PhD. MD. Vefa Pashazadeh

PhD. MD. Vefa Pashazadeh ATU Tədris Cərrahiyyə. Zahra clinic
Ph.D Dr.Vəfa
Medical coordinator: +994 50 212 02 90

ATU Tədris Cərrahiyyə, ZAHRA clinic
Ph.D Dr.Vəfa
Medical coordinator: +994 50 212 02 90

Zaman keçir, dünya dəyişir…🫠
26/05/2025

Zaman keçir, dünya dəyişir…🫠

Aynanın arxasında nə var?Zənn etmə ki, sadəcə şüşə.O, sənin zahirinə baxanlar üçündür.Arxasında isə —sənin batininin sir...
25/05/2025

Aynanın arxasında nə var?
Zənn etmə ki, sadəcə şüşə.
O, sənin zahirinə baxanlar üçündür.
Arxasında isə —
sənin batininin sirri,
tanımadığın bir “özün”,
və Tanrıya açılan bir qapı dayanır.
Ayna, yalnız görünənin deyil,
görünməyə can atan Həqiqətin pərdəsidir.

Aynaya baxan — özünü görər.
Aynanın arxasından baxan — Haqqı.

— Vəfa Paşazadə, cərrah | klinik psixoloq

“ANA…”Analar Günüdür…Mən bu günlərdə sükutu daha çox eşidirəm…Çünki bu səssizlikdə onun əlinin səsi var —Hər dəfə saçımı...
11/05/2025

“ANA…”

Analar Günüdür…
Mən bu günlərdə sükutu daha çox eşidirəm…
Çünki bu səssizlikdə onun əlinin səsi var —
Hər dəfə saçımı sığallayaraq,
əlini yavaşca üstümə çəkib pıçıldadığı duaların səsi…

O heç vaxt səsi ilə dua etməzdi —
sadəcə əlini çəkərdi üzərimdən.
Elə bil o əl bütün nəzərləri alardı,
qorxuları yığışdırardı.
Əl deyildi o — bir ömrün görünməyən sipəriydi…Mən də anayam…
Övladımın başını oxşayanda elə bilirəm, anamın əli gəlir əlimin üstünə.
Necə dua edirdisə bir zamanlar,
o hissi də keçirmiş ürəyimə…
Sözsüz, səssiz, amma adamın içini titrədən bir yollarla…

Bəzən uzaqdan baxıram ona —
Yaşlanıb… beli bükülüb…hələ də əllərini mənimçün qaldırır.
Yenə deyəcək, “hər şey yaxşı olacaq, bala”,
özünün bayramı olduğunu unudaraq…

Ana olmaq…
Özündən çox başqasını düşünməkdi.
O bunu öyrətdi mənə.
İndi mən də hər dəfə övladlarımın alnından öpəndə,
sənin məni necə qoruduğunu xatırlayıram, ana…

Bu gün Analar Günüdür.
Sən mənim əlimi tutan dua,
mən sənin duana çevrilmiş halınam artıq.

Və inanıram…
Sizin dualarınızla böyüyən mən —
indi eyni dualarla övlad böyüdmüşəmsə,
deməli, sən hələ də mənim içimdəsən…
Əl izli duaların mübarək, ana.
Və… Anaya…
İndi daha yaxşı anlayıram səni…
İndi daha çox sevirəm səni…
Dr. Vəfa Paşazadə

Quru dəri – mətbəxin günahıdır…Hər səhər güzgüdə dartılmış, çatlamış, solğun dəriyə baxıb “Nəmləndirici alım” deyirsiniz...
08/05/2025

Quru dəri – mətbəxin günahıdır…

Hər səhər güzgüdə dartılmış, çatlamış, solğun dəriyə baxıb “Nəmləndirici alım” deyirsinizsə – dayanıb bir sual verin: Axı bu dəri içəridən nə ilə qidalanır?

Dəri heç vaxt təkcə hava ilə mübarizə aparmır. O, sizin boş-boşuna keçirdiyiniz səhər yeməyinin, gün boyu içmədiyiniz suyun, aylarla unutduğunuz faydalı yağların qisasını alır.

Quru dəriyə qarşı nə etməli? Mətbəxdə inqilab etməli.
• Balıq yeyin. Yox, dəniz iyindən qaçmayın. Somon, skumbriya – dəriyə içəridən qalxan çəkir.
• Qoz-fındıqla barışın. “Yağlıdır” deyib uzaq qaçanlara xəbərdarlıq: dəriniz sizdən inciyir.
• Avokado yeyin. Bəli, bir az baha ola bilər. Amma üzünüz par-par parıldayanda qiymətini unudacaqsınız.
• Kök yeyin. Çünki A vitamini yalnız cizgi filmlərində deyil, dəridə də möcüzə yaradır.
• Su için. Qəhvə ilə yox, təmiz su ilə. Dərinin suya ehtiyacı var, dediqodulara yox.

Unutmayın: Dəri, sadəcə bir orqan deyil. O, sizin yemək mədəniyyətinizin, həyat tərzinizin, hətta etinasızlığınızın poeziyasını yazır…

Dr. Vəfa Paşazadə

Theta Healing: dua, inam və beyin dalğaları arasında bir yerSon dövrlər mənə tez-tez sual verilir:“Doktor, theta healing...
05/05/2025

Theta Healing: dua, inam və beyin dalğaları arasında bir yer
Son dövrlər mənə tez-tez sual verilir:
“Doktor, theta healingə necə baxırsınız?”
Sual sadədir. Amma içində bir dünya çaşqınlıq var.
Çünki artıq insanlar sadəcə ağrını yox, mənasızlığı da sağaltmaq istəyir.
Burada başlayır psixologiyanın, inancın və ruhani texnikaların bir nöqtədə kəsişdiyi yer: theta healing.
Metodun təməlində bu var:
İnsan şüuraltında olan inanc nüvələri ilə yaşayıb xəstələnə bilər.
“Mən dəyərsizəm”, “Sağalmağa layiq deyiləm”, “ — bu kimi dərin, şüuraltı cümlələr zamanla psixosomatik pozuntulara çevrilir.

Theta vəziyyəti — yəni dərin beyin dalğası —Bu zaman insan meditasiyaya oxşar bir haldadır. Məlumat qəbuluna açıq. Müdafiələr zəifdir.
Və orada bir cümlə — içini dəyişə bilər:
Mən dəyərliyəm. Mən azadam. Mən sağala bilərəm.
Psixologiyada buna kognitiv yenidən çərçivələmə deyilir. Sadəcə burada daha ruhani formada təqdim olunur.

Amma… bir nüans var:
Buna hər kəs hazır deyil.
Çünki dəyişmək — paradoksal olaraq — insanı qorxudur. Travmalar bəzən insanın içində sığınacaq qurur.
Biz onları buraxmaq istəmirik. Çünki illərlə orada “həyatda qalma mexanizmi” qurmuşuq.
Theta healing bu travmaları çıxartmaq istəyir.
Amma əgər bu proses psixoloji dəyərləndirmə olmadan, səthi formada edilirsə — insanı daha dərin boşluğa atmaq riski var.
Burada isə məsuliyyət yaranır.
Terapevt və ya ruhani bələdçi — fərq etməz. Qarşındakı insan sənin əlinə yalnız bədənini yox, təhlükəsizliyini də verir.
Və sən o inamı yanlış yönləndirsən, sağaltmaq əvəzinə yeni yara aça bilərsən.
Məncə, theta healing doğru əllərdə — psixoloji savadı və mənəvi məsuliyyəti olan şəxslərdə — faydalı ola bilər.
Yoxsa bu, sadəcə “özünü yaxşı hiss et” illüziyası olaraq qalacaq.
İslam isə bu məsələdə çox aydındır:
“Allah heç bir qəlbi onun daşıya bilməyəcəyi yükə düçar etməz.”
Bu cümlə təkcə dini deyil, psixoloji dəstəkdir.
Sən bacararsan. Amma özünü tanımadan, “mən kiməm?” sualını vermədən, sən heç bir dəyişimi həqiqi yaşaya bilməzsən.
Theta healing səni ora apara bilər —
amma öz içindəki səssizliklə qarşılaşmağa hazırsansa.
– Dr. Vəfa Paşazadə
“Bütün sağalmanın başlanğıcı bir cümlədə gizlidir: Mən dəyişməyə hazıram.”… 🫆

🫆Bariatrik Xəstələrin Psixologiyası: Fiziki Dəyişimin Ruhi Tərəfləri🫆Bariatrik cərrahiyyə – yalnız bədənin ölçüsündə dəy...
03/05/2025

🫆Bariatrik Xəstələrin Psixologiyası: Fiziki Dəyişimin Ruhi Tərəfləri
🫆Bariatrik cərrahiyyə – yalnız bədənin ölçüsündə dəyişiklik yaratmır…
Fiziki Dəyişiklik və Psixoloji Uyğunlaşma
Əməliyyatdan sonra xəstələrdə görünüşdə sürətli dəyişikliklər baş verir: bədən forması dəyişir, geyim ölçüləri kiçilir. Bu fiziki dəyişiklik ilk baxışda müsbət qarşılanır, lakin beyində və emosional sistemdə bu sürətli dəyişikliyə uyğunlaşmaq bəzən zaman alır.Bəzən insanlar artıq çəkiyə illərlə formalaşdırdıqları kimliklərini itirdiklərini hiss edirlər.
🫆Özünü Qəbul və Yeni Kimlik
Əvvəlcə kilolu bədənləri ilə qəbul etdikləri özlərini, əməliyyatdan sonra dəyişən bədənləri ilə eyniləşdirməkdə çətinlik çəkə bilərlər. Bu, “bədən dismorfiyası” deyilən vəziyyətə – yəni bədənin real görünüşünü təhrif olunmuş şəkildə qavramağa – səbəb ola bilər. Bəziləri güzgüdə arıqlamış bədənini görə bilməz, bəzi hallarda isə hələ də ictimaiyyətdə əvvəlki formada göründüklərini düşünərlər.
🫆Sosial Münasibətlərdə Dəyişikliklər
Əməliyyatdan sonra insanların ətraf mühitlə münasibətləri də dəyişə bilər. Ailə üzvləri, partnyorlar yeni görünüş və davranış dəyişikliklərinə müxtəlif reaksiya verə bilər.
🫆Psixoloji Dəstəyin Əhəmiyyəti
Əməliyyat olunmuş insanların bir çoxuna psixoloq və ya psixiatr müşahidəsi tövsiyə edilir. Qərb ölkələrində bu artıq protokollara daxil edilib – çünki psixoloji dəstək olmadan edilən fiziki dəyişikliklər uzunmüddətli emosional tarazlığa gətirib çıxarmaya bilər.
🫆Nəticə
Bariatrik cərrahiyyə fiziki sağlamlıq üçün faydalı olsa da, psixoloji adaptasiya olmadan bu uğur davamlı olmaya bilər. Qidalanma, bədən imici, emosional tarazlıq və sosial həyat bir-birinə sıx bağlıdır. Buna görə də bariatrik pasiyentlərin uğur qazanması üçün multidissiplinar yanaşma vacibdir: cərrah + dietoloq + psixoloq = davamlı uğur.

03/05/2025
Gizli düşmənçiliyin ən yaxşı ölçülməsi üsulu-diqqət yetirdiyiniz adamın sizinlə və başqaları ilə danışanda büruzə verdiy...
02/05/2025

Gizli düşmənçiliyin ən yaxşı ölçülməsi üsulu-diqqət yetirdiyiniz adamın sizinlə və başqaları ilə danışanda büruzə verdiyi bədən dilini müqayisə etməkdir. Misal üçün, müşahidə etmək mümkündür ki, o başqaları ilə münasibətdə daha çox dostyana və səmimidir, sizinlə münasibətdə isə yalnız nəzakət maskası taxır. Söhbətin gedişində o deyil, məhz siz danışanda, bu şəxs gözlərindən oxunan mənfi reaksiyalarla bağlı ani qığılcımları tamamilə sıxışdırıb yox etməyi bacarmır. Bundan başqa, nəzərə alın ki, insan adətən, yuxusu gələndə,özünü itirəndə, inçik olanda, əsəbi olanda və ya stresə düşəndə özünün həqiqi duyğularını daha güclü şəkildə bürüzə verir. Sonra isə o, adətən, özünü doğrultmaq üçün “ özündə olmadığını” deyir;… Əslində isə,məhz bu məqamda başqa vaxtlarda olduğundan daha artıq “özündə” olur… Biləsiz…

Хорошая притча ..Обычная черная ворона зашла в ресторан и тут же заметила сидящую в углу белую ворону. Она подошла к сто...
03/02/2025

Хорошая притча
..Обычная черная ворона зашла в ресторан и тут же заметила сидящую в углу белую ворону.
Она подошла к стойке, взяла свой кошелёк и демонстративно крикнула: “
Официант! - Я покупаю еду для всех в этом ресторане, кроме этой белой вороны!”

Официант взял деньги и разнес всем еду, кроме белой вороны.
Однако, вместо того, чтобы почувствовать себя неловко, белая ворона просто посмотрела на обычную чёрную ворону, улыбнулась и крикнула:
“Благодарю!”

Это ещё больше разозлило чёрную ворону.
Тогда, она снова достала свой кошелёк и крикнула:
“Официант! В этот раз я угощаю всех вином, кроме этой белой вороны!”
И вот, официант взял деньги и стал разносить всем вино, кроме белой вороны.
Но, вместо того, чтобы рассердиться, белая ворона опять выкрикнула: “Благодарю !”

Чёрная ворона, разъярённая от гнева наклонилась к барной стойке и спросила: “ Что не так с этой белой вороной?
Я купила всем еды и вина в этом ресторане, кроме неё, а она кричит мне: “Благодарю !”
Она что, сумасшедшая???”

Официант усмехнулся и сказал: “Нет... она просто владелец этого ресторана”.

Держитесь подальше от гнева - он причиняет боль только вам.

Если вы правы, тогда вам не нужно злиться

А если вы ошибаетесь, то вы не имеете никакого права сердиться.

Терпение в семье - это любовь.

Терпение с другими - это уважение.

Терпение к себе - это уверенность.

Терпение к Богу - это вера.

Запомните, что каждое испытание в нашей жизни даёт нам шанс стать лучше или хужe.

Сеть....

Fiziki-kimyada bele bir termin var-gaynama temperaturu... Yəni müəyyən bir temperatura çatanda maye gaynamağa başlayır. ...
17/01/2025

Fiziki-kimyada bele bir termin var-gaynama temperaturu... Yəni müəyyən bir temperatura çatanda maye gaynamağa başlayır. Insanda da bele bir hədd olur...Adamın həyatında elə bir zaman gəlir ki, boş söhbətlərə və münasibətlərin pisləşməməsi xatirinə sevmədiyi insanlara , hətta hörmət hiss etmədiklərinə dözməyə dogurdan da tab gətirə bilmir. Mühüm bir andan sonra insan bu vəziyyətə dözməyincə ünsiyyət dairəsini kiçildir…Artıq səni narahat edən insanlarla güzəştə getməyi yox, onlardan uzaqlaşmağı üstün tutursunuz... Bu qərarlardan sonra hiss etdiyiniz yeganə şey, ağlınıza gələn ilk fikir isə “ bunu niyə əvvəllər etmirdim?” - olur...belə…

Sonuçta bu dünyadan geçip giderkengeride sadece şu kalır:Toprağa bir ağaç mı diktinyoksa oradan ağaç mı söktün.?Hak mı y...
15/01/2025

Sonuçta bu dünyadan geçip giderken
geride sadece şu kalır:

Toprağa bir ağaç mı diktin
yoksa oradan ağaç mı söktün.?
Hak mı yedin, hak mı dağıttın.?
Gönül mü kurdun, gönüller mi yıktın.?

Hayat bu kadar sade ve basittir...

Kaşki hər şey sənin qədər məsum və gözəl ola bilsə idi… 🤍
23/11/2024

Kaşki hər şey sənin qədər məsum və gözəl ola bilsə idi… 🤍

Address

Baku

Telephone

+994502120290

Website

Alerts

Be the first to know and let us send you an email when PhD. MD. Vefa Pashazadeh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram