Orthodontist Dr. Sia Tagizade

Orthodontist Dr. Sia Tagizade Orthodontist

Skeletal Class III – əməliyyatsız kamuflaj müalicəsi ilə uğurlu nəticəOrtodontik fəaliyyətimin əvvəlində əsasən breket s...
03/04/2025

Skeletal Class III – əməliyyatsız kamuflaj müalicəsi ilə uğurlu nəticə

Ortodontik fəaliyyətimin əvvəlində əsasən breket sistemləri ilə çalışırdım. Skeletal Class III malokluziyaları olan pasiyentlərdə, əməliyyatsız bir planlama üçün xüsusi bir texnika inkişaf etdirmişdim.

Texnikanın prinsipi belə idi:

Müalicəyə ilk mərhələdə posterior bölgəyə(buccal shelf) TADs (mini implantlar) yerləşdirilirdi.
Segmental şəkildə distal leveling aparılırdı, bu həm posterior bölgənin düzgün sıralanmasını təmin edir, həm də anterior dişlər üçün məkan yaradırdı.
Anteriorda hələ yer olmadığı üçün həmin dişlərə ilk mərhələdə breket yerləşdirilmirdi.
Posterior seqmentlərdə düzgünlük əldə edildikdən sonra ön bölgədə dişlərin align olunması və protruziyasız düzülməsi təmin edilirdi.
Bu texnika ilə diş çəkimi olmadan, həm funksional, həm də estetik baxımdan uğurlu nəticələr əldə olunurdu.

Bu gün artıq bu cür kompleks halları Elayner texnologiyası ilə müalicə edirəm. Amma breketlərlə qazandığım bu klinik təcrübələr hələ də mənim ortodontik yanaşmalarımda iz qoyur.

Ortodontik Müalicə ilə Həyat Dəyişdirən Dəyişim.Restovrasiya: .abdullayeva
15/02/2025

Ortodontik Müalicə ilə Həyat Dəyişdirən Dəyişim.

Restovrasiya: .abdullayeva

28/01/2025
Ortodontik müalicə ilə dişlərin dispozisiyasının korreksiyası edilib və aşağı çənənin ölçüsü üz quruluşunun normalarına ...
14/11/2024

Ortodontik müalicə ilə dişlərin dispozisiyasının korreksiyası edilib və aşağı çənənin ölçüsü üz quruluşunun normalarına uyğunlaşdırılıb. Belə hallarda psiyentlərin vaxtında müraciət etməsi vacibdir. Bu problemlər böyümə modifikasiyası dövründə korreksiya oluna bilən problemlərdir. 9-10 yaşından başlayaraq 12-13 yaşa qədər cərrahi müdaxiləsiz müalicə oluna bilir. Əks halda belə bir nəticəni sadəcə 18 yaşdan sonra cərrahi əməliyyatlar ilə əldə etmək mümkün ola bilir.

🤨
02/11/2024

🤨

24/07/2024

Dişlərin düzəlməsi ilə yanaşı çənə quruluşu və iki çənənin bir birinə münasibəti də korreksiya olunub. Bütün prosedur di...
16/06/2024

Dişlərin düzəlməsi ilə yanaşı çənə quruluşu və iki çənənin bir birinə münasibəti də korreksiya olunub. Bütün prosedur digital şəkildə və ilə işlənilib. Xatırladaq ki biz yerli brendik və elaynerlərimizi özümüz istehsal edirik.

Gülüşün təkamülü.!
26/04/2024

Gülüşün təkamülü.!

Hələ də dişlərinizi breketlər ilə müalicə edirsiniz⁉️Elaynerlər ilə müalicə etdiyimiz pasiyenti görürsünüz. Breketlər 50...
17/03/2024

Hələ də dişlərinizi breketlər ilə müalicə edirsiniz⁉️
Elaynerlər ilə müalicə etdiyimiz pasiyenti görürsünüz.
Breketlər 50-60 ilin texnologiyası olaraq yaxın gələcəkdə tamamı ilə yerini elaynerlərə verəcək.
Elaynerlər ilə müalicədə siz heç bir ağırlaşma yaşamırsınız, çünki biz gələcəkdə nə baş verəcəyini bilirik və plan üzrə hərəkət edirik.
Gördüyünüz kimi diş ətlərində və dişlərdə heç bir problem yaranmadan dişlər müalicə olunub.

Ortodontist və Diş Həkimi FərqiBir-birindən elə də fərqlənməyən bu iki anlayış bəzi əsaslı fərqləri ehtiva edir. Ümumi d...
19/02/2024

Ortodontist və Diş Həkimi Fərqi

Bir-birindən elə də fərqlənməyən bu iki anlayış bəzi əsaslı fərqləri ehtiva edir. Ümumi diş həkimləri dişlərin və diş ətlərinin sağlamlığı üçün müalicə ilə məşğul olsalar da, ortodontistlər dişlərin düzülməsinə və çənə quruluşuna diqqət yetirirlər. Bir çox xəstəni maraqlandıran diş həkimi ilə ortodont arasındakı fərq tətbiq edilən müalicələrlə daha aydın başa düşülə bilər. Ortodont həkim stomatologiyanın üstündə əlavə təhsil alır. Bu, cərrah olmaq üçün əlavə təhsil alan həkimlərə bənzəyir.

Müalicə baxımından ortodontistlər: dişlərin hizalanması, çeynəmə qabiliyyətinin yaxşılaşdırılması, breketlər və şəffaf elaynerlər taxmaq və müvafiq cihazlardan istifadə etmək üzrə mütəxəssislərdir. Misal üçün; Xəstədə dərin dişləm olduğunda, getdiyi diş həkimi onu müalicə üçün ortodontistə göndərir. Stomatoloqlar diş çürüməsi, diş əti xəstəlikləri, tac, körpü, kök kanalları, qapaq və dişlərin ağardılması kimi müalicə üsullarını tətbiq edərkən, dişlərin düzülməsi üzrə mütəxəssis olan ortodontistlər dişlərin düzgün düzülməməsi, sıx dişlər, aralı dişlər və s.. müalicə edirlər.

Şübhəsiz ki, diş həkimləri ilə ortodontistlər arasında oxşarlıqlar var. İlk növbədə, hər ikisi xəstələrin ağız baxımına diqqət yetirir. Ortodontist diş həkimi kimi eyni qayğı göstərə bilər. Buna görə də, oxşar nöqtə olaraq, hər ikisi həkimdir və diş və diş ətləri ilə məşğul olur. Əyri dişləri müalicə edən ortodont həkimlər xəstələrinə müxtəlif məsələlərdə də köməklik edirlər. Bu məsələlərə açıq dişləm, dərin dişləm, çarpaz dişləm, dişlərarası boşluq, həddindən artıq sıx dişlər və s… xəstəliklərinin müalicəsi daxildir. Ortodontistlər çənə ilə bağlı problemləri də müalicə edə bilərlər.

Hörmətli həkimlər, sizə gözəl xəbərim var! Azərbaycanda digital stomatologiya sürətlə inkişaf edir. Lakin təəssüf ki həl...
08/01/2024

Hörmətli həkimlər, sizə gözəl xəbərim var! Azərbaycanda digital stomatologiya sürətlə inkişaf edir. Lakin təəssüf ki hələ ortodontiyada dünya praktikasından geri qalırıq. Müasir ortodontiyanın gəldiyi son mərhələ elaynerlərlə müalicə metodudur, hansı ki gündən-günə inkişaf edərək ən ağır keyslərin belə işlənməsi ilə breket sistemlərini, köhnə müalicə metodlarını tamamilə geridə qoyur.
İllərdir qazandığım dəyərli təcrübələrimi sizlərlə bölüşmək üçün “A-dan Z-yə Elayner” kursunu təşkil edirəm. Bu kursda hazırladığım dərs proqramı ilə öz praktikamdan və dünya praktikasından, elmi məqalələrdən və apardığım araşdırmalardan tutmuş ən incə detalları ilə bu işin bütün sirlərini öyrənmə şansınız olacaq.
Keyfiyyəti nəzərə alaraq iştirakçı sayı maximum 10 nəfər nəzərdə tutulub. Dərslər həftədə iki dəfə olmaqla 5 ay davam edəcək və kursun sonunda həkimlər sərbəst şəkildə keyslərini elaynerlə işləyə biləcəklər.
Dərslər nəzəri və praktik hissələrdən ibarətdir və Elayner Center klinikasında keçiləcək.
Qeydiyyat tarixi 10 yanvardan 15 fevraladək davam edəcək. Qəbul imtahan əsasında olacaq və ortodontiya biliyi olan və bu işlə məşğul olan həkimlər üçün keçərli olacaq. Qeydiyyat şərtləri və əlavə məlumat üçün 0517774445 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Address

Binagady

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:30 - 20:00

Telephone

+994517774445

Alerts

Be the first to know and let us send you an email when Orthodontist Dr. Sia Tagizade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Orthodontist Dr. Sia Tagizade:

Share

Category