Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi

Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi Bu səhifədə sidik-cinsiyyət sistemi xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı suallarınızı doktor Süleyman Cəbrayılova ünvanlaya bilərsiniz.

Doktor Süleyman Cəbrayılov 30 ilə yaxındır ki, peşəkar həkim kimi fəaliyyət göstərir. Müxtəlif vaxtlarda beynəlxalq və xarici təşkilatlarda səhiyyə eksperti vəzifəsində çalışmışdır. 1990-cı illərdə Səhiyyə Nazirliyinin sifarişilə Ümumdünya Təşkilatına məxsus “Xəstəliklərin Beynəlxalq Təsnifatını (XBT)” (The International Classification of Diseases (ICD) ) ilk dəfə ingilis dilindən azərbaycan dilinə tərcümə etmiş və onun tətbiqinə rəhbərlik etmişdir. Bununla bərabər, 5 il ərzində Bakı və Sumqayıt, habelə Naxçıvan Muxtar Respublikasının rayonları da daxil olmaqla 52 rayonda həkimlərə treyninlər keçmişdir. Bu zaman o, sovet dövründə SSRİ-də - ocümlədən ölkəmizdə də tibbi institutlatının tədris proqramlarına daxil edilməyən və əslində həkimlik fəaliyyəti üçün olduqca qiymətli olan Klinik Epidemiologiya, Bioloji Statistika (başqa sözlə “sübutlara əsaslanan tibb”) kimi elm sahələrinin əsaslarını tədris etmişdir/ Bütün bunlar onun elmi və təcrübi təbabətə baxışlarını kökündən dəyişmiş, həkimlik fəaliyyətində Amerika və Avropanın öncül klinikalarının, elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə (sübutedici təbabətin metodları ilə) təsdiq olunmuş müalicə metodlarını öyrənib mənimsəmişdir. Doktor Süleyman Cəbrayılov bir müddət ölkəmizdə ən nüfuzlu elmi-tibbi nəşr kimi tanınan, 80 ilə yaxın bir dövr ərzində Azərbaycan Səhiyyə Nazirliyinin elmi nəşri olan “Azərbaycan Tibb Jurnalı”nın redaktoru, daha sonralar isə məsul redaktoru olmuşdur. Başqa sözlə, S.Cəbrayılovun çağdaş tibb elminin formalaşmasında da əməyi olmuşdur.

“Ən yaxşı cərrahi əməliyyat – etmədiyimiz əməliyatdır!” Dünya cərrahlarının korifeylərindən sayılan əfsanəvi cərrah Piraqovun bu hikmətli kəlamını Süleyman Cəbrayılov özü üçün deviz edən doktor S. Cəbrayılov Həkimlik fəaliyyətində urologiyanın ən kritik və aktual sahələrini seçmişdir. Bunlar hansılardır;

1. Kişilərdə sidik cinsiyyət sisteminin ən kritik problemləri;
a) sidik ifrazı pozulmaları,
b) prostat vəzi problemləri,
c) cinsi zəiflik,
d) cinsəl infeksiyalar

2. Qadınlarda sidik ifrazı pozulmaları – (sidk qağırma və əzabverici ağrılar, (interstisial sistit və b.k.)

3. Uşaqlarda və gənclərdə gecə enurezi (yuxuda sidikqaçırma)
Doktor Süleyman Cəbrayılov uroloji xəstəliklərin (o cümlədən androloji və sesopatoloji) cərrahiyyəsiz müalicəsində yalnız Amerika və Avropanın öncül uroloji elmi cəmiyyətlərin, elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə (sübutedici təbabətin metodları) ilə təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutur. Belə müalicə protokollarının hər birinin hazırlanmasında 100-lərlə həkim-professor iştirak edir. Bu zaman dünyanın ən tələbkar elmi - tibbi jurnallarının (The Journal of Urology -The Official Journal of the American Urological Association, British Medical Journal, Cleveland Clinic Journal of Medicine və s.) hesablaşdığı və dərc etdiyi tədqiqatlara üsünlük verir. Dünyanın 10-larla ölkəsində, habelə ABŞ, Avropa, o cümlədən Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır. Son 20 ildə yaranmış yeni vəziyyət - Avropa və Amerikanın, həmçinin yaxın Türkiyənin tibb sahəsindəki uğurlarını ölkəmizə gətirmək üçün çoxlu imkanlar yaratmışdır. Bu yaranmış vəziyyətdən bəhrələnərək S.Cəbrayılov Avropa və Amerikanın ən nüfuzlu uroloji klinikaları və elmi cəmiyyətləri ilə əlaqə yaratmış, öz ixtisasını təkmilləşdirmişdir. O, uroloji xəstəliklərin cərrahi əməliyyatsız müalicəsində əldə etdiyi uğurlara görə daha çox amerikalı uroloqlara minnətdar olduğu kimi, belə xəstəliklərin kimyəvi dərmanlardan istifadə etmədən və ya minimum istifadə ilə müalicəsində əldə etdiyi uğurlara görə alman müəllimlərinə minnətdardır. S.Cəbrayılov bir çox uroloji elmi cəmiyyətlərin, həmçinin mərkəzi almaniyada yerləşən Antihomotoksikologiya və Antitoksik Terapiya cəmiyyətinin (The Society for Homotoxicology and Anti-Homotoxic Therapy) üzvüdür. O, həmçinin xəstəliklərin qeyri-kimyəvi metodlarla müalicəsində xüsusi uğurlara malik olan İsveçrənin Paraselsus klinikası ilə, həmçinin təbii müalicə metodlarının tətbiqi ilə bağlı 100 ilə yaxın bir dövr ərzində elmi tədqiqatlar təşkil edən Almaniyanın PASCOE pharmazeutische (PASCOE Natural Medicine) şirkəti ilə elmi əməkdaşlıq edir.

Address

B.Nuriyev 55
Baku
AZ

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram