Azerbaijan Thalassaemia Federation

Azerbaijan Thalassaemia Federation It should be noted that no state of the world is able to solve thalassaemia problem on its own. We s Registration Number is 1117-Q59-3486

21/05/2026

Azərsun Holdinq artıq 15 ildən çoxdur ki, hər ilin may ayında talassemiya pasiyentlərinə dəstək məqsədilə qanvermə aksiyası təşkil edir.
Azərbaycan Talassemiya Federasiyası və talassemiya pasiyentləri adından şirkət rəhbərliyinə bu nümunəvi sosial təşəbbüsə və illərdir göstərilən davamlı dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.
Eyni zamanda, qanvermə aksiyalarının təşkilində və donor qanının toplanmasında göstərdikləri əmək və dəstəyə görə Qan Bankına da təşəkkür edirik. Respublika Qan Bankı Talassemiya Mərkəzi

Bu gün, mayın 16-da Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agen...
16/05/2026

Bu gün, mayın 16-da Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumunda iştirak edib.
Azərbaycan Talassemiya Federasiyasını forumda İdarə Heyətinin üzvü Samirə Sərkarova təmsil edib.

Bu gün, 14 may tarixində Azərbaycan Talassemiya Federasiyası “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Gülüstan Sarayında k...
14/05/2026

Bu gün, 14 may tarixində Azərbaycan Talassemiya Federasiyası “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Gülüstan Sarayında keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında iştirak edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını təmsil edən 110-dan çox ölkədən QHT nümayəndələri iştirak ediblər.
Azərbaycan Talassemiya Federasiyasını tədbirdə İdarə Heyətinin üzvü Samirə Sarkarova təmsil edib.
Tədbir beynəlxalq əməkdaşlığın gücləndirilməsi, humanitar təşəbbüslərin inkişafı və vətəndaş cəmiyyətləri arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyıb.

8 May Beynəlxalq Talassemiya Günü münasibətilə Azərbaycan Talassemiya Federasiyası tərəfindən bir sıra sosial və maarifl...
08/05/2026

8 May Beynəlxalq Talassemiya Günü münasibətilə Azərbaycan Talassemiya Federasiyası tərəfindən bir sıra sosial və maarifləndirici tədbirlər həyata keçirilib.

Gün İctimai TV-də təşkil olunan qanvermə aksiyası ilə başlayıb. Talassemiya pasiyentlərinə dəstək məqsədilə keçirilən aksiyada çoxsaylı könüllü donorlar iştirak ediblər.

Azərbaycan Talassemiya Federasiyası uzun illərdir qanvermə aksiyalarına və sosial layihələrə göstərilən dəstəyə görə İctimai TV-yə və bütün tərəfdaş qurumlara təşəkkürünü bildirir.

Daha sonra talassemiya pasiyentləri və onların ailələri Gənclik Mall-da yerləşən Cinemastercard kinoteatrında “Super Mario” filmini izləyiblər.
Azərbaycan Talassemiya Federasiyası uşaqlara bu gözəl günü yaşatdığı və filmi izləmək imkanı yaratdığına görə “CineMastercard” kinoteatrlar şəbəkəsinə təşəkkürünü bildirir.
Tədbir çərçivəsində uşaqlara qida paketləri təqdim olunub. Federasiya tədbirin təşkilinə dəstək göstərən bütün sponsor və tərəfdaşlara minnətdarlığını bildirir.
Beynəlxalq Talassemiya Günü münasibətilə həyata keçirilən “Talassemiyanı işıqlandır” layihəsi çərçivəsində isə bu gün saat 20:00-dan etibarən Qız Qalası və SOCAR Tower qırmızı rənglə işıqlandırılacaq. Bununla Azərbaycan talassemiya ilə bağlı qlobal həmrəylik təşəbbüsünə qoşularaq pasiyentlərə dəstək mesajı verəcəkdir.
Talassemiya qan xəstəliyidir. Hazırda Azərbaycanda minlərlə talassemiya pasiyenti müalicə alır.
Azərbaycan Talassemiya Federasiyası ölkəmizdə talassemiya sahəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya, bütün dəstəkçi qurumlara, qan donorlarına, həkimlərə və əməyi olan hər kəsə təşəkkürünü bildirir.
Dəstəyiniz və qayğınız üçün təşəkkür edirik.

08/05/2026

8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş tədbir barədə   məlumatSəhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatla...
08/05/2026

8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş tədbir barədə məlumat
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilir.
İSİM-də 7 may 2026-cı il tarixdə təşkil edilən tədbirdə dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatları (QHT), kütləvi informasiya vasitələri (KİV), vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, talassemiyalı şəxslər və onların ailə üzvləri, eləcə də digər qonaqlar iştirak edirlər.
Tədbirin əsas məqsədi cəmiyyətin talassemiya barədə məlumatlılığının artırılması, xəstəliyin irsi xüsusiyyətləri və gənclər arasında nikahdan əvvəl tibbi müayinələrin vacibliyinin təşviqi, habelə qan donorluğunun təbliği və bu xəstəliklə yaşayan şəxslərə göstərilən sosial-tibbi dəstəyin gücləndirilməsinə diqqət çəkilməsidir.
Çıxışlarda talassemiya ilə mübarizə sahəsindəki xüsusi dövlət qayğısı, icra olunan dövlət proqramlarının xəstəliyin mənfi təsirlərinin azaldılmasında və səhiyyə sisteminin bu sahədəki fəaliyyətinin effektivliyinin yüksəlməsində mühüm rolu vurğulanır. Həmçinin hər il bütün dünyada qeyd edilən 8 may – Beynəlxalq Talassemiya Gününün bu il “Heç kim kölgədə qalmasın – diaqnozsuz qalanları aşkar etmək və diqqətdən kənarda qalanlara dəstək üçün qlobal çağırış” şüarı altında keçirildiyi diqqətə çatdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq edilən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın xəstəliyin profilaktikasının gücləndirilməsinə, geniş maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı şəxslərə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldiyi qeyd olunaraq, həyata keçirilən məqsədyönlü fəaliyyətlərdən söz açılır.

Əziz talassemiya pasiyentləri və dəyərli valideynlər, hər vaxtınız xeyir olsun 🤲🏻- Təhsil heç vaxt gec deyil. Sağlamlıq ...
22/04/2026

Əziz talassemiya pasiyentləri və dəyərli valideynlər, hər vaxtınız xeyir olsun 🤲🏻
- Təhsil heç vaxt gec deyil. Sağlamlıq səbəbləri ilə məktəb illərində çətinliklər olsa belə, öyrənmək üçün imkanlar hər zaman mövcuddur.
- 9-cu sinfi bitirənlər də, 11-ci sinfi bitirənlər də yaşadıqları rayonda Peşə Təhsil Mərkəzlərinə müraciət edə bilərlər.
- Qəbul imtahansızdır və əksər hallarda ödənişsiz həyata keçirilir.
-Tələbələr üçün təqaüd imkanı mövcuddur.
- Müxtəlif ixtisaslar üzrə 1, 2 və 3 illik təhsil proqramları mövcuddur və bu ixtisaslar gələcəkdə iş tapmaq üçün real imkan yaradır.
- 2026–2027-ci tədris ili üzrə sənəd qəbulu iyul ayının sonlarından etibarən portal.edu.az üzərindən aparılacaq.
- Siz isə artıq indidən hansı ixtisasların təklif olunduğunu araşdıraraq özünüz üçün uyğun istiqaməti seçə bilərsiniz.
- Seçim etmək və ilk addımı atmaq ən məsuliyyətli mərhələdir, amma məhz o addım gələcəyi dəyişir.
- Ətrafınızdakı pasiyentləri də bu imkanlardan yararlanmağa təşviq edin. Https://vet.edu.gov.az

Bu gün bir pasiyent mənə şəkil göndərdi — sadəcə “necəsən?” sualıma cavab olaraq.O, Desferal qəbul edirdi. Biz artıq uzu...
11/04/2026

Bu gün bir pasiyent mənə şəkil göndərdi — sadəcə “necəsən?” sualıma cavab olaraq.
O, Desferal qəbul edirdi.
Biz artıq uzun müddətdir dəmir yüklənməsinin azalması barədə danışırıq. O, çox çalışır.
Mən yazdım:
“Şəkil nə qədər gözəldir… nə qədər sevgi, nə qədər qırmızı rəng var…”
O isə cavab verdi:
“Mən heç bu haqda düşünməmişdim… sadəcə hazırda müalicə aldığımı göstərmək istədim”.
Və məhz burada hər şey var.
O sadəcə yaşayır.
Sadəcə müalicə alır.
Sadəcə sağlam olmaq istəyir.
Amma mən bu şəkildən daha çoxunu gördüm:
ürəklər, rəng, həyat…
və sevmək və sevilmək istəyən bir qız.

Talassemiya pasiyentləri hamımız kimi insanlardır.
Amma onların hər günü müalicədir.
Onların daha çox ehtiyacı var:
istiyə, diqqətə, sevgiyə ❤️

Qan donorlarına təşəkkür edirik!❤️
Sizin müntəzəm qanverməniz — həyat deməkdir.

8 May — Beynəlxalq Talassemiya Gününə az qalıb.
Bu günə qədər biz pasiyentlərimizin hekayələrini paylaşacağıq.
Hamıdan xahiş edirik:
daha anlayışlı, daha diqqətli, daha mərhəmətli olaq🤲

Biz hər zaman yanınızdayıq.
Və inanırıq ki, ölkəmizdə ən müasir müalicələr əlçatan olacaq.❤️ AR Səhiyyə Nazirliyi Talassemiya Mərkəzi Thalassaemia Intl Federation

Əziz qan donorları!Sevinirik ki, bir çoxunuz Mövsüm Ağa ziyarətgahında təşkil olunan qanvermə aksiyalarında iştirak edir...
15/03/2026

Əziz qan donorları!
Sevinirik ki, bir çoxunuz Mövsüm Ağa ziyarətgahında təşkil olunan qanvermə aksiyalarında iştirak edir, bu xeyirxah təşəbbüsə qoşularaq qana ehtiyacı olan insanlara dəstək olursunuz.
Məlumata görə, növbəti qanvermə aksiyası da Ramazan bayramı günlərində Mövsüm Ağa ziyarətgahında keçiriləcək. Həmin günlərdə ziyarətgaha gedən hər kəs bu savablı aksiyaya qoşulub qan verə bilər.
Eyni zamanda xatırlatmaq istəyirik ki, Respublika Qan Bankında da müntəzəm olaraq, hər 3–4 aydan bir qan vermək mümkündür.
Təhlükəsiz qan müntəzəm qan verən donorların qanıdır. Donorlar ildə ən azı iki dəfə qan verdikdə, onların qanı mütəmadi olaraq virus infeksiyalarına görə yoxlanılır. Bu da talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən pasiyentlər, eləcə də donor qanına ehtiyacı olan bütün insanlar üçün daha təhlükəsizdir və virusların ötürülmə riskini azaltmağa kömək edir.
Bundan əlavə, müntəzəm qanvermə donorların öz sağlamlığı üçün də faydalıdır.
Əziz donorlar, siz həmişə qəlbimizdə və dualarımızdasınız. Uşaqlarımızın yaşamasına verdiyiniz dəstəyə görə sizə dərin təşəkkür edirik.

Azərbaycan Talassemiya Federasiyası 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olub.Bu münasibətlə Azərbaycan Res...
13/03/2026

Azərbaycan Talassemiya Federasiyası 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olub.

Bu münasibətlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə göstərilən etimada və əməkdaşlığa görə səmimi təşəkkürümüzü bildiririk.

Bu gün Azərbaycan Talassemiya Federasiyasının İdarə Heyəti sədrinin müavini Sitarə Sərdarova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ilin müsabiqə qalibi olan QHT rəhbərləri ilə keçirdiyi görüşdə iştirak edib.

Bu uğur münasibətilə federasiyamızın bütün üzvlərini, tərəfdaşlarını və dostlarını da ürəkdən təbrik edirik.

Layihə və görüləcək işlər haqqında yaxın günlərdə sizə daha ətraflı məlumat verəcəyik.

Yeniliklər barədə xəbərdar olmaq üçün bizi izləyin.

Talassemiya pasiyentlərimiz üçün təşkil olunan bu gözəl bayram tədbirinə görə Səhiyyə Nazirliyinə, Milli Hematologiya və...
13/03/2026

Talassemiya pasiyentlərimiz üçün təşkil olunan bu gözəl bayram tədbirinə görə Səhiyyə Nazirliyinə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinə və “Atəşgah” Sığorta Şirkətinə səmimi təşəkkürümüzü bildiririk. Uşaqlarımızın üzündə yaratdığınız sevinc və təbəssüm üçün minnətdarıq.

Address

Lermontov Str. 121 Apt 4
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994506078866

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Thalassaemia Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share