrinin ağciyer toxunmasında miqrasiyası nəticəsində təzahür edən əlamətlər çox vaxt səhv olaraq krupoz pnevmoniya, bronxepnevmaniya , xromiki bronxit və digər bu kimi xəstəliklərin diaqnoz qoyulur.
Askaridozun ikinci bağırsaq fazasında kliniki əlamətlər müxtəlif olur.adətən əlamətlər zəif təzahür edir, bəzən orta ağırlıqlı olur, əksər hallarda isə heç bir əlamət müşahidə edilmir.Nadir hallarda kliniki əlamətlər o qədər ağır olur ki, xətənin həyatı üçün təhlükə yaranır və təcili və təcili müalicə aparılması tələb olunur.Bu hal şaqlar üçün daha təhlükəlidir və ölümlə nəticələnə bilər.İkinci fazada xəstələrdə mədə-bağırsaq və ya sinir sistemi əlamətləri ön plana keçir.Bəzən xəstələrdə kəskin intoksikasiya əlamətləri qeyd olunur.
Mədə bağırsaq sistemi əlamətləri kimi xəstənin iştahının pozulması, qarın boşluğnda ağrılar və s qeyd olunur.Askaridoz bəzi xəstələrdə kəskin və ya xroniki appendisti xatırladır, bəzən proqesivləşən enteritvə ya enterokolit, hərarətin yüksəlməsi və menigal əlamətlər qeyd edilir.Belə hal ölümə də səbəb ola bilər.
Askaridoz, uşaqlarda sinir sisteminin yüngül pozulmalarına, yuxunun narahat olmasına, əsəbiliyə, qavrama qabiliyyətinin pozulmasına, zehni və fiziki zəifliyə, böyümənin gecikməsinə, huşsuzluga səbəb olur.Böyüklərdə isə əksər hallarda əsəbilik, iş qabiliyyətinin azalması, yuxunun pozulması baş verir.Askaridoz uşaq və böyüklərdə heç bir əlamət olmadıqda belə, bədən çəkisinin azalmasına, yolxucu xəstəliklərin (dizenteriya, arın yatalaqı və s.)baş verməsinə səbəb olur.Askaridoz hamiləliyin gedişinin agırlaşmasına – gecikmiş doğuşlara və diger pataloji dəyşiliklərə gətirib çıxarır.Qaraciyerin və öd yollarının akaridozu bir sıra müəlliflər tərəfindən qeyd edilmişdir.Belə xəstələrdə qaraciyer böyüyür, kəskin ağrılar olur, qusma zamanı bəzən askaridlər aşkar olunur.Askaridozlu xəstələrin 65% - də mexaniki və ya parenximatik sarılıq qeyd edilir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bütün ağır hallarda askaridlər bədəndən xaric edildikdən sonra tez və tam sagalma baş verir.Lakin kiçik yaşlı uşaqlarda baş vermiş ağır intensiv invaziya, gec müəyyən edildikdə və yaranan dəyşiliklər dönməz həddə çatdıqda, xəstəyə kömək etmək çox cətin olur.Yetkin askaridlər, xususən intensiv yolxmada bağırsaq keçməzliyinə, peritonitə , öd yollarının və nadir hallarda mədəaltı vəzin axarının mexaniki tutlmasına səbəb olur.Belə hallarda xəstənin vəziyyəti kəskin ağırlaşır və xəstəliyin proqnozu ciddiləşir.Bağırsaq keçməzliyi nəticəsində cərrahi əməliyyat aparıldıqda xəstədən yüzlərlə canlı askarid xaric edir.

24/02/2014

ILK YARDIM NƏDİR ?

Ani olaraq xəstələnən və ya qəzaya uğrayan insana həmin anda , hadisə yerində və mövcud imkanlardan yararlanaraq edilən , tibbi olmayan keçici müdaxiləyə ilk yardım deyilir. Ilk yardımda məqsəd qəzalı insanı xilas etmək,vəziyyətı qorumaq və qalıcı şikəstliyi önləməkdən ibarətdir.Qəzalı bir vəziyyət gördükdə dərhal 103 zəng vurun.Təcili yardım gələnə qədər isə ilk yarıdm göstərmək vacibdir.İlk yardımın uğurlu olması üçün yardım etmək istəyən insan həyəcana qapılmamalı, soyuqqanlı olmalı, özünü itirməməlidir.Doğru və vaxt itirmədən göstərilmiş yardımla qəzaya uğrayan insanın həyatını xilas etmək, qalıcı şikəstliklərin qarşısını almaq olar.İlk yardım göstərən insan öz təhlükəsizliyini də düşünməli panikaya, həyəcana qapılaraq özünə zədə yetirməməyə diqqət yetirməlidir.Xüsusən yanğın, suda boğulma,elktrik vurmaları hallarında yardım edərkən ehtiyatlı olmaq, ilk yardım qaydalarına riayət etmək vacibdir.

Qəza vəziyyətində ilk yardım çantalarından istifadə olunmalıdır. Yardım çantasında olmalıdır : üçkünc sarğı bezlərı , rulonlu sarğı bezlərı, sterıl qazlı bezlər, pambıq ,yara bandları, boyunluq ,turna jqutu, antıseptık məhlullar, ağrı kəsıcı preparat, sancaq, qayçı, fənər.Lakin çox zaman qəza zamanı əl altında yardım çantaları və tibbi vasitələr olmur.Belə halda əl altında olan vasitələri tibbi vasitələr kimi istifadə etmək olar . Məsələn : üçkünc sarğı bezi yoxdursa adi yaylıq , süfrə və .s. kimi kvadrat formalı parçaları diaqonaldan qatlayaraq və ya kəsərək üçkünc bez kimi istifadə etmək olur. Tənzif yerinə qəzaya uğrayan insanin öz köynəyi istifadə oluna bilər.Açıq yaralar varsa əlcək yerinə adi sellofan isifadə edilir.Xərək əvəzinə iki taxta dəyənək götürüb, paltara, paltoya və.s keçirmək (geydirmək) olar.Turna jqutu əvəzinə ensiz parca, qayış,qalstuk istifadə etmək olar,ip, rezin qətiyyən istifadə edilməz.İlk yardımda dərman istifadə etmək məsləhət deyil.Qəzaya uğrayan insanın hansı digər xəstəlikləri olduğunu bilmədiyimiz üçün verilən dərmanlar zərərli ola bilər . Ağrıkəsicilər isə həkimin diqanoz qoymasına mane olacağı üçün istifadə olunmaması məsləhətdir.Ümumiyyətlə isə huşu özündə olmayan insana heç nə içirilməz.Huşu aydınlaşdıqda isə qida və içki öz əlinə verilməliddir, əsla bunu başqası etməməlidir.

Ilk yardımın vacıb olduğu durumlar :

Tənəffüsün dayanması .
Tənəffüs yolunun yad cısmlə tıxanması
Suda bogulma
Ürək dayanması.Ürək masajı
Qanaxmalar
Şok
Dalma qəzaları
Yaralanmalar.
Qırıq , cıxıq, burxulma
Yanıqlar
Elektrik vurması. İldırım vurması
İstıvurma, donvurma
Zəhərlənmələr
Heyvan dışləməsı və sancması
Ilk yardım vacıb olan xəstəlıklər – Epılepsıya . Dıabet .Ürək krızı .Iflıc.Koma

21/02/2014
HAMİLƏLİK TOKSİKOZLARIHamiləlik dövründə görülən və hamiləlik bitdikdə keçib gedən proseslərdir. Müxtəlif nəzəriyyələr m...
19/02/2014

HAMİLƏLİK TOKSİKOZLARI

Hamiləlik dövründə görülən və hamiləlik bitdikdə keçib gedən proseslərdir. Müxtəlif nəzəriyyələr mövcuddur,allergik, toksik, immunoloji,neyroreflektor,humoral və b.

Toksikoz orqanizmin hamiləliyə adoptasiyasının pozulmasıdır, və qadın orqanizminin hamiləliyə tərs reaksiyadır.
Orqanizmdə fizioloji proseslərin pozulması səbəbləri :

1. Uşaqlığın reseptor aparatının funksiyalarının pozulması və döl yumurtasından anormal implusların əmələ gəlməsinə səbəb olan patoloji proseslər. Buna uşaqlığın və digər cinsi üzvlərin iltihabi xəstəlikləri uşaqlığın və onun reseptorlarının qeyri düzgün inkişafı, endometriyanın dəyişiklikləri, endokrin və digər pozulmaları aiddir.

2. Mərkəzi sinir sistemi dəyişikliklər döl yumurtasından çıxan çıxan implusların düzgün nizamlanmaması , baş beyin qabığında əsas sinir proseslərinin diskordinasiyası,retikulyar farmasiya və hipotalamusda vegetativ mərkəzlərin həddən artıq oyanması zamanı baş verir. Neyrohumoral regulyasiyanın pozulması elektroit tərkibinin, mikroelement, hormon və zülal fraksiyaların dəyişməsinə gətirib çıxarır. Nəticədə qana toxumaların mübadilənin yalnız son məhsulları deyil həm də aralıq məhlullar daxil olur ki bu da orqanizmin autointoksikasiyasına (öz-özünü zəhərləmə) gətirib çıxarır.

Toksikozların klassifikasiyası:

1.Erkən toksikoz. Hamiləliyin ilk yarısında ortaya çıxır (1-3 ay).

2. Gec toksikoz. Hamiləliyin ikinci yarısında ortaya çıxır.

Erkən toksikoz: Qusma ( mülayim ) , həddən artıq qusma ptializm.

Gec toksikoz: Hamiləliyin hidropsiyası, nevropatiya, preeklampsiya, eklampsiya.

Nadir forma: dermatoz, broxial astma, sarılıq,tetaniya, osteomalyasiya.

Erkən toksikoz : Qusmaların əsas əsbəbi baş beyin qabığının fəaliyyəti , vegetativ sinir sisteminin funksiyaları ilə daxili orqanlar arasında əlaqənin pozulmasıdır. Bu pozulmaya infeksion xəstəliklər, daxili orqanların xəstəlikləri, intoksikasiyaları ,endometriyanın abortla bağlı travmaları öncülük edir. Uzun müddətli patoloji impluslar qabıqaltı vegetativ mərkəzlərin həddən artıq qıcıqlanmasına səbəb olur. Gec toksikozlar vacib orqan və sistemlərin funksiyalarının pozulması ilə xarakterizə olunur.

Hamiləlik hidropsu: Ödemlər, diurezin pozulması, bədən çəkisinin sürətlə artması ( həftədə 300 qr ) ilə xarakterizə olunur. Sidikdə patoloji elementlər olmur, arterial təzyiq yüksəlmir. Proqresivləşdikdə nefropatiya əmələ gəlir.

Nefropatiya ödem , hipertenziya proteiunuriya ( sidikdə zülalın artması) ilə xarakterizə olunur.

Preklampsiya güclü baş ağrıları ,görmə pozulmalar, epiqastral ağrılarla xarakterizə olunur.

Eklampsiya qıcolma və huşun itməsi də xarakterizə olunur. Çox zaman preklampsiya və nefropatiya formada inkişaf edir.

Müalicə: Əgər hamilə qadın toksikoz əlamətlərindən birini və ya bir neçəsinin özündə hiss edirsə mütləq öz ginekoloquna xəbər verməli və müalicə alınmalıdır. Müalicə səbəblərin aradan qaldırılmasına , ananın ümumi vəziyyətinin yaxşılaşdırılmasına və dölün qorunmasına yönəlir.

MƏXMƏRƏK - RUBELLAMəxmərək çox vaxt uşaqlarda rast gəlinən infeksiyadır. Orta əsrlərdən bəri məlum olsa da , bətndaxili ...
19/02/2014

MƏXMƏRƏK - RUBELLA

Məxmərək çox vaxt uşaqlarda rast gəlinən infeksiyadır. Orta əsrlərdən bəri məlum olsa da , bətndaxili ölümə və yeni doğulmuşların eybəcərliyinə səbəb olması XX əsrin 40-ci illərində məlum oldu.

Törədicisi – Togovirus (togovirus və robivirus cinsi ) ailəsinə daxildir.Xəstə ilə kontaktdan hava damcı yolu ilə keçir. Yoluxmanın digər yolu transplasentardır - anadan dölə .Törədicisi insan orqanizmindən kənarda 560 C-də qurudulduqda, PH dəyişdikdə (6,8 dən az, 8,0 dan çox), ultrabənövşəyi şüalar,efir , farmalin ,xloroform və digər dezinfeksiyaedicilərin təsirindən ölür. Aşağı tempraturda (-70 dən -2000C) uzun müddət yaşayır və infeksion qabiliyyətini saxlayır . İnkubasiya dövrü - daha doğrusu yoluxma ilə simptomların üzə çıxması arasındakı dövr 2 – 3 həftə çəkir. İnkubasiya dövrünün sonuncu həftəsində orqan virusu xaric edir ki,bu da ətrafdakılar üçün yoluxma təhlükəsidir. Məxmərək səpkilərin meydana çıxmasından 7 gün əvvəl və səpkilərin itməsindən 7-10 gün sonra yoluxucu hesab olunur. 30-50% hallarda simptomsuz keçir xəstə özü də xəbəri olmadan ətrafındakıları yoluxdurur. Bir qayda olaraq məxmərəyin oyanması 5-7 ildə birdir. Hər ildə kəskinləşməsi isə adətən aprel-iyun aylarında olur. Epidemiya şəklində nadir hallarda ortaya çıxır. Mütəxəssislərin hesablamalarına görə 700 ildən bir meydana çıxır. Son epidemiya 1960-cı ildə Amerikada meydana çıxmışdır ki, bu zaman iyirmi milyon insan xəstələnmişdir. Ən p*si də bu idi ki , epidemiya nəticəsində iyirmi min yeni doğulmuş anadangəlmə eybəcərliklə doğulmuşdur.

Yoluxma yolundan asılı olaraq qazanılmış (hava,damcı yolu) ilə və anadangəlmə (transplasentar) olur.

Qazanılmış – müxtəlif formalarda özünü göstərir : tipik (səpkilərlə) və atipik (səpkisiz). Adətən ağırlaşma vermədən təhlükəsiz keçir. Anadangəlmə məxmərək isə , nisbətən ciddidir , sinir sistemi,göz , qulaq və ürəyin anadan gəlmə qüsurlarına səbəb olur. Yetkin şəxslər arasında tez –tez rast gəlinmir , çünki çox zaman uşaqlıqda keçirilən bu infeksiyaya qarşı əmələ gələn immunitet ömür boyu saxlanır. Yenidən yoluxma nadir hallarda rast gəlinir ki,bu da yoluxan insanın immun sistemi ilə bağlıdır.

Reproduktiv yaşda qadınların 75-85% - i məxmərəyə qarşı imunitetə malikdilər. Qadında immunitetin olmaması hamiləlik dövründə yoluxma və infeksiya dölə keçirmə riskini artırır.

1969-cu ildə vaksinasya tətbiq edilməyə başladı və xəstlənmə sıxlığı nisbətən azaldı .Məxmərək vaksini immunitet qazanmamış hər qadına (xüsusilə hamiləlik planlaşdırılırsa 2-3 ay əvvəl) vurulmalıdır. Ümumiyyətlə hamiləlikdən əvvəl antitellər təyin olunmalıdır ki, qadında əgər antitellər yoxdursa, vaksinasiya üçün zamanı olsun . Vaksinasiya 2-3 ay sonra qadın rahat şəkildə hamilə qala bilər. Antitel - virusa qarşı orqanizmin immun cavabı nəticəsində əmələ gəlmiş immunqlobulinlərdir. IgM antiteli məxmərək infeksiyasının markeri hesab olunur - yoluxmanın ilk günlərindən əmələ gəlir , 1-2 aya miqdarı maksimuma çatır. Ig M-in yüksək titri kəskin infeksiyanı göstərir. Əgər Ig M aşkar olunmuşsa bu onu göstərir ki,ya qadında Rubella yoxdur , ya da uzun zaman öncə bu xəstəliyi keçirib. IgG antitellərin aşkar olunması o deməkdir ki, rubellaya qarşı immunitet var. (yəni nə vaxtsa bu infeksiyanı keçirdib). Nə Ig G,nə IgM aşkar olunmaması onu göstərir ki, bu infeksiyanı heç vaxt keçirməyib və immuniteti yoxdur.

Simptomlar : Müxtəlif simptomlarla və ya ümumiyyətlə simptomsuz keçə bilir. İnkubasiya dövründən sonra 11-23 gün davam adir,səpkilər əmələ gəlir. Nadir hallarda səpkilərdən əvvəl baş ağrıları,yorğunluq ,iştahanın azalması müşahidə olunur. Tempratur adətən yüksəlmir, səpkilərdən 2-3 gün sonra 38,5-390 C qalxır. Səpkidən başqa qulaq arxası, boyun limfa düyünlərinin böyüməsi ola bilir. Səpkilər solğun çəhrayi, oval və dairəvi formalı (2-5mm diametr) olur. Səpkilər üzdən və boyundan başlayır, bir neçə saat ərzində sürətlə bütün bədənə yayılır.1-3 gün qalır, solğunlaşır və itir. Böyüklərdə uşaqlara nisbətən ağır keçir (8-10 dəfə) astenovegatativ sindrom , halsızlıq , baş ağrısı , qızdırma , əzələ və oynaqların boşalması müşahidə olunur. Tez-tez burun axması , boğazda ağrı , öskürək və gözün sulanması olur. Uşaqlarda səpkilər aydın seçildiyi halda böyüklərdə eritematoz sahə kimi qızartı olur. Bu halda səpki 5 gün və daha çox qalır.

HAMİLƏLİK VƏ MƏXMƏRƏK

Nə qədər təhlükəsiz kimi görünsə də hamilələrdə məxmərək ağır təhlükə deməkdir. Ana qanında olan virus plasenta vasitəsi ilə rüşeymə keçir,onun toxumalarını zədələyir. Hamiləliyin ilk trimestrində dölün zədələnməsi dölün inkişafına ağır təsirini göstərir. İlk Trimestr ona görə təhlükəlidir ki dölün bütün orqan və sistemləri formalaşır və bu dövrdə virus bütün inkişaf dağıdıcı təsir göstərir. Qadın özünü yaxşı hiss etdiyinə görə, bu proseslərdən xəbərsiz ola bilər. İnfeksiya uşaqlaşmaya,ölü doğulmaya və ağır qüsurlarla doğumasına səbəb ola bilir.

Qadın məxmərəklə ;

3-4 cü həftələrdə yoluxursa - döldə 60 % halda anadan gəlmə eybəcərliyə səbəb olur

10-22-ci həftədə yoluxursa - döldə 15% halda anadangəlmə eybəcərliyə səbəb olur

13-16 cı həftələrdə yoluxursa - döldə 7% halda anadan gəlmə eybəcərliyə səbəb olur.

Kritik period sinir sistemi üçün 3-11 həftələr, gözlər və ürək üçün 4-7 ci həftələr hesab olunur. Hamiləliyin ilk müddətində yoluxma daha ağır patologiyalara gətirib çıxarır. Ən riskli dövr 9-12 həftələr hesab olunur. Bu dovrdə yoluxmanın nəticəsi Qret triadası - katarakta,ürək qüsuru və karlıq olur. Ürək qüsurları 98% hallarda , görmə üzvünün zədələnməsi - daha çox katarakta 84,5 % , karlıq , vestibulyar aparatn qüsuru 21,9% ehtimallıdır. Bundan əlavə skeletin qaraciyərin , dalağın , sidik cinsiyyət üzvlərnin qüsurları ola blər. 71,5% yeni doğulmuşlarda sinir sisteminin və baş beyinin zədələnməsi ola bilər. Mikrosefaliya və hidrosefaliya da rast gəlinir. Yenidoğulma dövründə körpələr əzələ tonusu , hərəkətin pozulması, yorğunluq , hiperkinez, qıcolma və iflicdən əziyyət çəkir. 13-20 həftələrdə risk azalır , lakin eşitmə orqanın zədələnməsi riski 16-cı həftəyə qədər yüksək qalır. 20-ci həftədən sonra II trimestrdə isə zədələnmə riski azalır , lakin gələcək uşağın xroniki infeksiya ilə doğulması , mərkəzi sinir sistemi və digər orqanların zədələnməsi ola bilər.

Dölün patologiyasından əlavə , doğuş fəaliyyətinin pozulması , qanaxma , sepsis ola bilər . 16 cı həftəyə qədər yoluxma hamiləliyin süni dayandırlmasına göstərişdir. Hətta simptomsuz keçsə belə , infeksiya dölü zədələyir. 16-cı həftədən sonra yoluxduqda isə 28-ci həftəyə qədər hamləlik pozumladır. 28-ci həftədən sonra yoluxmada isə qadın artıq yüksək risk qrupuna daxildir. Bu halda həkim plasentar çatışmamazlığın qarşısını almalı , müalicə etməli , dölün müdafiəsini gücləndirməlidir.

Diaqnoz :Qanda antitellər – İmmmunqlobulinlər təyin olunur .İg M kəskin rubellanın , İgG isə keçirilmiş rubellanın göstəricisidir.

Müalicə : Uşaqlarda və ağırlaşma halı olmayan yetkinlərdə müalcəsi çətin deyil. Səpmə zamanı yataq rejimi kifayətdir. Heç bir müalicəvi preparata ehtiyac yoxdur. Yuksək keyfiyyətli qida, təmiz içkilər və rahatlıq vacibdir. Ağırlaşma halında qospitalizasiya vacibdir.

PROFİLAKTİKA .Vaksinasiya : hamiləlikdən əvvəl rubbellaya qarşı immunitetin olub olmaması, varsa nə dərəcədə güclü olmasını təyin etmək üçün Rubellaya qarşı antitellər qanda yoxlanmalıdır.Əgər antitellər aşkar olunmazsa hamiləlik zamanı məxmərəkli xəstələrdən uzaq olması lazımdır. Bu əsasən uşaq baxçasında işləyənlərə , həkimlərə , xəstə uşaqlara qulluq edənlərə aiddir. Məsələ burasındadır ki , infeksiyaya yoluxma riski inkubasiya dövründə çoxdur , bu zaman isə simptomlar olmur. Buna gorə də hamilə qadınlar hiss etmədən yoluxa bilərlər. Rubella qarşı immuniteti olmayanlara vaksinasiya olumamalıdır .Vaksinin etibarlığı 100%-dir.15-20 il immunitet saxlanılır. Əks göstəriş : immun defisitli xəstələr , uzun müddət sitostatiklər , hormonal preparat qəbul edənlər , radiasion terapiya alanlar ,neomisinə qarsi allergiyası olanlar kəskin respirator infeksiyon xəstəlikləri olanlar. Əsas əks gostərişlərdən biri də hamiləlikdir . Çünki vurus dölü zədələyə bilir. Amma əgər vaksinasiyadan 2-3 ay sonra hamiləlik baş tutubsa və ya səhvən hamiləliyin başladığı dövrdə vaksinasiya olunubsa , bu hamiləliyin süni dayandırılmasına göstəriş deyil . Nəzəri olaraq bu zaman dölün zədələnmə riski 2% -dən yüksək deyil . Əgər qadının hamiləlik dövründə youxma riski böyükdürsə ,məsələn, epidemiya təhlükəsi , bu zaman hamiləlik başlansa da vaksinasiya edilməlidir .Çünki bu halda dölün zədələnmə riski youxma halındakı riskdən cox azdir Hazirda Rusiya dövlətində rubellaya qarşı vaksinasiya usaqlar üçün vacib peyvəndlərdən biridir. İlk peyvənd qızlarda 12-18 aylıqda, revaksinasiya isə 6-14 yaşlarda edilir. Hamiləlikdən 2-3 ay əvvəl vaksinasiya edilir .Əgər edilməzsə , onda doğuşdan sonra edilməlidir. Bu südlə antitelləri körpəyə ötürməmək üçündür. Qeyd etmək lazımdır ki,hətta canlı vaksin belə südlə əmizdirməyə p*s təsir etmir.

ATEROSKELEROZArteriyaların geniş yayılmış zədələnmələri olub,arteriyaların daxili qişalarının lipid ocaqlarının- ateroma...
19/02/2014

ATEROSKELEROZ

Arteriyaların geniş yayılmış zədələnmələri olub,arteriyaların daxili qişalarının lipid ocaqlarının- ateromatoz plaklarin əmələ gəlməsi ilə xarakterizə olunur.Damar divarinda birləşdirici toxumanın əmələ gəlməsi (skeleroz) və kalsinoz tədricən onun deformaiyasını proqresivləşdirərək qurumasına, qismən , sonra isə tam tutulmasına - obliterasiyasına səbəb olur ki, bunun nəticəsində zədələnmiş arteriya qidalanadırma funksiyasını icra edə bilmir.Bundan əlavə damarın tromb və ateromatoz plaklarla kəskin tutuması olur, damarın qidalandırdığı toxumada nekroz və qanqrena əmələ gəlməsinə səbəb olur.

Ateroskeleorozun etioloji faktorları arasında yaş, kişi cinsinə mənsubluq, ailəvi meyllik,yüksək təzyiq, homocystein anemiya (qandakı Homocystein nisbətinin yüksəlməsi) ,xolesterolun yüksəlməsi, sərbəst radikalların gerbi ,alimentar piylənmə - köklük ,şəkər xəstəliyi ,siqaret , qeyri düzgün qidalanma , içki (spirt, cola,həddən artıq qəhvə və qara çay içmək) mənfi stres , idman etməmək (hərəkətsizlik) mühüm rol oynayır.

Simptomlar : Arteriyaların ateroskelerozu əsasən arteriyanın qidalandırdığı nahiyənin işemiyası , damarın sərtləşdiyi bölgələrdə ağrılar , baş gicəllənməsi, baş ağrısı, titrəmə, gedərkən səndələmə, düşünmə və öyrənmə gücündə zəifləmə, əsəbilik kimi əlamətlərlə təzahür edir. Daha çox zədələnmə aorta arteriyasında abdominal hissəsində özünü göstərir.

Ateroskelerozun nəticələri : Arterzoskleroz beyn damarlarında olarsa , beyin qanamasına (Apoplexi) səbəb olar nəticədə bir tərəfli iflicə meydana çıxır.Ürək damarlarındakı atereoskleroz, ürəyin transmural infarktı ilə nəticələnir.Ateroskleroz böyrək damarlarında olarsa yüksək təzyiq və hətta böyrək iflasına ,ayaqlarda olarsa qan dövranı anormallığı səbəbiylə axsama (claudicatio intermittens) , çanaq sümüyü ətrafında olarsa, kişilərdə iqtidarsızlığa səbəb ola bilər.

Müalicə prinsipi: Prosesin proqresivləşməsinin qarşısını almaq və ətraf damarlardan qan axının stimullaşdırmaqdan ibarətdir. Mümkünsə həftədə ən az üç gün idman etməli və ya hər gün ən az yarım saat gəzinti etmək lazımdır. Xəstənin yaşına və fiziki imkanlarına görə həkimin təyin etdiyi müntəzəm əzələ fəaliyyəti göstərişdir. Siqareti və spirtli içkini mütləq buraxmaq lazımdır. Sağlam qidalanmaq lazımdır, az heyvani qida ,çoxlu tərəvəz və meyvə yemək lazımdır. Əgər kola,həddən artıq qəhvə və qara çay içirsinizsə bunları azaltmaq lazımdır. Mümkünsə tərkibində qatqı maddəsi olan edən konserv, şokolad və.s. maddələr yeməmək lazımdır. Köklük təhlükəlidir, bu səbəblə mütləq arıqlamaq lazımdır. Əgər xolesterol, diyabet və yüksək təzyiq kimi narahatlıqlar varsa müalicə olmaq lazımdır.

AORTANIN ATEROSKELROZU

Klinik şəkli - daima artan əsasən sistolik arterial hipertenziya ,sistolik küy, 5 - ci nöqtədə və aorta üzərində ( aortanın bifurkasiyası və ağciyər arteriyası ) II tonun aksenti , EKQ də sol mədəciyin mülayim böyüməsi kimi təzahür edir. Rentgenogrammada aorta qövsü və qaın aortasında kalsinatlar ( gec ortaya çıxsa da ) tutarlı diaqnostik əlamətdir.

Ağırlaşmalar : Xəstənin həyatı üçün təhlükəli ağırlaşmalara aortanın hematoması,sinə boyun , qarın nahiyəsində əzabverici ağrılar , kollaps aiddir.Aorta divarının subintimal hematoması intima qişasının parçalanmasından asılı olaraq onun şaxələrinin obturasiyasına ( tutulmasına) yol açır ki , bu da işemik insult, aterial təzyiqin qollarda asimmetriyası , şiddətli arterial hipertnziya ( nefrogen), qabırğaaltı arteriyaların okklyuziyası kimi simptomlarla özünü göstərir.Digər daha tez- tez müşahidə olunan ağırlaşmalar aortanın anevrizmasıdır ki qəfil partlaması nəticəsində ölümcül qanaxma baş verə bilir.

Aortanın döş şöbəsinin anevrizması kobud sistolik küy , disfagiya, səsin boğunuqluğu ( qırtlaqda sinirin sıxılması və parezi nəticəsində) , qalxanvari qığırdağın aşağısında palpasiya ilə hiss olunan sinxron pulsasiya ilə xarakterizə olunur.

Qarın aortasının stenozlaşdırıcı anevizması bifurkasiyanın stenozu, aşağı ətrafların qan təchizatının pozulması ilə Leriş sinrdomu ilə ağırlaşır ( kəskin ağrılar,ayaqların hissiyatının və hərəkətinin pozulması,dəri örtüklərini solğunlaşması,qanqrena) . Müalicəsi əsasən cərrahidir, trombolitik terapiya da nisbətən effektlidir.

Aortanın anevrizmaları olan xəstələrdə rekonstruktiv əməliyyatın mümkünlüyü ətraflı tədqiq olunmalıdır.

Aorta qövsünün şaxələrinin ateroskelerozunda baş beyinin və aşağı ətrafların qan təchizatı çatışmazlığı müşahidə olunur. Rekonstruktiv cərrahi əməliyyat edilə bilər.

Mezenterial arteiyaların atereskelerozu zamanı qarında ağrılar ,arterial və venoz tromboz, bağırsaq və mezenteriumun infarktı kimi hallarla müşahidə olunur.Ağrılar yeməkdən sonra ortaya çıxr, nitroqliserinin təsirindən zəifləyir.Aclıq ağrıları sakitləşdirir.

Böyrək arteriyasının ateroskelerozu böyrəyin işemiyası, xroniki böyrək çatışmazlığına səbəb olur.Cərrahi müdaxilə mümkün olmadıqda hipeotenziv terapiya aparılır. Böyrək arteriysının trombozu kəskin ağrılar, oliqoanuriya, kəskin böyrək çatışmazlığı, arterial hipertenziya ilə özünü göstərir.

Address

Sabit Rehman Kuç. , 11
Baku

Alerts

Be the first to know and let us send you an email when Nergiz klinikasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nergiz klinikasi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category